Bakı şəhəri ilə Çinin Sıçuan əyaləti arasında memorandum imzalanıb

 

Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə burada işgüzar səfərdə olub.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov nümayəndə heyəti üzvləri ilə görüşü keçirilib. Görüşdə qubernator Xuan Tsyan bildirib ki, Azərbaycan-Çin münasibətlərinin bu cür yüksək səviyyədə olması inkişaf etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının rəhbəri cənab Si Tsinpinin böyük səylərinin nəticəsidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət uğurlu islahatlar sayəsində Azərbaycan paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir dünyada özünəməxsus yer tutur. Qubernator Azərbaycandakı inkişaf stabilliyi vurğulayaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xüsusi qeyd edib. Danışıqlar zamanı qubernator Xuan Tsyan tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə Azərbaycana olan marağını nəzərə alaraq ÇenduBakı təyyarə marşrutunun açılması təklifi irəli sürülüb.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan əyalətinin inkişaf sahəsində əldə etdiyi uğurları qeyd edərək bildirib ki, son illərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri yeni görkəm alıb sürətlə inkişaf edir.

Görüşdən sonraAzərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumuimzalanıb.

Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublikasının paytaxtı Pekinə gələrək Pekin şəhər meriyasında merin müavini xanım Sma Xunla görüşüblər. Merin müavini xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanda sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdən biridir. Bu gün Azərbaycan paytaxt Bakı şəhəri böyük inkişaf nümayiş etdirir, ona görə çinli sahibkarların Azərbaycana böyük marağı var. Görüş zamanı paytaxt şəhərləri arasında əməkdaşlığa dair planlar müzakirə edilib. Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılaşma əldə edilib.

 

Azərbaycan.-2023.- 4 iyul.- S.3.