Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2022-ci il 23 dekabr tarixli 757-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 6, maddə 685; 2022, ¹ 5, maddə 444) ilə təsdiq edilmiş "Elektron məhkəmə" informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.  1.2-ci bəndə "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi," sözlərindən sonra "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi," sözləri əlavə edilsin.

2.  6.1.12-ci yarımbəndə "icraatın" sözündən sonra ",  inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə dair işlər üzrə məhkəmə icraatının" sözləri əlavə edilsin.

3.  6.1.17-ci yarımbəndə "mübahisələrinə" sözündən sonra ", inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə" sözləri əlavə edilsin.

4.  13.6-cı bəndə "10-1.2-ci" sözlərindən sonra ", Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.2-ci" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 fevral 2023-cü il

 

Azərbaycan.- 2023.- 8 fevral.- S.10.