Ermənistan Respublikasının dağ-mədən sənayesinin Cənubi Qafqaz regionunda ekoloji sabitliyi pozması barədə Baş nazir Nikol Paşinyana açıq məktub

 

Cənab Baş nazir!

 

Biz, aşağıda imzası olan Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ekoloji norma standartları kobud şəkildə pozmaqla, Ermənistan Respublikasının dağ-mədən sənayesində aparılan işlərin ətraf mühitə regional qlobal təsirlərinin yol açdığı ciddi ekoloji böhranla bağlı dərin narahatlığı ifadə edən bu məktubu sizə ünvanlayırıq.

 

Ermənistanın vətəndaş cəmiyyəti təşkilatlarının da ölkədə genişlənən ekoloji problemlərlə bağlı artan həyəcanını diqqətlə izləyir, onların da dərin narahatlığını bölüşürük. Davam edən mədən əməliyyatları nəticəsində ekosistemin korlanması təkcə Ermənistanın ətraf mühiti üçün təhdid deyil, həm qonşu ölkələrə böyük təhlükədir. Ekoloji zərərin transsərhəd xarakteri regionda ondan kənarda yaşayan icmaların sağlamlığını rifahını riskə atır.

 

Biz, beynəlxalq ekoloji norma standartları, region əhalisinin hüquqlarını pozmaqla aparılan dağ-mədən sənayesi işlərinin dayandırılmasını tələb edirik.

 

Qeyd edirik ki, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ekoloji, sosial iqtisadi problemlərin həlli üçün hərtərəfli çərçivə təqdim edir. BMT- üzv dövlətlər təmiz hava, təhlükəsiz içməli su sanitariya kimi amilləri sağlamlığın ətraf mühit amilləri kimi tanıyıb. Eyni zamanda, BMT təmiz, sağlam davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Lakin Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusənYaxşı Səhiyyə Rifahüzrə 3-cü, “Təmiz su Sanitariyailə bağlı 6-cı, Məsuliyyətli İstehsal İstehlak üzrə 12-ci, “İqlim Dəyişikliyinin Fəsadlarına qarşı Mübarizə”yə dair 13-cü, “Torpaq Ekosisteminin Mühafizəsiüzrə 15-ci Məqsədlərinin tamamilə əleyhinə çıxış edir.

 

Biz, Ermənistan Respublikasını regionda ekosistemi ciddi şəkildə korlayan aşağıda adları çəkilən müəssisələrin fəaliyyətini dərhal dayandırmağa çağırırıq:

 

1.Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatının, Qafandakı dağ-mədən kombinatının xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun digər ağır metal tərkibli mədən tullantıları Oxçuçayı Araz çayını çirkləndirir. Zəngəzur Mis-Molibden Kombinatının səhmlərinin 60%-i AlmaniyanınCronimet Mining GmbH” şirkətinə məxsusdur. Burada heç bir ekoloji norma gözlənilmədən il ərzində orta hesabla 20 milyon ton filiz emal edilir. Kombinatın mədən tullantıları hovuzu olan 270 milyon kvadrat metrlik Artsevanik su anbarı bütün region üçün təhdiddir;

 

2.Qafan dağ-mədən kombinatı 2019-cu ildən Böyük BritaniyanınChaarat Gold International Limited” şirkətinin tərkibindədir hazırdaChaarat Kapanadlanır. İl ərzində burada orta hesabla 1.3 milyon ton filiz emal edilir. Qafan dağ-mədən kombinatının tərkibində 4.6 milyon kvadrat metr ərazini əhatə edən Gütqum (Qeqanuş) mədən tullantısı anbarı region üçün təhlükə saçır;

 

3.Əkərək (Aqarak) Mis-Molibden Kombinatının da ağır metal tərkibli mədən tullantıları Kərçivançay (Karçevançay) vasitəsilə Araz çayını zəhərləyir. ABŞ-ınComsup Commodities” şirkəti kombinatın bütün səhmlərini satın alaraq onun tam payçısıdır. İl ərzində burada orta hesabla 4 milyon ton filiz emal edilir. Kombinatın Davazam tullantı anbarında hazırda təxminən 36,8 milyon kubmetr təhlükəli tullantı toplanması barədə məlumatlar yayılıb. Tullantı anbarının suyu transsərhəd Araz çayına tökülür;

 

4.İşğal dövründə Ermənistan hakimiyyəti Azərbaycanla sərhəddə yerləşən Kəlbəcərin Zod yatağını qeyri-qanuni olaraqGeoProMiningşirkətinin tam istismarına verib. 2009-cu ildə buradan 320,5 min ton, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton miqdarında hasil edilmiş filizin emalı Dəvəli (Ararat) qızıl emalı kombinatında həyata keçirilib. Nəticədə mədən yaxınlığındakı Zod (Sotk) çayı mis, dəmir, kadmium molibden kimi ağır metallarla çirkləndirilib. Çirklənmiş Zod (Sotk) çayının Kür çayına töküldüyünü nəzərə alsaq bu, milyonlarla insanın həyatı üçün böyük təhdiddir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi bu mədənin işləməsinə icazə verməklə regionu çirkləndirməsinə görə, Ermənistan tərəfindən ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar da çıxarıb;

