Rəcəb Tayyib
Ərdoğan Mehriban Əliyevanın
tapşırığı üzrə Qaziantepdə olan Heydər Əliyev Fondunun
nümayəndələri ilə görüşüb
Zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qaziantep hava limanında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi əsasında qardaş ölkəyə humanitar yardım aparan Fond əməkdaşları ilə görüşüb.
AZƏRTAC
xəbər verir ki, baş vermiş faciə ilə əlaqədar
Fondun prezidenti Mehriban Əliyevanın
başsağlığını çatdıran qurumun
nümayəndəsi Elvin Aslanov bu günlərdə
bütün Azərbaycan xalqının, ölkənin
bütün təşkilatlarının qardaş ölkə
üçün zəruri yardımların göstərilməsi
naminə səfərbər olduğunu bildirib.
Azərbaycan
dövləti və xalqının Türkiyədəki faciə
ətrafında səfərbər olmasına görə təşəkkürünü
ifadə edən Rəcəb Tayyib Ərdoğan bildirib:
“İlham qardaşıma, Mehriban bacıma öz adımdan,
millətim adından çox təşəkkür edirəm!”
Azərbaycanda xalqın zəlzələ
qurbanları üçün humanitar yardıma qoşulması, göndəriləcək
yardımlar barədə məlumatlı olduğunu
deyən Rəcəb Tayyib Ərdoğan Vətən
müharibəsi zamanı Türkiyənin Azərbaycanın
yanında olduğu kimi,
indi də belə çətin gündə
Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib: “Öz adımdan, ailəm və xalqımız
adından minnətdarlıqlarımı
çatdırıram. Biz tək bu gün deyil,
ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət
olaraq yola davam edəcəyik!”.
Azərbaycan.-2023.- 10 fevral.- S.1.