Qisasımız ağır oldu

 

"Dəmir yumruq" növbəti dəfə Hayastana xarici havadarlarına başa saldı ki, təxribatların qarşısı artıqlaması ilə alınacaq

 

"Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq".

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olan zaman bu fikirləri bəyan etmiş rəşadətli Azərbaycan Ordusunun ölkəmizə qarşı törədilən istənilən təxribatın qisasını qətiyyətlə alacağının mesajını vermişdi.

Eyni zamanda İlham Əliyev həmin çıxışında bölgədə sülhə təhdid olan Hayastana onun xarici havadarlarına qətiyyətlə xəbərdarlıq etmişdi ki, biz son iki il yarım ərzində ordumuzu böyük dərəcədə gücləndirmişik. Əgər bütün bu amilləri Ermənistan onun arxasında dayanan xarici qohumları başa düşmürlərsə, onda günah onların boynundadır.

İyunun 26-da Ermənistanın Azərbaycana qarşı təxribatına cavab olaraq dərhal qüdrətli ordumuz tərəfindən keçirilən "Qisas" əməliyyatı nəticəsində düşmənin yerinə otuzdurulması Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərinin əyani təzahürü oldu.

Necə deyərlər, təxribata cavab olaraq, növbəti dəfə elə gecə ilə "dəmir yumruq" işə düşərək həm qanunsuz silahlı dəstələri, həm Hayastanı, həm onların məkrli xarici qahmarçılarını başa saldı ki, Cənubi  Qafqazın lider ölkəsi Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrlə istənilən platformada, istər siyasi, istərsə hərbi olsun, mübarizə aparmaq qalib gəlmək əzmində, gücündədir.

 

Danışıqlar ərəfəsində yenə "hay taktika"sı işə düşdü

 

2020-ci il noyabrın 10-da kapitulyasiya aktını rəsmən imzalayan Hayastan ötən dövr ərzində üçtərəfli Bəyanatla üzərinə götürdüyü müddəaları yerinə yetirməkdən müxtəlif "hay taktika"ları ilə yayınmağa çalışıb.

Həmin tarixdə Rusiya, Azərbaycan Ermənistan liderlərinin imzaladığı üçtərəfli Bəyanata zidd olaraq Hayastan minbir bəhanə ilə bölgədə bütün nəqliyyat-kommunikasiya yollarının açılmasına maneçilik törətməyə çalışır.

Eyni zamanda erməni silahlı qüvvələri hələ Azərbaycan ərazilərindən çıxarılmayıb. Ötən müddətdə Hayastan ərazilərimizdən bu silahlı tör-töküntülərini çıxarmaq əvəzinə, havadarlarının köməyi ilə onları qanunsuz yolla silahlandırmaqda davam edib. Hayastanın bu təxribatçı əməlləri ilə bağlı Azərbaycan tərəfi dəfələrlə videokadrlar da yayıb bunu beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıb.

Bir nüansı da qeyd edək ki, ölkə liderləri səviyyəsində keçirilən son üçtərəfli danışıqlarda İrəvan rəsmi şəkildə Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib.

Amma Hayastan hələ erməni silahlı qüvvələrini beynəlxalq hüquqla tanınan Azərbaycan ərazilərindən çıxarmamaqla, faktiki olaraq ölkəmizə qarşı ərazi iddiasından heç əl çəkmək niyyətində olmadığını göstərmiş olur.

Deyəsən, Hayastan 44 günlük müharibədə Azərbaycan tərəfindən uğradıldığı biabırçı məğlubiyyətini unudub. Təcavüzkar ölkə məkrli xarici havadarlarına güvənərək ölkəmizə qarşı təxribatlar törətmək kimi quduz iştahaya düşüb.

 

Hayastanın növbəti ağılsız addımı ona baha başa gəldi

 

Xarici havadarlarının təhriki ilə Azərbaycana qarşı təxribatlara cürətlənən Hayastan növbəti belə ağılsız addımı iyunun 26-da atıb. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ağdam rayonunun Qalayçılar kəndi istiqamətindəki mövqelərimiz atıcı silahlardan atəşə tutulub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu Əli Bəkirov yaralanıb. Qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb. Belə ki, ordumuz elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı həyata keçirib. Qanunsuz birləşmələrin infrastrukturuna ciddi zərbələr endirilib, 5 terrorçu məhv edilib.

