Azərbaycanın Ermənistan üzərində daha bir qələbəsi

 

Bu dəfə beynəlxalq hüquq müstəvisində

 

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın may ayının 12-də bu məhkəməyə təqdim etdiyi 23 aprel 2023-cü il tarixində Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin quraşdırılmasının "qanunsuz" olduğuna dair vəsatətini yekdilliklə rədd edib.

Xatırladaq ki, İrəvan Ermənistanla şərti dövlət sərhədində - Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələb irəli sürmüşdü. Ermənistan iddia etmişdi ki, bu sərhəd-buraxılış məntəqəsinin quraşdırılması məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarını pozmuşdur.

Azərbaycan tərəfi məhkəməyə Ermənistan tərəfindən bu müddət ərzində Laçın yolunun qanunsuz istifadə olunmasını sübut edən dəlilləri təqdim etmiş, xüsusilə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə öz hərbçilərinin göndərilməsi, yeni istehsal edilmiş minaların gətirilməsi bu ərazilərdə basdırılması, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı Ermənistana daşınması, üçüncü dövlətlərin vətəndaşlarının ölkəmizə qanunsuz gəlməsinə şərait yaradılması məqsədi ilə sui-istifadə hallarına dair çoxsaylı sübutlar təqdim etmişdir.

İyulun 6-da məhkəmə Azərbaycanın təqdim etdiyi sübutlar gətirdiyi arqumentlərlə tam razılaşaraq Ermənistanın vəsatətini yekdilliklə rədd etmiş bununla Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində sərhəd-buraxılış məntəqəsini qurmağa beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi tanımış, Azərbaycanın Laçın yolundan öz silahlı qüvvələrini çıxarmağa dair beynəlxalq hüquq əsasında hər hansı bir öhdəliyə malik olmadığını təsdiqləmiş, habelə Ermənistan tərəfindən cari ilin aprel ayından Azərbaycan tərəfindən öz suveren hüququna əsaslanaraq quraşdırılmış sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinin məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarını pozduğuna dair iddiasını əsassız hesab etmiş Azərbaycanın sərhəd-buraxılış məntəqəsi vasitəsilə Laçın yoluna tam nəzarət həyata keçirməyə haqlı olduğu ilə razılaşmışdır.

Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən Ermənistanın sərhəd-nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarı təqdirəlayiqdir. Bu qərar Azərbaycanın təhlükəsizliyini sülh perspektivlərini təhdid edən ölkəmizin suveren ərazisinə qanunsuz silah, hərbi texnika hərbçilərin axınının dayandırılması zərurətindən irəli gəlir. Azərbaycanın Laçın yolunun girişində sərhəd-buraxılış məntəqəsi təsis etmək qərarı onun sərhədlərin mühafizəsi üzrə suveren hüququdur.

Bununla da Ermənistanın 1988-ci ildə başladığı "Miatsyum" layihəsi rəsmən beynəlxalq səviyyədə iflasa uğramışdır.

Qeyd edək ki, Ermənistanın yalan təbliğatına baxmayaraq, sərhəd-buraxılış məntəqəsi yaradılandan sonra erməniəsilli yerli sakinlər Azərbaycanın daxili beynəlxalq öhdəlikləri çərçivəsində ayrı-seçkilik maneə olmadan sərhəd-buraxılış məntəqəsindən keçə bilirlər.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 8 iyul.- S.1;8.