Qlobal liderlik nümunəsi

 

Azərbaycan sədri olduğu Qoşulmama Hərəkatı vasitəsilə dünyada sülhü ədaləti təşviq edir

 

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu təşkilatın son dördillik tarixində böyük nailiyyətlərlə əlamətdardır. Belə ki, bu dövrdə respublikamızın təşəbbüsləri ilə üzv dövlətlərin maraqları naminə təşkilatın potensialından imkanlarından səmərəli istifadə olunub, təşkilat qlobal məsələlərdə söz sahibi kimi çıxış etməyə başlayıb. Beləliklə, məhz İlham Əliyevin Sədrliyi ilə Qoşulmama Hərəkatının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib bu təsisat  beynəlxalq münasibətlər sistemində mühüm rol oynayan siyasi platformaya çevrilib.

 

Uğurlu xarici siyasət, yüksək nüfuz qlobal etimad

 

Xatırladaq ki, Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edir. 2019-cu ilin oktyabr ayında dünyanın ikinci ən böyük təşkilatına sədrliyin Azərbaycana keçməsi Prezident İlham Əliyevin müdrik uzaqgörən siyasətinin nəticəsi, respublikamıza olan yüksək beynəlxalq etimadın göstəricisi idi. Həmin vaxt Prezident İlham Əliyev bununla bağlı demişdi: "Dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışıq. Qoşulmama Hərəkatından daha böyük təşkilat Birləşmiş Millətlər Təşkilatıdır ki, onun da sədri olmur. Orada Təhlükəsizlik Şurasının sədri olur özü rotasiya qaydasında. Ona görə biz bu gün işlək vəziyyətdə sədrliyi olan ən böyük beynəlxalq təşkilata sədrlik edirik bu sədrliyi 119 ölkənin dəstəyi ilə əldə etmişik. Bu, nəyi göstərir? Onu göstərir ki, dünya ictimaiyyəti bizi dəstəkləyir, bizə inanır, bizə rəğbətlə yanaşır bizim mövqeyimizi müdafiə edir".

2012-2013-cü illərdə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvlüyündə təmsil olunan Azərbaycan indi Qoşulmama Hərəkatına sədrlik edir. Bu siyasi hadisə bir daha ölkəmizin nüfuzundan İlham Əliyevin uğurlu xarici siyasətindən xəbər verir. Qoşulmama Hərəkatına ən son üzv olan dövlətlərdən olmasına baxmayaraq, Azərbaycanın regionda dünyadakı güclü mövqeyi, qlobal problemlərin həllinə verdiyi töhfələr digər bu kimi amillər respublikamızın QH- sədrliyinin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsini şərtləndirdi.

 

Pandemiya ilə mübarizəyə töhfə

 

Sədrliyə başladıqdan sonra Azərbaycan təşkilatın qlobal məsələlərdə iştirak səviyyəsini artırmaq üçün böyük işlər görüb. Bu istiqamətdə fəaliyyətin ilk uğurlu nəticəsi isə pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatının xətti ilə beynəlxalq həmrəyliyin təmin edilməsində özünü göstərib. Qoşulmama Hərəkatının Sədri kimi bu məsələdə qlobal liderliyi öz üzərinə götürən Prezident İlham Əliyevin qətiyyəti təşəbbüsləri bu məsələdə öz sözünü deyib. Hələ 2020-ci ilin mayında Azərbaycanın təşəbbüsü ilə Hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən liderlər səviyyəsində onlayn sammitinin keçirilməsi bu istiqamətdə atılmış ilk addımlardan biri idi. Həmin ilin dekabr ayında isə Prezident İlham Əliyevin təklifi ilə BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Yetmişdən çox dövlət hökumət başçısının çıxış etdiyi bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir oldu.

 Azərbaycan peyvənd millətçiliyinə qarşı da qətiyyətli mübarizə apardı.  2021-ci ilin mart ayında BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edildi. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə plenar iclasda Hərəkatın Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul olundu.

 

Azərbaycan Hərəkata sədrliklə bağlı yeni nümunələr yaradıb

 

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional fəaliyyətinin inkişafı istiqamətində mühüm işlər görülüb. Belə ki, Hərəkatın Parlament Şəbəkəsi Gənclər Təşkilatı yaradılıb. Hazırda isə Azərbaycanın təşəbbüsü ilə təsisatın qadınlar platformasının yaradılması üzərində gedir.

Bir neçə gün əvvəl Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşü bir daha təsdiq edir ki, Azərbaycan bu təşkilatı üzv dövlətlərin maraqları, qlobal problemlərin müzakirəsi həlli istiqamətində uğurla səfərbər edir. Nazirlər iclasında QH-nin üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusu almış dövlətlər beynəlxalq təşkilatlar, xüsusi qonaq qismində dəvət olunan ölkə təşkilatların təmsilçiləri daxil olmaqla ümumilikdə 93 ölkə, 11 beynəlxalq təşkilatın nümayəndəsinin iştirakı da  göstərir ki, Azərbaycanın təşəbbüsləri təşkilat daxilində möhkəm dəstəklənir.

Azərbaycanın sədrliyi ilə geniş müzakirələr qətiyyətli səylər nəticəsində iclasda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Anım Bəyannaməsi, Yekun sənəd, Bakı Bəyannaməsi, Ev sahibi olan ölkəyə təşəkkür, eləcə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına dair Xüsusi Bəyannamə kimi mühüm sənədlər qəbul edilib.

Uğurlu fəaliyyətinin təşkilatın ümumi işinə verdiyi töhfələrin nəticəsidir ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bir ildə uzadılıb. Bütövlükdə isə Azərbaycan Hərəkata sədrliklə bağlı yeni nümunələr yaradıb bu, təşkilatın qlobal nüfuzunu çəkisini artırıb.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2023.- 8 iyul.- S.1;9.