Aksiya iştirakçıları haqlı tələblərində israrlıdırlar

 

Onlar dinc erməni əhalisinə humanitar yardımlar göstərilməsinə heç bir maneə törətmirlər

 

Artıq üçüncü aydır ki, Azərbaycanın qeyri-hökumət təşkilatları nümayəndələrinin, ictimai fəalların, mətbuat nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə keçirilən etiraz aksiyası davam edir.

Kiçik çillənin şaxtalı günlərində başıqarlı Kirs dağının ətəklərindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında dayanan aksiya iştirakçıları tələblərini yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər. İştirakçılar Qarabağdakı faydalı qazıntı, xüsusilə "Qızılbulaq" qızıl "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etirazlarını bildirirlər.

Aksiya iştirakçıları onu da bildirirlər ki, bir neçə ay bundan öncə Qarabağda peyda olmuş rusiyalı biznesmen, özünü separatçı rejimin baş naziri elan edən Ruben Vardanyan pozucu fəaliyyətlə məşğuldur. Bir müddət əvvəl gizli yollarla Moskvaya qaçan Ruben Vardanyan yenidən Xankəndidə peyda olub. Yeni "proqram"la işə başlayan Vardanyan yerli erməniləri azərbaycanlılarla dinc-yanaşı, sülh şəraitində yaşamağa istiqamətləndirmək əvəzinə, sərhəd bölgələrində günaşırı təxribatlar törədir. Dinc erməniləri müharibəyə, münaqişəyə sürükləməyə çalışır. Aksiya iştirakçıları isə buna qarşı çıxır birmənalı olaraq  erməni silahlılarının qalıqlarının Qarabağdan çıxarılmasını tələb edirlər.

Qeyri-hökumət təşkilatlarının təmsilçiləri, tanınmış ictimai fəallar mətbuat nümayəndələri ictimaiyyətə bildirmişlər ki, aksiya iştirakçıları tərəfindən dinc erməni əhalisinə humanitar yardımlar göstərilməsinə, mülki insanların Laçın yolu ilə hərəkətinə, təcili yardım maşınında digər xeyirxah məqsədlərlə yol gedib-gələn ermənilərə heç bir maneə yoxdur. Tələb Qarabağda qeyri-qanuni istismar edilən təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaqdır. Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri polislər yüksək səviyyədə təmin edirlər. 

Artıq bütün dünyaya məlumdur ki, Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının yeraltı-yerüstü sərvətlərini barbarcasına talayıb, xarici şirkətləri qanunsuz şəkildə bölgəyə cəlb edib. Bu şirkətlər həm Ermənistana, həm digər xarici ölkələrə məxsusdur. Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun hələ 2018-ci ildə apardığı araşdırmalara görə, Ermənistanda digər ölkələrdə hüquqi qeydiyyatdan keçən "Vallex Group", "Base Metals", ACP, Lerna Metalurgiayi İnstitute, "Teghout" digər şirkətlər, o cümlədən Ermənistandan olan fiziki şəxslər qızıl hasilatı biznesinin təşkilində iştirak ediblər.

Erməni jurnalist Vaqram Ağacanyanın araşdırmasına görə, işğal dövründə Ermənistanın 30-dan çox şirkəti Qarabağdakı qızıl digər qiymətli metalların istismarını həyata keçirib. Belə şirkətlərdən biri FDM-dir. 2001-ci ildə fəaliyyətə başlayan şirkət Azərbaycanın 16 tondan çox qızılını talayıb. Təkcə 2008-ci ildə talanan qızılın həcmi 4 ton olub.

Bir neçə gün öncə Azərbaycanın Rus İcmasının 30 nəfərdən çox nümayəndə heyəti azərbaycanlı ekoloqların haqlı tələblərini bütün dünyaya çatdırmaq üçün Laçın-Xankəndi yolunda olub. Kimin haqlı, kimin haqsız olduğunu öz gözləri ilə görən  Azərbaycanın Rus İcmasının nümayəndəsi, 79 yaşlı Jvanenko İvan Maksimovic mətbuata açıqlamasında deyib:

- Biz Laçın-Xankəndi yolunda ekoloji terrora etiraz edirik. Qarabağ bölgəsini yaxşı tanıyıram. Burada ezamiyyətlərdə çox olmuşam. Lacın-Xankəndi yolundan da çox keçmişəm. Ermənilərin etdikləri düzgün deyil. Prezident İlham Əliyev dəfələrlə yerli ermənilərə müraciət edərək onların bu ərazilərdə Azərbaycan vətəndaşı kimi yaşaya, bütün sosial digər təminatlardan faydalana biləcəklərini bəyan edib. Onlar bu gözəl imkandan faydalanmalıdırlar.

R.Vardanyan kimiləri təxribat yaradır, yerli ermənilərə düzgün istiqamət vermirlər. Biz televiziya radio vasitəsilə yerli ermənilərə vəziyyəti izah edərək bir  daha xatırlatmalıyıq ki, Azərbaycan vətəndaşı kimi daha rahat yaşayacaqlar".

Hər gün dünya ictimaiyyətinə çağırış edən ekofəallara bir sıra dövlət qurumlarından da dəstək gəlib.

Gürcü politoloqu Azərbaycanın probleminin Gürcüstan üçün önəm daşıdığını deyərək, ermənilərin gülünc ərazi iddialarına təəssüflənib. "Mən Gürcüstan vətəndaşı olaraq, Azərbaycan ərazilərində olan vəziyyətdən çox narahatam. Bu gün Xankəndi-Laçın yolunda ekoloji fəalların keçirdiyi aksiya haqlıdır. Bu ərazilər Azərbaycanındır buradakı təbii sərvətləri  ermənilər  onların digər dövlətlərdə bizneslə məşğul olan şərikləri mənimsəyə bilməzlər. ermənilər, ki, rusiyalı oliqarxlar. Mən aksiyanı dəstəkləyirəm tələbləri yerinə yetirilənə kimi davam etməsinin tərəfdarıyam".

İsveçrənin Davos şəhərindən   azərbaycanlı ekoloqlara dəstək nümayiş etdirilib. Küçəboyu nümayişçilər "Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarını dayandırın!", "Azərbaycan ərazilərində  ekoloji terrorun törədilməsinə son qoyulsun!" kimi şüarlar səsləndiriblər.

Görünən odur ki, istər ölkəmizdə, istərsə xarici dövlətlərdə  Azərbaycan xalqının haqlı tələblərinin carçısına çevrilən aksiya iştirakçılarının mövqeyini dəstəkləyənlərin sayı gündən-günə artmaqdadır. Havaların qarlı-şaxtalı keçməsinə baxmayaraq, aksiya iştirakçılarının əhvali-ruhiyyəsi çox yüksəkdir.  Onlar əllərində tutduqları "Volkov, cavab ver!", "Sülhməramlılar, ədalətli olun!", "Sərvətlərimiz bizimdir!", "Ekoloji terrora son qoyulmalıdır!" kimi şüarlarla tələbləri yerinə yetirilməyənədək bu aksiyanı  davam etdirəcəklərində israrlıdırlar.

 

 

Rəhman SALMANLI

Azərbaycan.- 2023.- 16 fevral. S. 11.