GÜCLÜ SİYASİ İRADƏ

 

Azərbaycanı qüdrətli sözükeçər edən budur

 

Bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir  əhəmiyyəti  yoxdur olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə  bilmədisə, bu gün, təbii ki, heç kim  təsir edə bilməz. 

 

İlham ƏLİYEV

 

Siyasət təkcə yüksək intellekt, uzaqgörənlik, zəruri biliklər, peşəkarlıq təcrübə tələb etmir.

Siyasətdə həm :

* ənənə;

* varislik;

* qətiyyət prinsipiallıq;

* bütövlükdə möhkəm siyasi iradə olmalıdır!

Yaxın keçmişimizdə Azərbaycana rəhbərlik edənlərin qorxaqlığı naşılığı səbəbindən başımıza gətirilən müsibətlər həm zəif siyasi iradənin, daha doğrusu, iradəsizliyin nəticəsi idi.

Ə.Vəzirov SSRİ-nin ilk son prezidenti M.Qorbaçovun Azərbaycana qoşun yeridilməsi barədəki qərarına müqavimət göstərə bilmədi.

Nəticədə paytaxt Bakıda 1990-cı ilin 20 Yanvar  faciəsi yaşandı.

Sovet ordusu öz xalqına güllə atdı, yüzlərlə ölən yaralanan oldu. 

A.Mütəllibov adlarını "demokrat" qoyan bir qrup cəbhəçi - qaragüruhla  bacarmadı.

Nəticədə onlar parlament çevrilişi yolu ilə iqtidara gələrək Azərbaycan xalqını müsibətlərə düçar etdilər.

Xəyanət yolu ilə Şuşa Laçını düşmənə verdilər,  naşı səriştəsiz  siyasət yürütdülər, ölkəni xaos anarxiya, qanunsuzluqlar bataqlığına  sürüklədilər.

İradəsizlik simvolu sayılan Ə.Elçibəy ortabab riyaziyyat müəllimi R.Qazıyevi müdafiə naziri, ortabab fizika müəllimi T.Qasımovu xarici işlər naziri, ortabab "obxss" İ.Həmidovu daxili işlər naziri, ortabab  laborant  P.Hüseynovu baş nazir, ortabab qəzet müxbiri Ə.Kərimovu  dövlət katibi təyin etdi.

Nəticədə Azərbaycan bir dövlət kimi məhvolma həddinə çatdırıldı, vətəndaş müharibəsi alovlandı.

Yalnız siyasət nəhəngi Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdıqdan sonra bütün işlər öz yerini, öz axarını tapdı!

Onun simasında bir daha əsl  siyasətçinin yetkin siyasətin necə olmasının şahidinə çevrildik!

***

Ulu Öndərin Azərbaycan xalqına məşhur tarixi müraciətində İlham Əliyevlə bağlı maraqlı bir fikir var:

"O, dünya siyasətini dərindən bilir!"

Artıq bütün dünya buna şahiddir!

Bəli, Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyev yüksək biliyə, analitik intellektə, qətiyyət prinsipiallığa, möhkəm dönməz siyasi iradəyə malik xarizmatik liderdir!

İlham Əliyev 2003-cü ilin prezident  seçkilərindən dərhal sonra bir dövlət başçısı kimi  çətin sınağa çəkildi.

O ərəfədə baş nazir kimi prezident səlahiyyətlərini icra edirdi.

Daxili xarici xəyanətkarlar ölkədə  yenidən xaos anarxiya yaratmaq, hakimiyyəti zəbt etmək üçün xaricdəki  ağalarının göstərişi ilə küçəyə çıxdılar.

İnsanlara çağırışlar etdilər, avtobusların qarşısını kəsərək sərnişinləri  bayıra çıxarmaqla öz sıralarına qoşulmağa  məcbur etməyə çalışdılar,  "Azadlıq" meydanını  "ələ keçirdilər", tribunaya qalxdılar.

Lakin başı bəlalar görmüş Azərbaycan xalqı belələrinə qoşulmadı!