 

5.Avropa İnsan Hüquqları Məhkəməsi 14 fevral 2019-cu il tarixli qərarı ilə Şınıx (Şnoq) Tuğut (Teqout) kəndlərinin məhkəməyə müraciət etmiş sakinlərinin torpaqlarında qanunsuz mədən sənayesi istismarını təsbit edib, bununla bağlı Ermənistan hökumətindən zərərdəymiş kəndlilərə 69400 avro dəyərində təzminat ödənməsi tələb olunub;

 

6.Göyçə vilayətindəki Daşdəm (Daşdam) Qızıl Mədəni ildə təxminən 10.000 unsiya qızıl hasil edir. Mədən yerli su təchizatını aramsız şəkildə çirkləndirir. Mədənin çirkab sularında arsen civə kimi insan sağlamlığına ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədənin çirkab suları yaxınlıqdakı çayları, o cümlədən əsas içməli su mənbəyi olan Bərgüşad (Vorotan) çayını da zəhərləyir. Bərgüşad çayı Araza tökülür. Mədən Kanadanın “Lydian International” şirkəti tərəfindən idarə olunur;

 

7.Ermənistanın Lori vilayətindəki Axtala mədəni ildə təxminən 5 min ton mis qurğuşun istehsal edir. Mədənin tullantı sularında mis, qurğuşun sink kimi insan sağlamlığına ətraf mühitə zərərli ağır metalların yüksək qatılığı aşkar edilib. Mədən “Metal Prince” şirkətinin tərəfindən idarə olunur. Mədənin çirkab suları yaxınlıqdakı Tona (Debed) çayını çirkləndirir. Həmin çay Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə ekoloji problemlərə görə bağlanıb. Lakin 2020-ci ildə mədən yenidən istismara açılıb;

 

8.Qafan Manqan Zavodu nəinki Ermənistandakı, dünyanın ən böyük manqan zavodlarından biridir. Zavod manqan filizi, manqan dioksidi digər manqan məhsulları istehsal edir, illik hasilatı təxminən 1,5 milyon ton filizdir. Manqan filizinin çıxarılması emalı zamanı hava suya ağır metallar, toz digər çirkləndiricilər buraxılır. Bu çirkləndiricilər tənəffüs problemləri, nevroloji xəstəliklər xərçəng daxil olmaqla, bir sıra sağlamlıq problemləri yaradır. Zavod həmçinin Cənubi Qafqaz regionu üçün vacib içməli su mənbəyi olan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir;

 

9.Ellər (Qotayq) zavodu mis, sink qurğuşun istehsal edən metallurgiya zavodudur. Zavod Arpaçayını mis, qurğuşun kadium kimi insan sağlamlığına mənfi təsir göstərən ağır metallarla çirkləndirir. Zavod kükürd dioksidi, azot oksidləri bərk hissəciklər daxil olmaqla, böyük miqdarda hava çirkliliyi yaradır. Bu çirklənmə insan sağlamlığına mənfi təsir göstərərək tənəffüs problemləri, ürək xəstəlikləri digər ağır xəstəliklərə səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçaya axıdır. Zavodda yaranan, tərkibi ağır metallarla zəngin olan böyük miqdarda bərk tullantılar torpağı çirkləndirir yeraltı sulara sızır;

 

10.Göyçə (Geqarkunik) Mis Əritmə Zavodu Ermənistanda əsas mis əritmə zavodlarından biridir. İldə təxminən 100 min ton mis istehsal edir. Zavod ErmənistanınGeoProMiningşirkətinə məxsusdur. Zavod atmosferə çoxlu miqdarda kükürd dioksidi digər çirkləndiricilər atır ki, bu da havanın çirklənməsinə turşu yağışlarına səbəb olur. Zavod tullantı sularını əsas içməli su mənbəyi olan Arpaçayına axıdır. Arpaçay isə öz növbəsində çirkləndirici maddələri Araza daşıyır. Çirkab suları Arpaçayda su canlılarını məhv edir. Göyçə Mis Əritmə Zavodu ətraf mühit insanlar üçün böyük təhlükə mənbəyidir;

 

11.Arazdəyəndə (Yerasx) ekoloji normaların, beynəlxalq konvensiyaların tələblərinə zidd inşa olunan yeni metallurgiya zavodunun tikintisi dayandırmalıdır. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün faciə deməkdir. İçməli su təchizatına bu təsir həm sərhəd ərazilərdə yoluxucu xəstəliklərin yayılmasına gətirib çıxara bilər. Bu, həm Azərbaycan, həm Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yaradacaq;

