Hayastan kimə güvənir?

 

Məğlub ölkə təxribatlarla özünü məhvə aparır

 

Regionda sülhün, təhlükəsizliyin bərqərar olması istiqamətində bütün danışıqlarda iştirak etməklə yanaşı, həmçinin əməli addımlar atan Azərbaycandan fərqli olaraq Hayastanın "fəaliyyəti" sülhdən yayındığını açıq-aydın göstərir.

Son günlər Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin sülhpozucu hərəkətləri buna misaldır. Əslində, ilk sual ortaya çıxır ki, 2020-ci il 10 noyabr birgə Bəyanatına əsasən, Qarabağdakı qanunsuz erməni birləşmələrini ərazilərimizdən çıxarmaq öhdəliyini üzərinə götürən Hayastan niyə buna əməl etmir?

Bunun nəticəsidir ki, xüsusən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə ermənilər tərəfindən müxtəlif qanunsuzluqlara əl atılır, həmçinin mövqelərimiz atəşə tutulur.

Təkcə iyun ayının 26-da törədilən təxribat bunun növbəti bariz nümunəsidir. Həmin gün qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. Qanunsuz erməni silahlı birləşmələrinin bu təxribatı cavabsız qalmayıb. Belə ki, ordumuz elə gecə ilə hərbçimizin yaralanmasına cavab olaraq, "Qisas" əməliyyatı həyata keçirib. Bu əməliyyat çərçivəsində qanunsuz birləşmələrin infrastrukturuna ciddi zərbələr endirilib. Bundan başqa, ilkin məlumata görə, 5 terrorçu məhv edilib.

Növbəti Vaşinqton görüşü ərəfəsində Hayastan sülh istiqamətində əməli addımlar atmaq yerinə, hər zamankı kimi sülhpozucu fəaliyyətlə məşğuldur. Bu isə bir daha göstərir ki, Hayastan sülh istəmir ABŞ-nin dəstəyi ilə aparılan danışıqlara kölgə salaraq neqativ ab-hava yaratmaq məqsədi güdür.

Onu da qeyd etməkdə fayda var ki, bu, son vaxtlarda ilk belə təxribat deyil. Tez-tez mövqelərimizi atəşə tutan layiqli cavabını anında alan ermənilər hələ ötən ay sərhədimizə diversiya qrupu göndərmişdilər. Amma Dövlət Sərhəd Xidmətinin sayıqlığı nəticəsində erməni diversantlardan ibarət dəstənin diversiya cəhdinin qarşısı alınmış, iki diversant saxlanılmışdı. Ancaq reallıq budur ki, qarşı tərəf məğlubiyyətə, aldığı sarsıdıcı zərbələrə doyur. Belə ki, Ermənistan tərəfi yeni təxribatlara can atır. Bununla bağlı Azərbaycan tərəfi tam məlumatlıdır. Fərruxda, Sarıbabada olduğu kimi, bu yeni təxribatların da qarşısı layiqincə alınacaq, düşmənə sərt qətiyyətli cavab veriləcək.

Baş vermiş təxribatda Laçında qurulmuş postu "blokada" kimi təqdim edərək terrorçulara dəstək verən bir sıra korrupsioner Qərb siyasətçiləri təşkilatlarının da məsuliyyəti var. Bu təxribat ermənipərəst islamafob qüvvələrin maraqlarına da cavab verir.

Fransa prezidenti Emmanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər deyilənlərin sübutudur. Həm 44 günlük Vətən müharibəsində, həm postmünaqişə dövründə dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makron müharibə müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda prezident Makronun bu kimi qərəzli bəyanatları bölgədə sülhün əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq terrorçuluğu təşviq edənlərin dəstəkləyənlərin destruktiv fəaliyyətinin daha da genişləndirilməsinə rəvac verir. Bildirilib ki, prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, Fransanın erməni lobbisinin əlində bir alətdir. Qeyd edək ki, onun izahat verməyə çalışdığı erməni icmasının nümayəndəsi məhz o şəxslərdəndir ki, ona qarşı Ermənistan tərəfindən ölkəyə giriş qadağası qoyulub.

Ümumiyyətlə, görünən odur ki, Hayastan hələ müharibədən öncə savaş başlayacağı təqdirdə ona "dəstək" olacaqları vədini verib, döyüşlər zamanı kənardan "boylanan" havadarlarının fikirlərinə inanaraq təxribatlarından əl çəkmir. Hər dəfə "dəmir yumruq"dan ağır zərbə alıb geri çəkildikdən sonra şər-böhtana başlayır.

Digər bir məqam isə odur ki, son hadisələr artıq Hayastanın oriyentirlərini dəyişdiyini açıq şəkildə Qərbdə dəstək axtardığını göstərdi. Maraqlıdır, görəsən, Hayastanın 30 illik işğalı dövründə bu adamlar niyə danışmırdılar, beynəlxalq qanunları, ədalət prinsipini nədən müdafiə etmirdilər? İndi regionda yaranan yeni reallıqları niyə qəbul etmək istəmirlər?

Bütün bunlar, əlbəttə ki, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Əslində isə, regionda təhlükəsizliyin təmin olunmasını istəyən dünya gücləri Hayastanın hazırda yürütdüyü siyasətin mahiyyətini aydın görməli, onun əsl niyyətini düzgün qiymətləndirməli İrəvanı sərsəm iddialardan əl çəkməyə məcbur etməklə sülh prosesinə öz töhfələrini verməlidirlər. Amma görünən odur ki, Hayastan regionda gərginliyin qalmasında maraqlıdır. Bu ab-havanı saxlamaqla Hayastan beynəlxalq ictimai rəylə manipulyasiya edir Azərbaycanı hədəfə gətirməyə çalışır.

Hayastanın bu təxribat siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək, mümkündürsə iflasa uğratmaqdır. Bu ölkə regionda formalaşan yeni arxitekturanı, pozitiv əməkdaşlıq imkanlarını, inkişafı, təhlükəsizliyi təhdid edir açılan yeni perspektivlərə zərbə vurmağa can atır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 4 iyul.- S.6.