Azərbaycan XİN: Paşinyanın növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik

 

Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin 29 iyun tarixli iclasında guya Azərbaycanın bölgədə vəziyyəti gərginləşdirdiyi, erməni sakinlərə qarşıetnik təmizləməsiyasəti həyata keçirdiyi, bölgəninblokadadasaxlandığı barədə növbəti dəfə səsləndirdiyi fikirləri qətiyyətlə rədd edirik.

Bu barədə AZƏRTAC-a XİN-dən bildirilib.

Qeyd edilib ki, 27 iyun tarixində Ermənistanın öhdəliyinə zidd olaraq Azərbaycan ərazisindən hələ tam olaraq çıxarmadığı erməni silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycan hərbçisinin yaralanması bölgədə vəziyyətin qəsdən gərginləşdirilməsi ilə yanaşı, xarici işlər nazirləri arasında ABŞ-da aparılan danışıqlara mane olmaq cəhdidir.

Qeyd edilən təxribata cavab olaraq, Azərbaycan tərəfinin erməni silahlı birləşmələrinə qarşı gördüyü tədbirlərinetnik təmizləməkimi qələmə verilməsi absurddur. Bununla yanaşı, Laçın sərhəd buraxılış məntəqəsindən erməni sakinlərin tənzimlənən şəffaf qaydada hər iki istiqamətdə keçməsinin Ermənistan tərəfindən həzm edilmədiyi məlumdur. Bu xüsusda, bölgədəgərgin humanitar vəziyyətolduğu barədə aparılan saxta təbliğatın da heç bir əsası yoxdur.

Bildirilib ki, Ermənistan tərəfi Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü suverenliyinə yalnız sözdə deyil, əməldə riayət etməli, bölgədə sülh təhlükəsizliyə təhdid olan erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmalıdır.

 

Azərbaycan.-2023.- 4 iyul.- S.2.