Fransa od içindədir

 

Fransa vətəndaş itaətsizliyi tətillər ənənəsi olan ölkədir. Küçə istehkamları, qarət olunmuş mağazalar, yandırılmış avtomobillər ictimai nəqliyyatın işini dayandırması Beşinci Respublikada adi haldır.

 

Fransada ani vəziyyətlərdə belə iğtişaşlar başlayır

 

Bununla belə, son iki ildə Fransa cəmiyyəti dövləti elə bir vəziyyətə düşüb ki, ani vəziyyətlərdə dərhal iğtişaşlar başlayır, sonra sürətlə bütün ölkəyə yayılır.

Bu cür hadisələrdən biri bu günlərdə 17 yaşlı əlcəzairli Nael Mərzukun Paris yaxınlığındakı Nanter şəhərində polis tərəfindən avtomobildə güllələnərək öldürülməsindən sonra baş verib. Demək olar ki, dərhal iğtişaşlar başlayıb bu, sürətlə digər şəhərlərə yayılıb. Nanterdə, Parisdə digər şəhərlərdə fransızlar hüquq-mühafizə orqanları əməkdaşlarını səlahiyyətlərini aşmaqda ittiham edərək etiraz aksiyalarına çıxıblar. Onlar istehkamlar qurub, avtomobillərə od vurublar.

İğtişaşlar paytaxtın  ətraflarına - Süren, Anyer-sür-Sen, Jenvilye, La Qaren-Colomb Vilnöv rayonlarına, habelə Tuluza, Lion, Marsel, Strasburq Qrenobl şəhərlərinə yayılıb. Etirazçılarla jandarmlar arasında şiddətli toqquşmalar, polis məntəqələrinə hücumlar, zibil qutularının, avtomobillərin, binaların yandırılması talanlarla müşayiət olunan proseslər artıq bir həftədir davam edir.

İğtişaşçılar Paris ətrafındakı L'Ail-le-Rose şəhər administrasiyasının rəhbəri Vinsent Janbrunun evinə soxulub, daha sonra binanı yandırıblar.

Asayişi qorumaq üçün hökumət 45 min polisi səfərbər edib, ərazilərə zirehli təzyiqli su vuran maşınlar gətirilib, insanlara qarşı gözyaşardıcı qaz xüsusi qumbaralardan istifadə olunur. Polisə etirazçılara qarşı odlu silahdan da istifadə etməyə icazə verilib. 3200 nəfər saxlanılıb, jandarmlar arasında xeyli sayda yaralı var.

 

Vətəndaş itaətsizliyinin baş alıb getdiyi ölkə

 

Parisdə yaşayan rusiyalı siyasi mühacir publisist, tarix elmləri namizədi Aleksey Saxnin xatırladır ki, dünyada polis zorakılığına qarşı genişmiqyaslı etirazlar bir neçə il əvvəl ABŞ- afro-amerikalı Corc Floydun saxlanması zamanı həlak olması ilə bağlı keçirilib. İndi oxşar hadisə Fransada baş verib.

Onun fikrincə, ümumi sosial diaqnoz belədir: bütün neoliberal hökumətlər onilliklər ərzində sosial bərabərsizliyi artırır vəziyyəti nəzarətdə saxlamaq üçün güc strukturlarını gücləndirirlər.  Belə halda hüquq-mühafizə orqanları  işçiləri getdikcə özlərini daha inamlı hiss edir, insanlarla nəzakətsiz kobud davranırlar.

Fransadakı həbslər silahdan istifadə ilk növbədə  aztəminatlı yoxsul məhəllələrin sakinlərinin  qəzəbinə səbəb olub.

Əlcəzairəsilli yeniyetməni öldürən polis əməkdaşı dindirmə zamanı bildirib ki, guya, sürücü avtomobili onun üzərinə sürməyə cəhd edib bu, atışmaya səbəb olub. Bununla belə, artıq internetdə gəncin saxlanması ilə bağlı yayılan görüntülərdən aydın olur ki,  polis əməkdaşlarının həyatı üçün heç  bir təhlükə yoxdur.

Asayiş keşikçisinin dediyinə əks olaraq, o, hadisə zamanı maşının kapotunun qarşısında deyil, tamamilə kənarda olub. Bu da hadisənin irqi zəmində baş verdiyinə dəlalət edir.

Baş vermiş hadisə bir daha Emmanuel Makron hakimiyyətinin xalqın etimadını tam  itirdiyini prezidentin diktator kimi davrandığını göstərir. Son illər ölkədə müşahidə olunan proseslər mütəmadi keçirilən nümayişlərin spontan xarakter daşımadığını vəziyyətin artıq kütləvi vətəndaş itaətsizliyi fazasına keçdiyini sübut edir.

