Albaniya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

 

Bayram Beqay "Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir"

 

Albaniya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

"AZƏRTAC" xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Azərbaycan.-2023.- 8 iyul.- S.4.