Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmişƏmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

¹ 257

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun tətbiqi Əmək pensiyaları haqqındaAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1902 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 4, maddə 421; 2023, ¹ 2, maddə 315; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 210 nömrəli Qərarı) ilə təsdiq edilmişƏmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi ödənilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1.1. 1.1-ci bənddənbu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla,” sözləri çıxarılsın;

 

1.2. 1.2-ci, 6.2-ci bəndlər, 6.1.3-cü 6.1.5-ci yarımbəndlər ləğv edilsin;

 

1.3. 5.7-ci bəndənəzərə alınırsözlərindən əvvəl “(pensiya təyinatı tarixinədək)” sözləri əlavə edilsin;

 

1.4. 6.1.1-ci yarımbəndəsığorta hissəsisözlərindən sonra “, Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğisözləri əlavə edilsin;

 

1.5. 6.5-ci bənddə “6.1.3-6.1.5-ci” sözləri “6.1.4-cü” sözləri ilə əvəz edilsin.

 

2. Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli Əsədov

 

Azərbaycan Respublikasının Baş naziri

 

Bakı şəhəri, 1 avqust 2023-cü il

 

Azərbaycan.- 2023.- 4 avqust.- S. 8.