 

12.Beynəlxalq qurumlar tərəfindən fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları da Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Qızıl hasilatı sənayesi milli sərhədlərdən kənara çıxan ekoloji çirkləndirməyə səbəb olub. Belə ki, mədən geridə böyük həcmdə tullantı süxurları tullantı yığınları qoyur, bu isə torpağı çirkləndirir, dağlarda aşınma prosesinin kəskin sürətlənməsinə gətirib çıxarır. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region onun əhalisi üçün ciddi təhdiddir;

 

Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu (Cermuk) mineral bulaqlarına məhvedici zərər vurur. Yataq həm Arpaçay Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə mənfi təsir göstərir.

 

Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə törədir. Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə Bazarçay Araz çayına oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm İranın, eləcə digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur.

 

Qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir. Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” “Tocqueville Asset Management LP” şirkətləridir.

 

Yuxarıda sadalanan 12 fakt hələ törədilmiş ekoloji fəlakətlərin görünən hissəsidir, ictimaiyyətdən gizlədilən faktlar daha çoxdur. Təsadüfi deyil ki, bir müddət öncə Ermənistanda fəaliyyət göstərən 60-dan çox vətəndaş cəmiyyəti təşkilatı sizə müraciət ünvanlayaraq xəbərdarlıq ediblər ki, Amuldağ (Amulsar) mədəninin işi ətraf mühitə böyük ziyan vuracaq buna görə Ermənistan hakimiyyəti onun fəaliyyətini bərpa etmək qərarını ləğv etməli, prokurorluq isə mədənin ətraf mühitə təsiri ilə bağlı ekspertizanın nəticələrini yoxlamalıdır.

 

Cənab Baş nazir!

 

Bildiririk ki, 2014-cü ildə qüvvəyə minən Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Su Axarlarının Qeyri-Naviqasiya İstifadəsi Hüququ Haqqında Konvensiyası - Transsərhəd Çaylar Konvensiyasının tələbləri Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulur. Konvensiyanın məqsədi transsərhəd su axarlarından ədalətli davamlı istifadəni təmin etməkdir. Bu Konvensiya su ehtiyatlarının sosial, iqtisadi ekoloji inkişaf üçün risk yaratdığı təqdirdə, təsirə məruz qala biləcək icmalarla yaxından işləməyi, onların rəyini nəzərə almağı nəzərdə tutur. Lakin Ermənistan hökuməti regionun şirin su ehtiyatına təsir göstərə biləcək dağ-mədən sənayesinin təşkilində qonşu kəndlərdə yaşayan gürcü, azərbaycanlı o cümlədən ermənilərin bu günədək rəylərini, fikirlərini nəzərə almayıb onları ətraf mühitin qiymətləndirilməsi prosesinə cəlb etməyib.

 

BMT-in Biznes İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi daxil olmaqla, biznesdə məsuliyyətli davranışın təşviqi üçün çərçivəni müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını müdafiə etməsi, ətraf mühitə mənfi təsirlərin qarşısının alınması təsirə məruz qalan icmalarla şəffaf, inklüziv şəkildə əlaqə saxlaması zərurətini vurğulayır.

 

Ermənistan hökuməti yuxarıda qeyd olunan mədənlərin istismarı ilə həm Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espoo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymur. Espoo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığını ifadə edir ekoloji məsələlərin transsərhəd xarakteri daşığıdı halda, beynəlxalq danışıqların zəruriliyini vurğulayır.

 

Orhus Konvensiyası ətraf mühitlə bağlı məsələlərdə məlumat əldə etmək, ictimaiyyətin iştirakını ədaləti təmin etməkdə mühüm rol oynayır. Bu konvensiyanı imzalayan ölkə kimi Ermənistan təsirə məruz qalmış region əhalisinin mədən hasilatı fəaliyyətləri, qərarların qəbulu proseslərində iştirakı ətraf mühitə dəyən zərərin aradan qaldırılması yolları ilə bağlı məlumatlara çıxışını təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir.

 

Biz Ermənistan hökumətini vətəndaş cəmiyyəti təşkilatları yerli icmalar üçün mədən hasilatı ilə bağlı dialoq qərar qəbuletmə proseslərində fəal iştirak etmək üçün əlverişli mühit yaratmağa çağırırıq. Kanadalı professor Steven Emermanın dediyi kimi, “Bu bir həqiqətdir ki, mədən sənayesinin qurbanı həmişə su hövzələri olur. Haradakı mədən sənayesi var, orada suyun tullantılarla daimi çirklənməsi təhlükəsi mövcuddur”.

