Aİ-nin "Şərq tərəfdaşlığı" Proqramı üzrə səfiri Cənubi Qafqazdakı vəziyyət barədə məlumatlandırılıb

 

Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı üzrə səfiri Kristina Yohannesson ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Şərq Tərəfdaşlığının cari vəziyyəti, xüsusilə enerji təhlükəsizliyi alternativ enerji resurslarının inkişaf etdirilməsi daxil olmaqla, bir sıra istiqamətlərdə Azərbaycan-Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, bölgədə cari vəziyyət müzakirə olunub. Bununla yanaşı, İsveçin Avropa İttifaqı Şurasına sədrliyi dövründə prioritetləri bu çərçivədə həm İsveçlə, həm Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıq məsələlərinə görüş zamanı diqqət yetirilib.

Nazir Ceyhun Bayramov Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlıq qarşılıqlı hörmət əsasında ikitərəfli çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, nazir Azərbaycanın sülh gündəliyi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, Laçın yolu ətrafındakı hazırkı vəziyyət bu çərçivədə ölkəmizin legitim tələbləri təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb.

Görüşdə, həmçinin digər ikitərəfli regional aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.- 16 fevral. S. 3