İlham Əliyev isə qətiyyəti güclü siyasi iradəsi sayəsində  hakimiyyət hərislərini bu yolda  hər xəyanətə hazır olanları  yerlərində oturtdu!

Azərbaycan xalqı da, bütün dünya da gördü ki, hakimiyyət sükanı möhkəm etibarlı əllərdədir!

***

Cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən - Prezident kimi and içəndə işğala son qoyacağını, ölkənin ərazi bütövlüyünü bərpa edəcəyini Azərbaycan xalqına vəd, bütün dünyaya isə bəyan etdi!

Bunun üçün zəruri olan bütün addımları atdı, etibarlı təməl yaratdı!

* Daim Azərbaycan xalqının maraqlarını təmin edən müstəqil siyasət yürütdü!

* ATƏT-in Minsk qrupu çərçivəsində nəticəsiz danışıqları davam etdirsə , torpaqların hərbi yolla azad edilməsi istiqamətində  yorulmadan çalışdı!

* Beynəlxalq qurum təşkilatlarda səmərəli apardı, Azərbaycanın siyasi nüfuzunu yüksəltdi,  regionda dünyada söz sahibinə çevirdi!

* Qaçqın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün  zəruri tədbirlər gördü, xalqın milli birliyini yaratdı!

* Hər hansı dövlət beynəlxalq təşkilat tərəfindən ölkəmizə hansısa formada müxtəlif təzyiqlərin göstərilməsinə yol vermədi, Azərbaycanın ziyanına olan heç bir sənədə imza atmadı!

Hərbi sahədə ciddi hazırlıqlar gördü:

* Yeni gənc nəsli tərbiyə etdi, idman arenalarında ilkin sınaqlardan keçirərək, onların iştirakı ilə qüdrətli ordu yaratdı!

* Çox böyük üzaqgörənliklə ordunu ən yeni texnologiyalara əsaslanan  silahlarla təchiz etdi!

* Hərbi əməliyyatlara başlamaq üçün ən uğurlu münasib vaxt seçdi!

* 44 günlük Vətən müharibəsi dövründə hərbi əməliyyatlara məharətlə rəhbərlik edərək xalqda orduda ruh yüksəkliyinin, döyüş əzminin qorunub saxlanılmasına nail oldu!

* Ən yeni strategiya taktika tətbiq etməklə hərbi əməliyyatların qısa müddətdə, böyük zəfərlə başa çatmasını təmin etdi!

* Ən az itki ilə ən yüksək nəticəyə nail oldu!

* Təbii relyef baxımından çətin, düşmənin ən güclü mürəkkəb müdafiə istehkamları qurduğu Ağdam, Laçın Kəlbəcər rayonlarını bir güllə atmadan azad etdi!

* Hər üç cəbhədə - həm hərb meydanında, həm diplomatiya informasiya müharibəsində şəksiz qələbə qazandı!

* İrəli sürdüyü şərtlər yerinə yetirilməyənədək hərbi əməliyyatları dayandırmadı!

* Düşmən ordusunu məhv edərək qarşısında diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi!

* XXI əsrin müharibələr tarixində yeni səhifə açaraq ortaya müasir müharibə nümunəsi qoydu!

* Azərbaycan xalqını qalib xalqa çevirərək milli mənliyini özünə qaytardı, bir dövlət rəhbəri mahir sərkərdə kimi  adını tariximizin qızıl səhifələrinə əbədi həkk etdi!

***

Azərbaycan möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyünü bərpa etsə , mübarizə hələ davam edir.

Diplomatik və hərbi-siyasi sahədə:

* Dünyada gərgin geosiyasi vəziyyət yaşanır;

* Bölgəmizdə yeni təhdidlər mövcuddur;

* Hayastanda  revanşist qüvvələr baş qaldırırlar;

* Hayların havadarları və müdafiəçiləri nəyəsə nail olmaq üçün  bütün vasitələrə əl atır, dəridən-qabıqdan çıxırlar;

Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün bunları görür bilir, səbir təmkin göstərir, nəyin vaxt necə baş verəcəyini dəqiq müəyyənləşdirərək zamanında məqamında  lazım olanı edir!

