Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 599; 2009, ¹ 3, maddə 163; 2010, ¹ 2, maddə 80, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 7, maddə 1260, ¹ 8, maddələr 1377, 1384; 2017, ¹ 6, maddə 1080; 2018, ¹ 6, maddə 1200; 2021, ¹ 12, maddə 1351) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş "Özəlləşdirilən idarəetməyə verilən müəssisələrdə investisiya qoyuluşları üzərində nəzarətin həyata keçirilməsi Qaydaları"na aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

"5.4-1. Dövlət müəssisələrinin, özəlləşdirilən müəssisə obyektlərin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahələrinin başqa fiziki hüquqi şəxslərin icarəsinə istifadəsinə verilməsinə, təyinatının dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti yenidənqurma işlərinin aparılmasına razılıq alınması üçün tələb olunan sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur ya ərizəçi tərəfindən təmin edilir.".

2. Həmin Fərmanla təsdiq edilmiş "Səhmdar cəmiyyətlərində dövlətə məxsus səhmlərin idarəetməyə verilməsi Qaydaları" üzrə:

2.1.  aşağıdakı məzmunda 5.2-1-ci bənd əlavə edilsin:

"5.2-1. Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər ya məlumatlar iddiaçıdan tələb edilmir. Belə sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçının razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur ya iddiaçı tərəfindən təmin edilir.";

2.2. 5.3-cü bəndin beşinci abzasına "tam həcmdə" sözlərindən sonra "(bu Qaydaların 5.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 21 aprel.- S.3.