Qərb politoloqu: İranın şimal sərhədində pozucu fəaliyyəti diqqət mərkəzində olmalıdır

 

Tanınmış Qərb politoloqu, “HeritageFondunun DaqlasSara Elison Mərkəzinin direktoru Lyuk Kofi Səudiyyə Ərəbistanının “Arabnews” nəşrində “Gözünüzü İranın şimal sərhədindən ayırmayın” sərlövhəli analitik məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, politoloq ötən ilin avqustunda Londondabu yaxınlarda Tehranda radikal dini qruplaşmaların Azərbaycanın diplomatik nümayəndəliklərini hədəf aldıqlarını diqqətə çatdıraraq yazıb: “Tehranda Azərbaycan səfirliyinə hücum edən silahlı şəxsin bu mənfur terror aktından bir neçə saat sonra İran telekanallarına müsahibə verməsi təəccüb doğurur. Sözügedən insidentiterror aktı” adlandıran rəsmi Bakı öz diplomatlarının və onların ailə üzvlərinin təhlükəsizliyi üçün zəruri tədbirlər görməyə məcbur oldu. İran bu hadisənin siyasi deyil, şəxsi zəmində baş verdiyini bəyan etsə də, hər kəsə məlumdur ki, burada bir sıra şübhəli məqamlar mövcuddur. Ən azı, silahlı şəxsin hücumu İranın 1961-ci il diplomatik münasibətlər üzrə Vyana Konvensiyasına əsasən öz hüquqi məsuliyyətlərini kobud şəkildə pozması idi. İranın da qoşulduğu bu sənəd ev sahibi dövlətlərdən “missiyanın binalarını hər hansı müdaxilə və ya zərərdən qorumaq üçün bütün lazımi addımları atmaqla” səfirlikləri qorumağı tələb edir. Aydındır ki, Tehran öz öhdəliklərini yerinə yetirməyib. Tehranla Bakı arasındakı gərgin münasibətləri və İranın səfirliklərə hücum etmək meyilini nəzərə alsaq, bu silahlı şəxsin İran təhlükəsizlik xidmətlərinin göstərişi ilə hərəkət etməsi ehtimalı istisna oluna bilməz”.

Politoloq qeyd edib ki, Azərbaycan səfirliyinə edilən bu hücum həyəcan təbili çalmaq üçün əsasdır. Beynəlxalq ictimaiyyətin İrana diqqətinin böyük hissəsi, ilk növbədə, Yaxın Şərqlə bağlı cəmləşsə də, əsrlər boyu Tehran Cənubi Qafqazda da fəal rol oynayıb. Bu gərginliyin kökündə 1828-ci ildə Rusiya imperiyası və İran arasında bağlanmış Türkmənçay müqaviləsi ilə Araz çayı boyunca Azərbaycan torpaqlarının iki hissəyə bölünməsi dayanır. İndi İranda milyonlarla etnik azərbaycanlı yaşayır, onlar zaman-zaman müstəqillik və öz müqəddəratını təyinetmə uğrunda mübarizə aparıblar.

L.Kofi vurğulayıb ki, Azərbaycan dünyanın şiələrin çoxluq təşkil etdiyi azsaylı ölkələrindən biri olsa da, heç vaxt İranın nəzarəti və təsiri altına düşməyib. Azərbaycanın İsraillə də sıx əlaqələri var. İsraildən kənarda dünyanın ən böyük yəhudi yaşayış məntəqəsi Azərbaycandadır. Bu, Tehranı daim narahat edir.

Politoloq diqqətə çatdırıb ki, İranın Azərbaycanın regional rəqibi olan Ermənistanla yaxşı münasibətləri var. 2020-ci ildə Azərbaycan-Ermənistan müharibəsi zamanı İran öz ərazisindən Ermənistana silah daşınmasına şərait yaradıb. Tehran, həmçinin beynəlxalq iqtisadi sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edib. İndiiki ölkə arasında genişlənən hərbi əlaqələr var. İran Ermənistana PUA-lartank əleyhinə silahlar verib. ABŞ Dövlət Departamentinin məlumatına görə, 2008-ci ildə Ermənistan hətta İranı İraqdakı Amerika hərbçilərinə qarşı istifadə olunan raketlər və silahlarla təchiz edib. Bundan başqa, İran Xəzər dənizində də bir neçə təxribat törədib. İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri və qırıcı təyyarələrinin Xəzərdə Azərbaycanın dəniz və hava sərhədlərini pozması halları da baş verib.

Müəllif qeyd edib ki, ötən həftə Tehrandakı səfirliyinə edilən hücuma cavab olaraq, Azərbaycanın təhlükəsizlik xidmətləri ölkədə fəaliyyət göstərən İran casuslarından 40 nəfərlik ibarət şəbəkəni ifşa edib. Bu, son bir ildə Azərbaycan daxilində ikinci belə əks-kəşfiyyat əməliyyatıdır. 2020-ci ildən İran Azərbaycanla sərhəddə indiyədək görünməmiş miqyasda hərbi təlimlər keçirir. Ötən ilin oktyabrında İran hərbçiləri hətta Araz çayından keçid üzrə təlim də keçiblər. Təəccüblü deyil ki, Azərbaycan bunu təxribat xarakterli addım hesab edib.

L.Kofi sonda vurğulayıb: “Ərəb Xəbərləri Tədqiqat və Araşdırmalar Mərkəzinin bu yaxınlarda dərc etdiyi “Cənubi Qafqaz və Körfəz: üst-üstə düşən maraqlar və genişləndirilmiş əməkdaşlığın faydaları” adlı hesabat Azərbaycan ilə Körfəz ölkələri arasında İranla bağlı üst-üstə düşən narahatlığı ən yaxşı şəkildə əks etdirir. Hesabatda deyilir: “İran dəfələrlə özünü həm Körfəz, həm də Cənubi Qafqaz regionları üçün aqressivproblemli qonşu kimi göstərib. Bəzi Körfəz və Cənubi Qafqaz ölkələri arasında bu kontekstdə aparılacaq məsləhətləşmələr və koordinasiya regional sabitliyi təmin etmək və İranın bədxah təsirini zərərsizləşdirmək baxımından faydalı olacaq. Dünyanın diqqətinin Tehranın Suriyadakı fəaliyyətinə, İraqın şimalındakı raket hücumlarına, Körfəzdə sabitliyi pozan terror aktlarına yönəldiyi bir vaxtda gözümüzü İranın şimal sərhədindən ayırmaq ağılsızlıq olardı”.

 

Azərbaycan.- 2023.- 5 fevral.- S. 8.