İsrailli sabiq nazir Azərbaycanın haqsız tənqidlərə məruz qalmasından yazıb

 

Azərbaycan İsraili yalnız yaxın münasibətlər birləşdirmir, bu dünyəvi demokratik müsəlman dövləti ən azından yəhudi dövlətinin mütəmadi olaraq tuş gəldiyi tənqid atəşinə məruz qalır.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara özünün ABŞ-ın geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrində dərc olunmuş məqaləsində yazıb.

“Konqresdə keçirilən tədbirdə Azərbaycanla “İsrailsayağı” rəftar olundu” sərlövhəli məqalədə ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyası tərəfindən 2023-cü il iyunun 21-də təşkil olunmuş panel müzakirələrinin onda çoxdan formalaşmış rəyi möhkəmləndirdiyini qeyd edən müəllif “Dağlıq Qarabağ xalqının müdafiəsi” adlı tədbirin Holokostdan qurtulmuş konqresmenin adını daşıyan komissiyada müzakirə olunmasını istehza ilə, Konqres üzvlərinin və digər tanınmış amerikalıların İran rejiminə qarşı Amerikanın ən böyük müttəfiqlərindən olan Azərbaycana hücum etməsini isə hiddətlə qarşılayıb.

Müəllif bu qənaətə gəlib ki, Konqresin insan haqları komitələri, görünür, artıq münaqişənin hər iki tərəfinə ədalətli yanaşmağa əhəmiyyət vermirlər. Belə ki, tədbirdə çıxış edənlər ermənilərə üstünlük veriblər, Azərbaycanı müdafiə edən səslər isə susdurulub. İsrailli politoloq bu mənada Azərbaycanın Qarabağdanxristianları qovduğunuiddia edən keçmiş ABŞ səfiri Sem Braunbekin canfəşanlığına xüsusi diqqət çəkib, eyni zamanda, ona Azərbaycanda 30 min yəhudi 450 minə qədər xristianın bərabərhüquqlu vətəndaş kimi yaşadığını xatırladıb, Braunbekin Vaşinqtonun Azərbaycanaminimum insan haqları standartları”nın nədən ibarət olmasını diktə etməsini ABŞ-ın Ermənistanaəsas təhlükəsizlik zəmanətləriverməsini şərtləndirən qanunun qəbulunun zəruriliyi barədə fikrinə ciddi etirazını bildirib.

Amerika Müəssisəsi İnstitutunun baş elmi işçisi Maykl RubininVaşinqton İsraili diplomatik yolla inandırmalıdır ki, Azərbaycanı kor-koranə dəstəkləməyə davam etmək onun maraqlarına uyğun olmaya bilərfikrini şərh edən sabiq nazir istehza ilə bildirib: “Sözügedən yanaşmaya görə, İsraili öz istəklərini yerinə yetirənAmerika kuklasınaçevirməyə ümid edən güclü erməni lobbisi üzündən onun ölkəsi İran molla rejiminin əlaltılarının təhdidləri qarşısında öz maraqlarına zidd olaraq Azərbaycanı dəstəkləməyi dayandırmalıdır”.

Vaşinqtonun sözügedən təzyiqlərə hansı reaksiyanı verməsi məsələsinə aydınlıq gətirən sabiq nazir İsrailin ABŞ-ın bu cür təzyiqlərə qarşı durmaqla İran təhlükəsi ilə mübarizədə ən böyük sadiq müttəfiqlərindən olan Azərbaycanın tərəfində olmasını alternativi olmayan seçim adlandırıb.

 

Azərbaycan.-2023.- 5 iyul.- S.2.