"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2544; 2019, ¹ 7, maddələr 1213, 1233, ¹ 12, maddə 1935; 2020, ¹ 8, maddə 1039; 2021, ¹ 5, maddə 435, ¹ 6 (I kitab), maddələr 579, 583, ¹ 8, maddə 922, ¹ 9, maddələr 983, 987, ¹ 11, maddə 1212, ¹ 12, maddə 1403; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1938 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı"nın 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.  5.1.1-ci yarımbənd üzrə:

1.1. 3-cü abzasa "doğub" sözündən sonra ", övladlığa və (və ya) qəyyumluğa götürüb onları" sözləri və "tərbiyə etmiş" sözlərindən sonra "və böyütmüş" sözləri əlavə edilsin;

1.2.  4-cü abzasdan "18 yaşınadək" sözləri çıxarılsın;

1.3. 5-ci abzasa "növbəti" sözündən əvvəl "və ya əlilliyi müəyyən edilmiş uşağını" sözləri əlavə edilsin.

2.  5.2.2-ci yarımbənd üzrə:

2.1. 8.1-ci bəndə "doğub" sözündən sonra ", övladlığa və (və ya) qəyyumluğa götürüb onları" sözləri və "tərbiyə etmiş" sözlərindən sonra "və böyütmüş" sözləri əlavə edilsin;

2.2.  8.2-ci bənddən "18 yaşınadək" sözləri çıxarılsın;

2.3. 8.3-cü bəndə "növbəti" sözündən əvvəl "və ya əlilliyi müəyyən edilmiş uşağını" sözləri əlavə edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2023-cü il

 

Azərbaycan.- 2023.- 2 fevral.- S.6.