Özbəkistanın inkişafında yeni mərhələ başlayır

 

Qardaş ölkədə prezident seçkiləri keçiriləcək

 

Azərbaycan özbək xalqları bir-biri ilə ictimai-siyasi, mənəvi dini tellərlə möhkəm bağlıdırlar. Tarixi, dili, dini, mədəniyyəti, adət-ənənələri eyni çeşmədən qaynaqlanan Azərbaycan Özbəkistan bütün dövrlərdə məhz bu prinsipləri əsas götürərək aralarındakı münasibətləri daim inkişaf etdirmişlər.

Xatırladım ki, Özbəkistan strateji məhsul olan pambıq istehsalında keçmiş Sovet İttifaqının ən qabaqcıl respublikası olduğundan hər il pambıqçılıq üzrə Azərbaycanın nümayəndə heyəti Özbəkistana gedir,  Özbəkistanın nümayəndə heyəti isə Azərbaycana gəlirdi. Bu münasibətlərin özü Azərbaycan-Özbəkistan dostluğunun möhkəmlənməsinə dəyərli töhfələr verirdi.

Müstəqillik əldə etdikdən sonra müasir Azərbaycanın Özbəkistanın yaradıcıları olan Heydər Əliyevlə İslam Kərimov arasındakı dostluq münasibətləri sayəsində ölkələrimiz arasında olan qardaşlıq əlaqələri daha da möhkəmlənmişdir. Azərbaycan bu dostluğa qardaşlığa sadiq qalaraq Mərkəzi Asiyada özünün ilk səfirliyini məhz 1996-cı ildə  Özbəkistanda açmışdır. Ulu Öndər Heydər Əliyev qeyd etmişdir ki, "Azərbaycan özbək xalqları arasında olan əlaqələr qədim tarixə malikdir, bütün dövrlərdə bizim xalqlar dost olmuş, bir-birini müdafiə etmiş, mədəni dəyərlərimizi birlikdə inkişaf etdirmişlər". İslam Kərimov isə demişdir: "Biz Azərbaycanı tariximizə, mentalitetimizə, dinimizə mənəviyyatımıza görə yaxın olduğu üçün özümüzə yaxın ölkə sayırıq".

Ümummilli Lider Heydər Əliyev İslam Kərimov ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsi üçün bir neçə dəfə qarşılıqlı səfərlər etmişlər.

Mən deputat həmkarlarım Özbəkistan respublikasında keçirilən prezident parlament seçkilərində dəfələrlə müşahidəçi qismində iştirak etmişik. Müşahidələrimiz göstərib ki, bütün seçkilər qardaş ölkədə bayram əhvali-ruhiyyəsində keçirilir, seçicilərin aktivliyi həmişə yüksək olur. Namizədlər üçün bərabər şərait yaradılır, seçkilər tam şəffaf   keçirilir.

Bu il iyulun 9-da keçiriləcək növbəti prezident seçkilərində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərliyi ilə mən, deputat həmkarlarım Cavanşir Paşazadə, Elman Nəsirov, Anar Məmmədov MDB Parlamentlərarası Assambleyanın xətti ilə deputat Arzu Nağıyev müşahidəçi kimi iştirak edəcəyik.

Qeyd edim ki, bu prezident seçkisi Özbəkistanda bu il aprel ayının 30-da keçirilən ümumxalq səsverməsi-referendumla ölkə Konstitusiyasına edilən dəyişikliklə əlaqədar keçirilir. Hesab edirəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bu seçki yüksək səviyyədə təşkil ediləcək seçicilər öz iradələrinə uyğun olaraq dəstəklədikləri namizədə səs verəcəklər.

Heydər Əliyev İslam Kərimov arasında olan dostluq münasibətlərini bu gün Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev davam etdirirlər bu iki qardaş dövlətin əlaqələrinin daha da inkişafına yol açıb. Son bir ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev Özbəkistanda bir dəfə dövlət səfərində, iki dəfə isə işgüzar səfərdə olmuşdur. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bu ilin mart ayında respublikamızda işgüzar səfərdə olmuşdur. Ölkələrimiz arasında indiyə kimi 154 sənəd imzalanmış son illər Azərbaycanla Özbəkistanın ticarət dövriyyəsinin investiyaların həcmi sürətlə artmaqdadır.

Azərbaycan-Özbəkistan münasibətləri hər iki ölkənin parlamentləri səviyyəsində son illərdə genişlənib. Belə ki, keçən il Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Özbəkistanda, Özbəkistan Ali Məclisi Senatının Sədri Tənzilə Narbayeva Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdirjon İsmoilov isə Azərbaycanda rəsmi işgüzar səfərlərdə olmuşlar.

Parlamentlərarası əlaqələr həm hər iki ölkənin parlamentində yaradılmış parlamentlərarası əlaqələr üzrə işçi qrupları vasitəsilə davam etdirilir. Hazırda Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun 26 deputatdan ibarət üzvü vardır Milli Məclisin ən böyük işçi qrupundan biridir. Qrupumuz Özbəkistan parlamentinin yuxarı aşağı palatasının üzvlərindən olan 13 deputatın birləşdiyi qrupla daim əlaqə saxlayır, fikir mübadiləsi aparır.

Qardaş özbək xalqı ilə dostluq əlaqələrimiz eyni zamanda Azərbaycan-Özbəkistan "Dostluq Cəmiyyəti"  vasitəsilə həyata keçirilir. Bu cəmiyyət 2002-ci ildə təsis edilib yarandığı tarixdən indiyə kimi öz fəaliyyətini iki qardaş xalq arasında münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində qurub.

Azərbaycan özbək xalqları arasındakı münasibətlərin kökü uzaq keçmişə gedir. Əsrlər boyu hal-hazırda da bizim xalqları bir-birinə bağlayan dostluq qardaşlıq dilimizin, dinimizin, adət-ənənələrimizin mədəniyyətimizin eyni köklərə mənsub olmasıdır. Cəmiyyəti yaratmaqda məqsəd bu əlaqələri ənənələri SSRİ dağılandan sonra müstəqil dövlət kimi formalaşan ölkələrimizin suverenliyi dövründə qoruyub saxlamaq inkişaf etdirməkdir. Bu istqamətdə cəmiyyətimiz Özbəkistanın Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Bahrom Aşrafxanovla sıx əməkdaşlıq edərək birlikdə mühüm işlər görür. Hər iki xalqın dünyaşöhrətli klassik müasir yazıçı şairlərinin, tanınmış ziyalılarının həyat yaradıcılığına həsr olunmuş konfranslar ədəbi-bədii görüşlər təşkil edilir digər tədbirlər həyata keçirilir.

Ümid edirik ki, iyulun 9-na təyin edilmiş prezident seçkiləri həmişə olduğu kimi yüksək səviyyədə təşkil ediləcək, yeni seçilən Özbəkistan Prezidenti özbək xalqının dövlətinin xoş gələcəyini təmin edəcək, Özbəkistan-Azərbaycan dostluğunun daha da mökəmlənməsi inkişafına dəyərli töhfələr verəcəkdir.

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin sədri, professor

Azərbaycan.-2023.- 5 iyul.- S.3.