XİN: Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib

 

İyunun 27-29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken prezidentin köməkçisi milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Nazirlər onların heyətləri arasında Sülh Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Hər iki nazir Azərbaycan Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.

 

Azərbaycan.-2023.- 4 iyul.- S.2.