Beynəlxalq təşkilatlar Ermənistanın nazı ilə oynayırlar

 

Avropa İttifaqının İrəvandakı missiyasının ədalətsiz davranışları heç bir məntiqə sığmır

 

Son günlər Ermənistanın siyasi manipulyasiyalarına inanan bəzi beynəlxalq təşkilatlar yenə regionda baş verən prosesləri araşdırmadan Azərbaycanın əleyhinə müxtəlf fikirlər səsləndirməkdədirlər.

İkinci Qarabağ müharibəsindən əvvəlki dövrlərdəki ikili standartlar prinsipi yenə işə düşüb. Hətta savaşdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçilik missiyasını üzərinə götürən Avropa İttifaqının Ermənistandakı missiyası da onların sırasına qoşulub.

Qərbi Azərbaycan İcmasıın avqustun 14-də yaydığı bəyanatda da bu məsələyə toxunulub. Avropa İttifaqının Ermənistandakı missiyasının ədalətsiz davranışları ilə bağlı yayılan sənəddə bildirilir ki, 30 il ərzində Azərbaycan ərazilərinin işğalına, yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına laqeyd yanaşan təşkilatların bu gün revanşist Ermənistana kömək etmək üçün dəridən-qabıqdan çıxmaqları bir daha özlərini "hüquq müdafiəçisi" kimi qələmə verən bir çox beynəlxalq qurumların, eləcə missiyasının Ermənistanın təbliğat vasitəsinə çevrildiyini sübut edir.

Həmin təşkilatların belə qərəzli qeyri-obyektiv davranışları etimadsızlıq mühitinin yaranmasına səbəb olur, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, regionda sülh sabitliyin təmin edilməsinə əngəl yaradır.

Ümumiyyətlə, Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, ərazilərimizin hər fürsətdə minalanmasına, təxribatlara məruz qalmasına, məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına əngəl yaradılmasına göz yuman bir sıra təşkilatların bu gün Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar vermələri riyakarlıq göstəricisidir. Bu beynəlxalq qurumlar Ermənistanın 10 noyabr üçtərəfli Bəyanatla müəyyən olunmuş öhdəliklərinə zidd olaraq, silahlı tör-töküntülərini torpaqlarımızdan çıxarmamasına nəinki qarşı çıxmır, hətta Laçın yolu vasitəsilə onların silah-sursatla təchiz edilməsinə dolayısı ilə şərait yaradırlar. Qərbi Azərbaycan İcmasının bəyanatında da qeyd edilib ki, Aİ-nin icmanın müraciətlərinə əməli reaksiya verməməsi onun beynəlxalq hüquqa, bəşəri dəyərlərə prinsiplərə fərqli yanaşma nümayiş etdirdiyini göstərir.

 

BMT-nin ermənipərəst mövqeyi göz önündədir

 

Ermənistan digər təşkilatlar kimi BMT Təhlükəsizlik Şurasını da hərbi-siyasi informasiyayönümlü manipulyasiya alətinə çevirməyə cəhd göstərir. BMT Təhlükəsizlik Şurası da 30 il ərzində dörd qətnaməsinə işğalçıların Azərbaycan ərazilərindən tam, dərhal qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan Ermənistanın nazını çəkir. Bu qurum bədnam qonşumuzun BMT TŞ- əsassız iddialarla müraciətinə həssas yanaşmaqla, əslində separatçılıq, işğal quldurluğa haqq qazandırır. Nəzərə almaq lazımdır ki, Laçın sərhəd buraxılış məntəqəsindən Xankəndiyə humanitar yük adı ilə daşımaların həyata keçirilməsinə icazə verməmək, əvəzində isə ermənilərə daha sərfəli, alternativ Ağdam-Xankəndi yolunu təklif etmək Azərbaycanın suveren hüququdur.

BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri müstəqil ekspertləri təxminən bir həftə əvvəl guya Azərbaycan tərəfindən Laçın dəhlizinin "blokadada" saxlandığı Qarabağ bölgəsində "gərgin humanitar vəziyyət" yarandığı iddiası ilə çıxış ediblər.

