Baş nazirin müavini Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov yanvarın 31-də Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ferqus Ould ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olundu, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edildi.

 

Azərbaycan.- 2023.- 1 fevral.- S.3.