Azərbaycan ilə Özbəkistan prezidentləri xanımları Şuşaya səfər ediblər

 

 

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə səfər edibər.

Dövlət başçıları xanımları əvvəlcə Saatlı məscidində olublar.

Özbəkistan Prezidentinə xanımına məlumat verildi ki, məscid 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə məscid binaları olub. Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi, Saatlı məscidi ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb bu ilin may ayında məscidin açılışı olub.

Sonra prezidentlər xanımları Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq MərkəzindəHeydər Əliyev Qarabağsərgisinə baxdılar

Prezidentin köməkçisi Anar Ələkbərov Özbəkistan Prezidentinə xanımına Mərkəz sərgi barədə məlumat verdi.

Bildirildi ki, Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra bu il mayın 10-da istifadəyə verilib. Bina ölkə əhəmiyyətli memarlıq abidəsi siyahısındadır.

Qeyd edildi ki, “Heydər Əliyev Qarabağsərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər videomateriallar nümayiş olunur. Eləcə sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

Diqqətə çatdırıldı ki, 1969-cu ildən etibarən Qarabağın Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə AğdamXankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.

İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qoyulub.

Sonra ali qonaq xanımı Şuşanın Baş planı ilə tanış oldular.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov şəhərin Baş planı barədə ali qonağa xanımına məlumat verdi. Qeyd edildi ki, şəhərin Baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Azərbaycanın mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Baş planda Şuşada orta, yüksək qarışıq sıxlıqlı yaşayış binalarının inşası, şəhər mərkəzinin, yeni tikiləcək qorunub saxlanılacaq tarixi binalar abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında Şuşada bərpa yenidənqurma işləri davam etdiriir.

Natəvan bulağı ilə tanışlıq zamanı qeyd olundu ki, Şuşa işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilənXan qızıbulağı şəhərin məşhur məkanlarından biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı ilə tanınırdı. Natəvanın vaxtilə şəhərə çəkdirdiyi su xəttiXan qızıbulağı adı ilə məşhur idi. İşğal dövründə suyu quruyan bulaq yenidən sakinlərin şəhərin qonaqlarının istifadəsindədir.

Özbəkistan Prezidenti xanımı Yuxarı Gövhər Ağa məscidi ilə tanış oldular. Məlumat verildi ki, Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Şuşa şəhəri işğal altında olduğu müddətdə bu məscid ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin sonlarından başlanan bərpa işlərindən sonra bu ilin mayında məscidin açılışı olub.

Sonra Özbəkistan Prezidenti xanımı Bülbülün ev-muzeyində oldular.

Ali qonağa xanımına məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi əsasında keçmiş Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində bərpa işləri aparılıb 2021-ci il avqustun 29-da muzeyin açılışı olub.

Mehmandarovların malikanə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, bu kompleks Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrdə inşa olunub. Kompleksə böyük kiçik yaşayış binaları, ailə məscidi bulaq daxildir

Diqqətə çatdırıldı ki, 2021-ci ilin oktyabrından etibarən Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların malikanə kompleksində, ərazidəki ailə məscidində bulaqda təmir-bərpa işləri aparılıb. Evin həyətində XX əsrin əvvəllərinə aid tarixi fayton da dövrün texnologiyalarına uyğun bərpa edilib. Görülmüş işlərdən sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının evimövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu – XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb. Zadəgan malikanəsinin qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən istifadə edilib. Otaqda milliliyi nümayiş etdirən elementlər var. İnteryerdə dövrün fotoçərçivələrinə salınmış məlumat portretlər asılıb. İnteryer təəssüratını pozmamaq üçün foto məlumatların çərçivələri dövrə uyğun hazırlanıb. Fotolar Şuşanın tanınmış zadəgan nəsillərinəMehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara, Vəzirovlara, Qacarlara aiddir. Malikanədəki otaqları milli əşyalarla yanaşı, Avropasayağı məişət əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid interyer qaydalarına uyğun tərtib edilib. Ekspozisiyanın tərtibatı zamanı 150-dən çox əntiq əşyadan istifadə olunub.

Sonra dövlət başçıları xanımları Cıdır düzündə oldular.

Ali qonağa xanımına məlumat verildi ki, Cıdır düzü Şuşanın rəmzlərindən biri, tarixən cıdır yarışlarının Qarabağ xanlığı dövründən yerli türk əhalinin Novruz bayramını digər el şənliklərini keçirdiyi ərazidir.

Şuşa ilə tanışlıq qonaqlarda dərin təəssürat doğurub.

 

Azərbaycan.- 2023.- 24 avqust.- S.5;6