Diqqət etdikdə görürük ki, ənənəvi "hay taktikası"na uyğun olaraq, hiyləgər ermənilər bu dəfə təxribatlarının tarixini Azərbaycan Ermənistan xarici işlər nazirlərinin növbəti Vaşinqton görüşü ərəfəsinə tuş gətiriblər. Yenə hədəflədikləri pozuculuq, barışa xələlgətirici "missiya"larını yerinə yetirmək olub.

Təsadüfi deyil ki, bu təxribat həm hayların məzlum qiyafəsinə bürünərək Laçında qurulan nəzarət-keçid məntəqəsini "blokada" kimi dünyaya sırımaq istədikləri bununla bağlı hay-şivən qopardıqları zamanla da üst-üstə düşür.

O da təəccüblü deyil ki, bəzi korrupsioner Qərb siyasətçiləri təşkilatları, ermənipərəst  islamafob qüvvələr, o cümlədən Avropa Parlamenti daxilində məlum qüvvələr bu yalan iddialarında erməni dəyirmanına uzaqdan su tökməklə məşğuldurlar, arada ölkəmizə qarşı böhtan xarakterli kağız parçaları filan da qəbul edirlər...

Uzaqdan ona görə deyirik ki, elə həmin riyakar məkrli qüvvələrə Azərbaycan həqiqətləri, Qarabağın tarixi hüquqi Azərbaycan torpağı olması gerçəkliyi gün kimi aydındır. Onlara da əyandır ki, Azərbaycan milli maraqlarının müdafiəsi uğrunda qarşısındakı istənilən düşməni məhv etməyə qadir ölkədir.

Sadəcə, Qərb "çoxbilmiş"ləri fürsəti fövtə verməyərək, erməni lobbisinin xəstə ideologiyasından yararlanaraq ciblərini doldururlar.

 

Kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq?!

 

Əgər Qarabağ bölgəsində yaşayan ermənilər , nəhayət, öz qondarma başçılarının əsarətindən qurtulmaq, ləyaqətli yaşama qovuşmaq istəyirlərsə, özləri üçün düzgün qərar verməlidirlər. Onlar son iki il yarım ərzində baş verənlərdən dərs çıxarmalıdırlar bilməlidirlər ki, Qarabağda, Azərbaycanda yaşamaları yalnız ölkəmizin qanunları çərçivəsində mümkündür. 

Buna görə artıq onlar da xam xülyalarından ayılaraq gerçəkliklər dünyasına qayıtmalı, kimlərəsə arxalanmaqdan vaz keçməlidirlər.

"İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq". Mayın 28-də Laçında bu yurdun doğma sakinləri ilə görüşü zamanı qalib lider İlham Əliyevin söylədiyi kimi, bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. burada yaşayan ermənilərin xam xəyalları uğrunda heç bir xarici qüvvə gəlib vuruşmayacaq, onlara kömək etməyəcək, çünki, bu ilk növbədə qanunsuzdur: "Sadəcə olaraq, hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar".

 

Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur

 

Hayastan hər dəfə ölkəmizə qarşı təxribatlara əl atdıqda qəhrəman Azərbaycan Ordusu tərəfindən layiqincə yerində otuzdurulub.

Elə ötən il avqustun 3-də Ermənistanın növbəti təxribatına cavab olaraq "Qisas" əməliyyatının keçirilməsi ordumuzun Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürməsi buna bariz sübutdur.

Həmçinin bu il iyunun 26-da qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatın qisasının Azərbaycanın şanlı Ordusu tərəfindən dərhal layiqincə alınması Hayastana, separatçılara, onlara himayədarlıq etmək istəyən məkrli qüvvələrə yaddan çıxarmayacaqları dərs oldu...

Bu həm bir daha onu göstərdi ki, Ermənistanın sülhdən başqa çıxış yolu yoxdur. Necə ki Hayastan 2020-ci ildə hərb meydanında Azərbaycanın qarşısında diz çökməyə məcbur oldu, indi üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməyə məhkumdur, ya öz xoşu ilə, ya da güclə...

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 4 iyul.- S.6.