Şəhidlərin xatirəsi ehtiramla yad edilib

 

Bayram Beqay "Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir"

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Şəhidlərin əziz xatirəsini ehtiramla yad edən Prezident Bayram Beqay "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Albaniya Prezidentinə Şəhidlər xiyabanının tarixi şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

Azərbaycan.-2023.- 8 iyul.- S.4.