Başlıca şərt hasilat olsa da...

 

Qaz ixracının artması üçün həm geniş nəql infrastrukturu vacibdir 

 

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 28,1 milyard kubmetr təbii qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında 3,3 faiz, yəni 0,9 milyard kubmetr artım qeydə alınıb. Bu barədə Energetika Nazirliyindən operativ məlumatlara əsasən bildirilib.

Məlum olduğu kimi, hazırda ölkəmizin əsas qaz hasilatı mənbəyi "Şahdəniz" yatağıdır. Həmçinin "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından neftlə bərabər səmt qazı da əldə edilir ki, onun xeyli hissəsi təmənnasız olaraq Azərbaycan dövlətinə təhvil verilir - Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə "Azəriqaz" sisteminə ötürülür. SOCAR özü böyük həcmdə mavi yanacaq hasil edir. Ölkəmizin qaz mənbələrinin sırasına indi daha bir yataq da qoşulub. Keçən aydan Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlanıb. İHS mərhələsinin hasilat gücünü gündəlik 4 milyon kubmetr qaz 12 min barel kondensat təşkil edir. Qazın Azərbaycanın daxili bazarına satılacağı nəzərdə tutulur.

Beləliklə, ilin əvvəlindən ölkədə çıxarılan qazın 15,4 milyard kubmetri "Şahdəniz"in, 7,5 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"nin, 5,1 milyard kubmetri SOCAR-ın 0,1 milyard kubmetri "Abşeron"un payına düşüb. "Azəri-Çıraq-Günəşli" "Şahdəniz" yataqları istismara veriləndən cari il avqustun 1-dək isə AÇG-dən 211 milyard kubmetr, "Şahdəniz"dən 198 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 139,9 milyard kubmetrə qədəri ixraca yönəldilib.

İxracdan söz düşmüşkən, qeyd edək ki, Energetika Nazirliyi cari ilin ötən 7 ayında xaricə qaz satışı barədə məlumat verib. Bu göstərici 13,8 milyard kubmetr təşkil edib. Başqa sözlə, xaricə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz çox qaz ixrac olunub.

Hazırda Azərbaycan 6 ölkəyə - Gürcüstana, Türkiyəyə, İtaliyaya, Yunanıstana, Bolqarıstana Rumıniyaya mavi yanacaq göndərir. Xatırladaq ki, Gürcüstan Azərbaycan qazını 2006-cı ilin sonlarından Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə alır. Türkiyəyə qaz bu ölkənin Gürcüstanla sərhədində CQBK- birləşdirilən 280 kilometrlik borularla (bütövlükdə Bakı-Tbilisi-Ərzurum adlanan kəmərlə) 2007-ci ilin yayından çatdırılır. 2018-ci ilin ortalarından Azərbaycan qazı qardaş ölkəyə həm TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) nəql edilir.

3500 kilometrlik "Cənub qaz dəhlizi"nin birinci qoluna - genişləndirilmiş CQBK- bağlanan TANAP digər tərəfdə TAP-a (Trans-Adriatik Qaz Boru Kəməri) qovuşur. Dəhlizin sonuncu seqmenti TAP qazı 2020-ci ilin son günündən Avropaya ixrac edir.

Cari ilin yanvar-iyul aylarında Avropaya 6,6 milyard kubmetr, Türkiyəyə 5,8 milyard kubmetr, Gürcüstana isə 1,4 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyənin TANAP-la aldığı qaz 3,3 milyard kubmetr təşkil edib.

Bu gün Azərbaycan qaz hasil edən onun ixracı üçün mükəmməl infrastruktura malik olan ölkə kimi diqqət mərkəzindədir. Avropanın mavi yanacağa tələbatı artdığından ölkəmizdən qaz idxal etmək istəyənlərin sayı getdikcə çoxalır. Keçən il Azərbaycan Avropa İttifaqı arasında imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci il üçün qaz təchizatımız iki dəfə artırılacaq.

İxracın həcminin artırılması coğrafiyasının genişləndirilməsi isə kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Hasilatın artırılması ilə yanaşı, nəql infrastrukturu da təkmilləşdirilməlidir, yeni interkonnektorlar tikilməlidir s. Bir sözlə, zaman "Cənub qaz dəhlizi"nin genişləndirilməsi məsələsini gündəmə gətirib. Bu dəhlizin Avropa qolu olan TAP-ın ötürücülük gücü artırılmalıdır.  TANAP genişləndirilmədən isə bu, mümkün deyil. Keçən il Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) istifadəyə verilməsi ixrac coğrafiyasının genişlənləndirilməsinə bir töhfə oldu. Digər bir layihə İon-Adriatik qaz boru kəməri olacaq ki, üç Balkan ölkəsini əhatə edəcək. Mövcud  infrastukturun, eləcə inşa edilən əlavə xətlərin yeganə məqsədi enerji təhlükəsizliyinin təmin olunmasıdır.

Bu  il mayın 10-da Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı müraciətində həmin məsələyə bir daha toxunaraq demişdir: "Bu gün Azərbaycan qazı qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb. Bu gün Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Əgər hər şey plan üzrə gedərsə, bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək. Bu, həm bizə gəlir gətirir, həm bizim siyasi çəkimizi, həm təsir imkanlarımızı artırır".

İxracı artırmaq üçün potensialımız da var. "Şahdəniz" yatağından gözlənilən əlavə hasilat, AÇG-nin vəd etdiyi "dərin qaz" bunu deməyə əsas verir. Artıq məhsul verən "Abşeron"un ardınca hasilatını gözlədiyimiz "Qarabağ" bir sıra digər perspektivli karbohidrogen mənbələrimiz var. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Proqnozlaşdırılan ehtiyatlar isə 3 trilyon kubmetr civarındadır. Başqa sözlə, qarşıdakı 100 ildə Azərbaycan həm özünü, həm bir sıra digər ölkələri qazla təmin etmək imkanına malikdir.

 

Flora SADIQLI

Azərbaycan.- 2023.- 24 avqust.- S.10.