"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, ¹ 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 3, maddələr 171, 226, ¹ 4, maddə 287; 1998, ¹ 1, maddə 16; 2001, ¹ 12, maddə 736; 2002,  ¹ 6, maddə 328, ¹ 12, maddə 692; 2003, ¹ 1, maddə 16; 2005, ¹ 8,  maddə 684; 2009, ¹ 5, maddə 314, ¹ 7, maddələr 512, 517; 2011, ¹ 2,  maddə 71, ¹ 7, maddə 604; 2013, ¹ 3, maddə 217, ¹ 4, maddə 355; 2015,  ¹ 4, maddələr 364, 367, ¹ 11, maddə 1257, ¹ 12, maddə 1443; 2016, ¹ 12,  maddə 1985; 2017, ¹ 6, maddə 1047; 2020, ¹ 7, maddə 826; 2021, ¹ 6 (I kitab), maddə 545; 2022, ¹ 3, maddə 192) 12-ci maddəsinin dördüncü - səkkizinci hissələri müvafiq olaraq beşinci - doqquzuncu hissələr hesab edilsin və aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Bu maddənin ikinciüçüncü hissələrində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar dini qurumdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi dini qurumun razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunurya dini qurum tərəfindən təmin edilir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

 

Azərbaycan.- 2023.- 8 fevral.- S.9.