Albaniya Prezidenti xanımı Heydər Əliyev Mərkəzi ilə tanış olublar

 

Bayram Beqay "Prezident Əliyev vədlərini reallığa çevirən şəxsdir"

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay birinci xanım Armanda Beqay iyulun 7-də Heydər Əliyev Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Anar Ələkbərov Albaniya Prezidenti Bayram Beqaya dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, irsinin dərindən öyrənilməsinə tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr, həmçinin Azərbaycan tarixinin, mədəniyyətinin digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Albaniya Prezidenti Bayram Beqay Mərkəzdə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsində olan avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Albaniya Respublikasının Prezidenti Bayram Beqayda böyük maraq doğurub.

QonaqlarAzərbaycan incilərisərgisi ilə tanış olublar. Bildirilib ki, Azərbaycanın tarixini mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

Prezident Bayram Beqay birinci xanım Armanda Beqay "Kukla incəsənətdəsərgisinə baxıblar. Diqqətə çatdırılıb ki, ekspozisiyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivallarında qalib olub.

QonaqlarAzərbaycan xalçası - ilmələrin rəqsiadlı kolleksiya ilə tanış olublar. Bayram Beqay Armanda Beqay Heydər Əliyev MərkəzindəKlassik avtomobil sərgisi”ni ziyarət ediblər. Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov diqqətə çatdırıb ki, sərgidə avtomobilin yarandığı ilk dövrlərdən - XIX əsrin sonlarından başlayaraq Almaniya, ABŞ, İtaliya, Fransa, Böyük Britaniya keçmiş SSRİ- istehsal olunmuş avtomobillər nümayiş etdirilir. 


Ali qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

 

 

Azərbaycan.-2023.- 8 iyul.- S.4.