"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında"  Azərbaycan Respublikasının  Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 5, maddə 399; 2001, ¹ 12, maddə 736; 2005, ¹ 8, maddə 692, ¹ 10, maddə 872; 2006, ¹ 12, maddə 1007; 2008, ¹ 6, maddə 462, ¹ 11, maddə 960; 2011, ¹ 2, maddə 71; 2013, ¹ 12, maddə 1491; 2015, ¹ 2, maddə 73; 2016, ¹ 3, maddə 415; 2017, ¹ 5, maddə 686; 2019, ¹ 1, maddə 33; ¹ 11, maddə 1691; 2020, ¹ 7, maddə 826; 2021, ¹ 8, maddə 897, ¹ 12, maddə 1317) aşağıdakı dəyişikliklər edilsin:

1. 4-1.2.1-ci və 4-2.1.2-ci maddələrə "mümkün olmadığı hallarda" sözlərindən sonra "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin.

2. 8.1.2-ci maddəyə "müəyyən edildikdə" sözlərindən sonra "("İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

Azərbaycan.-2023.- 10 fevral.- S.7.