 

İnsan hüquqlarının pozulması Makron hakimiyyəti üçün adi hala çevrilib

 

Özünü demokratiyanın beşiyi hesab edən  Fransada son illər baş qaldıran  irqi ayrı-seçkilik, islamofobiya haqlı etirazlarını nümayiş etdirən ölkə vətəndaşlarının hüqüqlarının kobud şəkildə pozulması artıq Emmanuel  Makron hakimiyyəti üçün adi hala çevrilib. Aksiyalarda iştirak edən işçilərə, həmkarlar ittifaqları üzvlərinə hətta jurnalistlərə qarşı mütəmadi olaraq polislər tərəfindən zor tətbiq edilir. Bu da ilk növbədə fundamental insan haqlarının, sərbəst toplaşma fikir azadlığı hüquqlarının kobud pozulmasıdır.

Bu günlərdə Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına da hücum olub. Jurnalistlər çəkiliş apararkən hücuma məruz qalıblar.  Nəticədə müxbir operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə  əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

Əslində, Fransanın uzaq yaxın keçmişinə nəzər salsaq, baş verən hadisələr heç təəccüblü deyil. Bu, tarixən işğalçı müstəmləkəçi siyasət yürüdən, dinc insanlara qarşı çoxsaylı cinayətlər soyqırımı törədən ölkə üçün adi bir hal sayıla bilər.

Fransada toplaşma ifadə azadlığı kimi anlayışlara artıq məhəl qoyulmur, etirazçıların dinc nümayişləri qəddarlıqla dağıdılır, insanların  hüquqları kobud şəkildə pozulur. Ancaq digər ölkələrə Paris dərhal "demokratiya" "insan hüquqları" dərsləri keçmək istəyir.

Ötən ay Fransa insan haqlarının vəziyyətinə görə BMT üzvləri tərəfindən sərt şəkildə tənqid olunub. "Le Figaro" qəzeti yazır ki, Makron hakimiyyəti etirazçılara miqrantlara qarşı hücumlar, irqi ayrı-seçkilik, müsəlmanlara qarşı diskriminasiyaya görə tənqid obyektinə çevrilib.

 BMT-nin İnsan Haqları Şurası Fransada insan haqlarının vəziyyətini üç saatdan çox araşdırıb. ABŞ, İsveç, Norveç, İran, Çin, Malayziya, Braziliya, Yaponiya, Rusiya, Lüksemburq, Tunis, Danimarka, Lixtenşteyn digər ölkələrin nümayəndələri  Fransa hökumətini "asayişin qorunması ilə bağlı siyasətini yenidən nəzərdən keçirməyə", "polis məmurlarının iştirakı ilə baş verən irqçi insidentlərin bütün hallarının qeyri-polis orqanları tərəfindən qərəzsiz araşdırılmasını təmin etmək üçün addımlar atmağa" çağırıblar.

"Biz Fransaya müsəlmanlara qarşı nifrət antisemitizm kimi dini nifrətə əsaslanan cinayətlər zorakılıq təhdidləri ilə mübarizə səylərini gücləndirməyi tövsiyə edirik", - deyə ABŞ nümayəndəsi Kelli Billinqsli bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu Fransada son günlər iğtişaşlar zamanı özünü göstərən antisemit əhvali-ruhiyyənin artdığını açıqlayıb.

O, hökumətin həftəlik iclasında deyib: "İsrail hökuməti Fransada antisemitizmin təzahürlərini dalğalarını hədsiz narahatlıqla izləyir. Son günlər biz Fransada yəhudilərə qarşı cinayətkar hücumların şahidi oluruq. Biz bu hücumları qətiyyətlə pisləyirik".

 

İğtişaşlar daha təhlükəli hal alır

 

Bu arada 17 yaşlı Naeli güllələyərək öldürən polisə kömək üçün pul yığılması ilə bağlı qalmaqal genişlənir. Hüquq-mühafizə orqanının əməkdaşı  törətdiyi qətlə görə istintaqa cəlb olunub. Prezidentliyə keçmiş namizəd Erik Zemmurun keçmiş mətbuat katibinin təqsirləndirilən şəxsə onun ailəsinə dəstək olmaq üçün pul yığmaqdan ötrü kampaniya təşkil etməsi isə qalmaqala səbəb olub.

Əksəriyyəti solçu partiyalardan olan bir çox siyasətçilər bu təşəbbüsü pisləyərək onu "qalmaqallı" "utanmaz" adlandırıblar. Sosialist Partiyasının birinci katibi Olivye For pul yığımını dayandırmağı tələb edib.

Fransada  hökumət əleyhinə aksiyalar getdikcə daha qorxulu təhlükəli hal alır. Yelisey sarayının Mətbuat xidməti bildirib ki, Emmanuel Makron Milli Assambleyanın sədri Yael Bron-Pivet Senatın sədri Jerar Larşe ilə iyulun 3-də baş verən iğtişaşlar ətrafında vəziyyəti müzakirə edib.

Bu gün isə prezident ölkənin 220-dən çox şəhər kommunasının merləri ilə bu mövzuda görüş keçirəcək.

Qeyd olunur ki, Fransa dövlətinin başçısı hadisələrin səbəblərini anlamaq üçün hərtərəfli və uzunmüddətli işə başlamaq niyyətindədir.

 Görəsən, geç deyilmi?

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 4 iyul.- S.8.