"Seçki komissiyalarının seçici siyahıları ilə qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 1/3

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra -  Mərkəzi Seçki Komissiyası) "Normativ-hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 4 iyul tarixli 6/23-1 saylı Qərarı ilə təsdiq edilmiş "Seçki komissiyalarının seçici siyahıları ilə qaydaları haqqında Təlimat"da aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1-ci bənd üzrə:

1.1.1. birinci cümləsinə "12 ayın" sözlərindən sonra "azı" sözü əlavə edilsin;

1.1.2. "Qeyd" hissəsi aşağıdakı redaksiyada verilsin:

"Qeyd: Vətəndaşın yaşayış yeri, olduğu yer və həmin yerlər üzrə qeydiyyata alınmasına dair məsələlər "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimiya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır.

"Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.

Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyət yaradır".

1.2. 3.3-cü bənddə "2.2-ci" sözləri "3.2-ci" sözləri ilə əvəz edilsin;

1.3. 3.6-cı bəndin "Qeyd" hissəsində "Azərbaycan Respublikasının Prezidenti seçkilərinin" sözləri "seçkilərin (referendumun)" sözləri ilə əvəz edilsin və "Azərbaycan Respublikasının ərazisində" sözlərindən sonra "daimi" sözü əlavə edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr         Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

 

06.02.2023

 

Azərbaycan.- 2023.- 7 fevral.- S.6.