 

Biz Ermənistandakı mədənlərdə hasilat ilə məşğul olan bütün maraqlı tərəfləri, xarici şirkətləri öz fəaliyyətlərini bu prinsiplərə uyğunlaşdırmağa onları əməliyyat təcrübələrinə inteqrasiya etməyə çağırırıq. Biz yataqda kəşfiyyat işlərinə hasilat sənayesinə investisiya qoyanları hansı ekoloji fəlakəti yaratdıqlarının fərqində olmağa, məsuliyyətli davranmağa dəvət edirik.

 

Cənab Baş nazir!

 

Yuxarıda qeyd olunan faktlardan da məlum olduğu kimi, Ermənistanın dağ-mədən sənayesi Cənubi Qafqaz regionunu ciddi ekoloji fəlakətlə üz-üzə qoyub.

 

Biz sizə müraciət edirik ki, yuxarıda sadalanan beynəlxalq standart prinsipləri nəzərə alaraq Ermənistanın bütün dağ-mədən sənayesi obyektlərinin qapılarını ekologiya səhiyyə sahəsində ixtisaslaşmış ekspertlər, Azərbaycanın bu sahədə ixtisaslaşmış vətəndaş cəmiyyətləri təşkilatları üçün açasınız, yerində müəssisələrə baxış keçirilməsinə, qiymətləndirmə monitorinq aparılmasına, müvafiq nümunələr götürülməsinə, ölçmə işləri edilməsinə tam şərait yaradasınız.

 

Həmçinin tövsiyə edirik ki, güvən, inklüzivlik ortaq məsuliyyəti gücləndirmək üçün dialoq məsləhətləşmələr üçün əlverişli müvafiq platformalar yaradasınız. Mədən sənayesində şəffaflıq hesabatlılığı təmin edərək, zəruri islahatlar həyata keçirib hasilat sənayesi ilə bağlı vaxtında, etibarlı hərtərəfli məlumatların açıqlanmasını təmin etmək üçün siyasi iradə liderlik nümayiş etdirəsiniz.

 

Biz Ermənistan hökumətini məsuliyyətli idarəetməyə, regionumuza, planetimizə təhlükə yaradan dağ-mədən sənayesindəki işləri dərhal dayandırmağa, region əhalisi üçün davamlı inkişafı, sağlam gələcəyi təmin edən qərarlar qəbul etməyə çağırırıq.

 

İmzalar:

 

1.“Sağlamlığa Xidmətİctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva

 

2.“Sudan İstifadə Sahəsində Mütəxəssislərİctimai Birliyinin sədr müavini Amin Məmmədov

 

3.“Ekoloq-2010” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Səlim Balayev

 

4.“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli

 

5."Şəfəq" Ekoturizm İctimai Birliyinin prezidenti Vamiq Babayev

 

6.Pasiyent Təşkilatları İttifaqı Hemofiliyalı Xəstələr İctimai Birliyinin sədri Ayaz Hüseynov

 

7.Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova

 

8.Pediatrik Kardiologiya Revmotologiya İctimai Birliyinin sədri Rəfiyeva Sveta

 

9."Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyinin direktoru Çingiz Ramazanlı

 

10.“Yaşıl DünyaEkoloji Maarifləndirmə İctimai Birliyinin sədri Cəfərli Elman

 

11.“Sosial İqtisadi Ekoloji İnkişafİctimai Birliyinin sədri Rahilə Mehdiyeva

 

12.Ekoloji İnformasiya İctimai Birliyinin sədri Musa Muradlı

 

13."Sağlam həyata doğru" Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov

 

14.“İnkişafa Doğru Qadın Təşəbbüsüİctimai Birliyinin sədri Ziba Nəbiyeva

 

15."Eşitmə Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin rəhbəri

 

Cəmile Abdulova

 

16.Leykemiya ilə Mübarizə İctimai Birliyinin sədri Mehriban Bağırova

 

17.“Ekoleks” Ekoloji Hüquq Mərkəzinin direktoru Sevil İsayeva

 

18.“Davamlı Turizmin İnkişafına Dəstəkİctimai Birliyinin sədri Nərminə Qəribova

 

19."Səhiyyə Sağlam Həyat" İctimai Birliyinin sədri Əlizadə Cahangir

 

20."Eko-TES" Ekoloji Tədqiqatlar Maarifçilik İctimai Birliyinin sədri Çingiz Nəzərov

 

21.“Ana KürEkoloji Promlemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Rüstəm Məlikov

 

22.“İnkişaf Rifah Naminəİctimai Birliyinin sədri Zəminə Səfərova

 

23.Yoluxucu Xəstəliklərlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Əminə Kərimli

 

24.“Səma EkoSosial-iqtisadi inkişafa yardım İctimai Birliyinin sədri İradə Həsənova

 

 

Azərbaycan.-2023.-8 iyul.-S.10.