Ordunun qüdrətinin döyüş qabiliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır:

* Yeni silahların alınması prosesi davam edir;

* Ölkəyə yeni pulotsuz uçuş aparatları gətirilir;

* Böyük dağıdıcı qüvvəyə yüksək dəqiqliyə malik  uzaqmənzilli raketlər alınır;

* Yeni döyüş birləşmələri, ilk növbədə, Komando Qüvvələri yaradılır;

* Xüsusi təyinatlıların say tərkibi genişləndirilir;

* Dəniz piyadalarının sayı dəfələrlə artırılır;

* Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti kimi qurumlarda xidmət edənlərin sayı döyüş keyfiyyəti yüksəldilir!

Uğurlu iqtisadi siyasət, Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi bütün bu məsələlərin yüksək səviyyədə icrasına imkan yaradır!

***

Ərazi bütövlüyünü döyüş meydanında bərpa edən Azərbaycan bu gün ordusunun qüdrətini artırmaqla yanaşı, Qarabağ Şərqi Zəngəzurda sürətli genişmiqyaslı bərpa quruculuq işləri aparır.

Bölgədə gündəliyi müəyyən edən, söz sahibi olan yenə   Azərbaycandır!

Azərbaycan yeni reallıqlar yaradıb hamını bu reallıqlarla hesablaşmağa  vadar edir!

Hayastanın özünün havadarlarının dedikləri istədikləri İlham Əliyevin möhkəm siyasi iradəsi sayəsində havada qalır:

* ATƏT-in Minsk qrupu artıq tarixin arxivinə verilib!

* Status məsələsi  lazım olan yerə göndərilib!

* Laçında sərhəd-buraxılış məntəqəsi yaradaraq ölkəmizə kimin gəlib-getməsini özümüz müəyyənləşdiririk!

* Dünən "Qarabağ Ermənistandır nöqtə" söyləyənlər bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Qarabağ Azərbaycandır - nida" sözlərini təkrarlayırlar!

Bütün addımlar möhkəm iradə, düşünülmüş siyasət vahid proqram əsasında atılır!

Heç kim bizim daxili işlərimizə qarışa, burun soxa bilmir!

Biz daim ikili standartlara qarşı mübarizə aparmış, haqq-ədalət tələb etmişik!

Biz erməni vandallığına vəhşiliyinə göz yuman beynəlxalq qurum təşkilatları qınamış, obyektiv olmağa çağırmışıq!

Biz Avropanın və digər dövlətlərin parlamentlərində oturaraq rüşvət müqabilində erməni maraqlarını  qərəzli şəkildə  müdafiə edən deputatları ifşa etmişik!

Vaxtilə onlar bizdən xəbərsiz və icazəsiz Xankəndiyə gəlir, burunlarını daxili işlərimizə soxurdular!

Gələ bilirlərsə, indi də gəlsinlər!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi kimi şərtləri də dönməz və dəyişməzdir:

*  Paşinyanın Qarabağın Azərbaycana məxsusluğu barədə etirafları kağız üzərində, sülh müqaviləsində də əksini tapmalıdır!

* Zəngəzur dəhlizi açılmalı, gediş-gəliş sərbəst  olmalıdır!

* Xankəndidəki Hayastana məxsus on min nəfərlik qanunsuz silahlılar çıxarılmalıdır!

* Bütün növ təxribatlara son qoyulmalıdır və onu törədənlər bilməlidirlər ki,  hər əməllərinin cavabını dərhal və artıqlaması ilə alacaqlar!

Biz qaliblərik!

Biz hələlik özümüzü təmkinli aparırıq!

Ancaq səbrin də hüdudu olur!

 

Bəxtiyar SADIQOV

Azərbaycan.-2023.- 5 iyul.- S.1;3.