Belarus Respublikasının Prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya

 

Hörmətli Aleksandr Qriqoryeviç.

Sizi Sizin şəxsinizdə dost Belarusun bütün xalqını dövlət bayramıMüstəqillik Günü münasibətilə Azərbaycan xalqı adından şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Bizim ölkələrimizi ənənəvi sıx dostluq, əməkdaşlıq qarşılıqlı dəstək münasibətləri bağlayır. Bu il biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Fərəhli haldır ki, tarixi baxımdan qısa zaman kəsiyi ərzində biz nəinki ortaq keçmişin müsbət nəticələrinin qorunub saxlanılmasına artırılmasına, həm qarşılıqlı fəaliyyətin keyfiyyətcə yeni səviyyəyə çıxarılmasına nail olmuşuq.

Biz Azərbaycan-Belarus əməkdaşlığının ölkələrimiz üçün qarşılıqlı maraq kəsb edən bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət veririk. Əminəm ki, bizim birgə səylərimiz xalqlarımızın ölkələrimizin maraqları naminə bundan sonra da Azərbaycan Belarus arasında ənənəvi dostluq əlaqələrinin strateji tərəfdaşlığın möhkəmlənməsinə yönəldiləcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, səadət uğurlar, Belarus Respublikasına isə firavanlıq tərəqqi arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2023-cü il

Azərbaycan.-2023.- 4 iyul.- S.2.