Azərbaycan Pakistan arasında dostluq qardaşlıq münasibətləri möhkəmlənir

 

İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon söhbəti olub.

Prezident İlham Əliyev Baş nazir Məhəmməd Şahbaz Şərif bir-birinə xalqlarımıza müqəddəs Qurban bayramı münasibətilə təbriklərini ən xoş arzularını çatdırıblar.

Məhəmməd Şahbaz Şərif bu yaxınlarda Azərbaycana rəsmi səfəri zamanı ona nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib.

Söhbət zamanı Azərbaycan Pakistan arasında dostluq qardaşlıq əlaqələrinin möhkəmlənməsi məmnunluqla qeyd olunub, münasibətlərimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.-2023.- 4 iyul.- S.1.