Azərbaycanın bütövlükdə yaşıl enerji məkanına çevriləcəyi vaxta çox qalmayıb

 

Dünyada, əsasən, neft-qaz ölkəsi kimi tanınan Azərbaycan zəngin enerji ehtiyatları olan ölkələrin bəzilərindən fərqli olaraq  neft kapitalını çox uğurla insan kapitalına çevirməyi bacarıb. Bu barədə ADA Universitetinin İnkişaf Diplomatiya İnstitutu, ADA Universiteti Fondu (Azərbaycan), SOCAR, BP Azərbaycan, "KOLİN Azərbaycan Total Energies" şirkətlərinin dəstəyi ilə  keçirilən 17-ci Bakı Yay Enerji Məktəbi layihəsində danışıldı.

Layihənin açılış mərasimində ADA Universitetinin rektoru Hafiz Paşayev, energetika nazirinin müavini Elnur Soltanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Counz başqaları iştirak ediblər.

Məlumat üçün bildirək ki, Bakı Yay Enerji Məktəbi  2007-ci ildən etibarən hər il keçirilir. Məktəb Xəzər bölgəsinə xüsusi diqqət yetirməklə enerji ekologiya məsələlərinin araşdırılması, daha doğrusu,  tədqiq edilməsi üçün dünyanın tanınmış alimlərini, siyasətçi mütəxəssislərini bir araya gətirən ənənəvi olaraq keçirilən ikihəftəlik sertifikat proqramıdır. Proqram çərçivəsində iştirakçılara həm enerji, həm ətraf mühitlə bağlı geniş məlumat təqdim olunur. Bunlar enerji iqtisadiyyatı, enerji hüququ, təbii sərvət gəlirlərinin idarə edilməsi, bərpaolunan mənbələr, davamlılıq, iqlim dəyişikliyi enerji geosiyasəti daxil olmaqla bir sıra mövzunu əhatə edir. Bakı Yay Enerji Məktəbinin müəllim məruzəçiləri akademiya, dövlət özəl sektorun aparıcı ekspertləridir.

İyulun 14-dək davam edəcək budəfəki tədbirdə dünyanın tanınmış elm xadimləri, mütəxəssis siyasətçiləri ingilisdilli sertifikat proqramında bir araya gələcəklər. Hər il olduğu kimi, iştirakçılar yenə enerji diplomatiyası, neft-qaz sənayesində idarəçilik, dayanıqlı inkişaf mövzularında milli, regional qlobal perspektivə dair məsələləri ətraflı şəkildə öyrənmək imkanı əldə edəcəklər. Qeyd edək ki, hər il yay məktəbinə təqribən 15 ölkədən müəllim heyəti 40 iştirakçı cəlb olunur. İlk dəfə olaraq bu il Bakı Yay Enerji Məktəbinin ikinci hissəsi Aktauda (Qazaxıstan) keçiriləcək. İştirakçılar Bakı Limanından Aktauya gəmi-bərə ilə səyahət edəcək enerji məsələləri ilə bağlı Qazaxıstan perspektivi ilə yaxından tanış olacaqlar.

Onu da qeyd edək ki, Yay Enerji Məktəbi  ADA Universiteti yaranandan  bu günə kimi ən ciddi sanballı proqramlardan  biri olub. Lakin sonralar  institut formatında  Bakı Yay Enerji Məktəbi adı ilə keçirilməyə başlayıb. Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bu sözlərin davamı olaraq deyib: "Biz, sadəcə olaraq, neft enerji məhsulları istehsal etmirik, eyni zamanda bu sahədə olan, bəlkə , dünyada heç bir ölkə ilə müqayisə edilməyəcək dərəcədə zəngin biliklərimizlə dünya elminə öz töhfələrimizi veririk. Bu il 55-dən çox iştirakçı var, təqribən 15 ölkənin nümayəndələridir. Bu tələbələr özləri istəyərək, ödəniş haqqını verərək gəlirlər Azərbaycana. Proqram Azərbaycan tərəfindən maliyyələşdirilən proqram deyil". Elnur Soltanov onu da vurğulayıb ki, Azərbaycan özünün enerji baxımından inkişafında çox mühüm yol qət edib. Neft sənayesindəki  çox böyük uğurlardan  sonra təbii qazdan istifadəyə keçən Azərbaycan indi "yaşıl enerji"nin inkişafı üzərində çalışır.

Hazırda Azərbaycan bərpaolunan enerjinin istehsalında bp, Masdar digər enerji şirkətləri ilə fəal əməkdaşlıq edir. "Yaşıl iqtisadiyyat"a keçid bütün dünyada prioritet məsələ olmaqla yanaşı, aktual çağırışlardan biridir. Azərbaycan da bu çağırışlara qoşulan ölkələrdən olduğu üçün  Bakı Yay Eneji Məktəbi adlanan beynəlxlq tədbirə evsahibliyi edir.  Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ilə qədər dünyada bərpaolunan mənbələr hesabına enerji istehsalı 2018-ci illə müqayisədə 50 faiz artacaq. 2050-ci ildə isə bu rəqəm 70 olacaq. Ona görə ölkəmiz zəngin  təbii resurslara söykənərək  bərpaolunan enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verir. Bunun üçün çox önəmli addımlar atan Azərbaycan qısa müddətdə  elektrik enerjisi idxal edən ölkədən ixracatçı ölkəyə çevrilib. Bu, təbii ki, qürurvericidir. Bakı Yay Enerji Məktəbinin açılışında səslənən fikirlərdən biri bu idi ki, Azərbaycanın bütövlükdə "yaşıl enerji" məkanına çevriləcəyi vaxta çox qalmayıb. İndiyədək görülən işlər əsas verir deyək ki, təkcə işğaldan azad edilmiş ərazilərə Azərbaycanın "yaşıl enerji" vadisi demək olar. Prezident İlham Əliyev bu barədə  belə deyib: "Mən artıq rəsmi olaraq azad edilmiş əraziləri "yaşıl enerji" ilə təmin ediləcək bölgə elan etmişəm. Biz artıq master-plan üzərində çalışırıq nəhəng su, günəş külək potensialından istifadə edərək həmin layihələri icra edəcəyik".

 

Z.ƏLİYEVA,

Azərbaycan.-2023.- 4 iyul.- S.7.