Akademik Milli Dram Teatrı 150-ci teatr mövsümünüQarabağnamətamaşası ilə başa vurub

 

 

Teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə teatrın direktor əvəzi, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov yaradıcı heyətlə görüşüb, məzuniyyətə yollanan truppa üzvlərinə xoş istirahətlər arzulayıblar. Qeyd olunub ki, yeni mövsümdə - ilin sonunadək Akademik Milli Dram Teatrında üç yeni tamaşanın premyerası keçiriləcək.

Yeni yaradıcılıq işləri Çingiz AytmatovunƏsrə bərabər gün”, Şıxəli QurbanovunSənsiz Xalq yazıçısı AnarınDantenin yubileyiəsərləridir. 2024-cü ildən isə kollektiv dünya Azərbaycan dramaturgiyasının ən maraqlı nümunələri ilə tamaşaçıların görüşünə gələcək.

Qarabağnamətamaşası Xalq yazıçısı, görkəmli dramaturq İlyas ƏfəndiyevinHökmdar qızıəsəri əsasında hazırlanıb. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

Qeyd edək ki, İlyas ƏfəndiyevinHökmdar qızıəsəri əsasında tamaşa ilk dəfə 1996-cı ildə nümayiş olunub. Tamaşa böyük müvəffəqiyyət qazanıb 1997-ci il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyev Akademik Milli Dram Teatrının səhnəsində tamaşanı maraqla izləyib.

 

Azərbaycan.-2023.- 5 iyul.- S.6.