Hayastan yenə müharibə istəyir?

 

Azərbaycan açıq təhdidə, sərhədləri boyunca qüvvə toplanmasına göz yummayacaq

 

Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı "humanitar fəlakət" şousunun əsl məqsədi yavaş-yavaş ortaya çıxır. Təcavüzkar ölkə Laçın buraxılış məntəqəsinə Azərbaycanın icazəsi olmadan humanitar yük adı altında maşınları gətirib yığaraq növbəti təxribat törədir. Həmçinin son günlərdə tez-tez mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Bu onu göstərir ki, Hayastan nəyəsə hazırlaşır.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da qeyd olunub ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin Ermənistan silahlı qüvvələrinin qalıqlarının aktivliyi müşahidə olunur. Bildirilib ki, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə hava hücumundan müdafiə radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.

Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistana bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Nazirlik bəyan edib ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

 

Ermənistan qədər silahlansa da, xeyri yoxdur

 

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanın Müdafiə Nazirliyinin yaydığı məlumatda Ermənistan silahlı qüvvələrinin qalıqlarının yeni təxribat hazırlıqları gördüyü bildirilir qarşı tərəfdən belə hallara son qoyulması tələb edilsə , nəticə yoxdur. Onlar bunun əksinə davranırlar.

 Deputat vurğulayıb ki, sözügedən ünsürlər yeni müdafiə hədləri, səngərlər, uzunmüddətli fortifikasiya qurğuları yaradır, yeni minalar basdırır, intensiv döyüş hazırlığı tədbirləri həyata keçirir, yaşayış məntəqələrində müxtəlif təyinatlı hərbi texnika, xüsusilə hava hücumundan müdafiə radioelektron mübarizə vasitələrini yerləşdirir, hətta mülki əhalini kütləvi şəkildə silahlandırırlar: "Müdafiə Nazirliyinin "baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyətin məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcəyi" xəbərdarlığı onu göstərir ki, işğalçı, terrorçu separatçı ünsürlərə yaxşı heç vəd etməyən o "istənilən hadisə" hər an gözlənilir. Düşmən özünü yenə bizim bir məsəldəki keçi kimi aparır. Ermənistan ordusu son  günlər Sədərəyin Heydərabad Kəlbəcərin Mollabayramlı kəndlərindəki mövqelərimizi atəşə tutur.  Özü o yerlərdən atəşə tutur ki, onlar bir zamanlar azərbaycanlılar yaşamış kəndlərdir".

Sahib Alıyev vurğulayıb ki, haylar bir gün geri dönəcəyimizi yaxşı bildiklərindən Qərbi Azərbaycandakı onlarla kəndi yaşayış üçün tam yararsız hala salıblar. Amma bu gün işğaldan azad olunmuş torpaqlarımızda necə quruculuq işləri aparılırsa, Qərbi Azərbaycandakı kəndlərimiz o cür abadlaşdırılacaq. İrəvandakılar öz davranışlarıyla o günü daha da yaxınlaşdırırlar: "Əgər düşünürlər ki, Azərbaycan ərazi bütövlüyünü açıq təhdidə, Hindistandan 750 milyon dollar dəyərində silah-sursatın alınıb gətirilməsinə, Fransayla İrandan hərbi texnika avadanlıqların ötürülməsinə, sərhədlərimiz boyunca qüvvə toplanmasına göz yumacaq, çox yanılırlar".

Rusiyanın xarici işlər nazirinin müavini Qaluzinin Ermənistanın səfiri Harutyunyanla görüşərək Qarabağdan danışdığını xatırladan deputat əlavə edib ki, əgər Moskva regionda sülhün yaranmasında maraqlıdırsa, onda Qaluzinlə Harutyunyan arasında söhbətin predmeti "blokada", "humanitar fəlakət" deyil, Qarabağdakı qanunsuz silahlı birləşmələrin terrorçu ünsürlərin oradan çıxarılması olmalıdır.

O xatırladıb ki, Rusiya üçtərəfli Bəyanatda üzərinə belə bir öhdəlik götürsə , indiyədək yerinə yetirilməyib.

 

Hayastanın əməlləri növbəti müharibəyə hazırlaşdığını göstərir

 

Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Ermənistan sözdə sülh danışıqları aparsa da, əməlləri növbəti müharibəyə hazırlaşdığını göstərir.

İrəvanın Azərbaycanla müharibə aparacaq gücü olmadığını vurğulayan deputat bildirib ki, amma bu xəyanətkar ölkə həmişə başqalarına arxalanıb, qonşu xalqlarla apardığı müharibələrdə daim onların silahından, imkanlarından istifadə edib: "İkinci Qarabağ müharibəsində Azərbaycan təkcə Ermənistanı məğlub etmədi, həm onun arxasında duran gücləri məhv etdi. Bugünkü hay-küy həmin məğlubiyyətdən qaynaqlanır. Ermənistan uğursuzluqlarına baxmayaraq, yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi informasiyayönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir. Hayastan otuz ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin icrasına Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir".

Bu qətnamələri qəbul edən, altına imza atan ölkələrin sonra yaradılan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olduğunu xatırladan A.Hüseynov deyib ki, hər üçü dünyada nüfuzlu, sayılan ölkə imicini itirənə qədər Azərbaycan-Ermənistan münaqişəsində ədalətin yanında durmadılar, ermənilərin işğalçı əməllərini dəstəklədilər. "Həmin ölkələr məsələyə yanaşmada forma üslublarını dəyişsələr , mahiyyətlərini dəyişməyiblər. Bu gün Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti tam əsassızdır, çünki etiraz predmeti Azərbaycan torpaqları, əraziləridir. Rəsmi Bakı suveren ərazilərində baş verənləri özünün daxili məsələsi hesab edir, separatçılığı, təxribat əməlləri törədənləri onun arxasında duranları cəzalandırmağın yollarını da bilir. Dünya birliyi, nəhayət, həqiqətin yanında yer almalıdır. Əks təqdirdə çox şey itiriləcək".

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2023.- 16 avqust.- S.1; 7.