Son günlər Azərbaycanda baş verən sel daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı müşavirə keçirilib

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə iyulun 3-də son günlər ölkəmizdə baş verən sel daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirəni açan Baş nazir Ə.Əsədov ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkəmizin bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağıntıların miqdarının artdığını, əsasən dağlıq dağətəyi rayonlarda leysan xarakterli intensiv güclü olduğunu qeyd edib.

Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.

Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, həmçinin əkin sahələrinə fermer təsərrüfatlarına, eyni zamanda, digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müşavirədə sel daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.

 

Azərbaycan.-2023.- 4 iyul.- S.2.