Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydalarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 577; 2008, ¹ 12, maddə 1063; 2014, ¹ 11, maddə 1421; 2016, ¹ 2 (II kitab), maddə 241; 2023, ¹ 1, maddə 69) ilə təsdiq edilmiş "Dövlət bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin hərraclarının keçirilməsi Qaydaları"na aşağıdakı məzmunda 9-1-ci bənd əlavə edilsin:

"9-1. Bu Qaydaların 9-cu bəndində göstərilən sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur ya ərizəçi tərəfindən təmin edilir.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 29 aprel.- S.4.