Azərbaycan ərazilərinin işğalına düz 30 ilə yaxın göz yuman təşkilatın nümayəndələrinin belə qərəzli fikir səsləndirməsi BMT orqanlarının, doğrudan da, siyasi manipulyasiya alətinə çevrilməsini sübut edir. Bu bir daha göstərir ki, BMT-nin əslində yenidən, səlahiyyətli orqan kimi təşkil olunmasına ciddi ehtiyac var. Aİ BMT daxil olmaqla beynəlxalq qurumlar, hansısa saxta naməlum ekspertlərə deyil, həqiqi faktlara istinad etməli, erməni lobbisinin təsiri altında fəaliyyət göstərən şəxslərə ya qurumlara inanmamalıdırlar.

 

Ədaləti bərpa etmək üçün şəffaf beynəlxalq müdaxilə zəruridir

 

Qərbi Azərbaycan İcması həmçinin "Human Rights Watch" "Amnesty International" təşkilatlarına da məktublar göndərərək Ermənistanın etnik təmizləməsinə məruz qalan, öz ata-baba yurdlarından didərgin düşən azərbaycanlıların pozulmuş hüquqlarının bərpasında iştirak etmələrini istəyib.

Məktubda bildirilib ki, azərbaycanlı əhalinin Ermənistandan zorla qovulması insan ləyaqəti bərabərlik prinsiplərinə xələl gətirməklə, beynəlxalq konvensiya müqavilələrə zidd olmaqla, insan hüquqlarının çoxsaylı kobud pozuntularına səbəb olub. Ermənistan orada yaşamış azərbaycanlılara qarşı qırğın, terror, hədə-qorxu törətməklə, əmlaklarını qanunsuz ələ keçirməklə onların hərəkət azadlığını resurslara çıxışını məhdudlaşdırmaqla etnik təmizləmə aparıb. Həmçinin icma tərəfindən qeyd olunub ki, "Sizin müdaxilənizin, Ermənistandan qovulmuş azərbaycanlıların məruz qaldıqları böyük haqsızlıqların aradan qaldırılmasında onların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayacağına inanırıq".

Danılmaz faktdır ki, Ermənistanın davranışları Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, "Mülki siyasi hüquqlar haqqında" Beynəlxalq Pakt, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiya digər beynəlxalq sənədlərdə təsdiq edilmiş bərabərlik, ayrı-seçkiliyə yol verməmək insan ləyaqəti prinsipləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu pozuntuları aradan qaldırmaq, zərərçəkmiş soydaşlarımızın hüquqlarını bərpa etmək, eləcə insan haqlarına, ədalət bərabərliyə sadiqliyi təsdiqləmək üçün şəffaf güclü beynəlxalq müdaxilə zəruridir.

 

Azərbaycan bölgənin ən nüfuzlu ölkəsinə çevrilib

 

Görünən odur ki, uzun illər boyunca Ermənistanın ölkəmizə qarşı törətdiyi müxtəlif formalı təxribat cinayətlər sözügedən beynəlxalq təşkilatlar, eləcə tarixin arxivinə yola salınmış Minsk qrupunun keçmiş həmsədrləri tərəfindən susqunluqla qarşılanıb. Lakin Azərbaycan suverenliyinə ərazi bütövlüyünə edilən hörmətsizlikləri unutmur, beynəlxalq qurumların ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərini ikili yanaşmalarını qəbul etmir. Elə İkinci Qarabağ müharibəsində şanlı zəfər çalan, torpaqlarını hərbi yolla işğaldan azad edən Azərbaycan BMT-nin 28 illik qətnamələrini təkbaşına icra etməklə məhz bunu sübut edib. Artıq regionda yeni reallıqlar yaranıb, Azərbaycan bölgənin ən nüfuzlu diktəedən ölkəsinə çevrilib.

Ona görə bu gün bölgədə davamlı sülhü təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərdə təmiz səhifə açmaq məqsədilə Azərbaycanın təklif etdiyi təkmil sülh modeli qəbul olunmalıdır. Bu mənada Ermənistana ən yaxşı  təsir göstərə biləcək qüvvələr həm beynəlxalq təşkilatlardır. Belə qurumların Ermənistanı düz yola gətirməsi regionda əmin-amanlıq mühitinin formalaşmasına gətirib çıxara bilər.

 

Nəzrin QARDAŞXANOVA,

 

Azərbaycan.-2023.- 16 avqust.- S. 1; 7