"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 142; 2002, ¹ 6, maddə 328; 2004, ¹ 7, maddə 505; 2006, ¹ 12, maddə 1033; 2007, ¹ 1, maddə 4; 2010, ¹ 5, maddə 386; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə 1086; 2012, ¹ 2, maddə 62; 2013, ¹ 5, maddə 466, ¹ 7, maddə 796; 2016, ¹ 2, maddə 198; 2017, ¹ 12 (I kitab), maddə 2264; 2018, ¹ 10, maddə 1981, ¹ 11, maddə 2215; 2019, ¹ 8, maddə 1385; 2021, ¹ 12, maddə 1328) 4-cü maddəsinin birinci hissəsinin ikinciüçüncü cümlələri müvafiq olaraq dördüncübeşinci cümlələr hesab edilsin, aşağıdakı məzmunda ikinciüçüncü cümlələr əlavə olunsun:

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunurya vətəndaş tərəfindən təmin edilir.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2022-ci il

 

Azərbaycan.- 2023.- 9 fevral.- S.8.