Turistlər ölkəmizə gəlməkdən məmnundurlar

 

Xüsusən yay aylarında

 

Turizm həvəskarları üçün Azərbaycanda ilin bütün fəsilləri maraqlıdır. Amma təbii ki, yay fəslinin öz gözəlliyi var. Bəlkə buna görədir ki, hər il yay aylarında ölkəmizə gələn xarici turistlərin sayında kəskin artım müşahidə olunur.

Onlar tarixi abidələri seyr etmək, muzey sərgilərdə olmaqdan zövq almaqla, Xəzərin mirvari boyunbağısı adlandırılan Bakı bulvarında gəzintidə olmaqdan, Novxanı, Buzovna Şıxov çimərliklərində dincəlməkdən ləzzət alırlar. Buna görə cari ilin əvvəlindən, daha doğrusu, martda keçirdiyimiz Novruz bayramından bu yana Azərbaycana dünyanın 179 ölkəsindən 1 milyon 603 mindən çox əcnəbi vətəndaşlığı olmayan qonaq gəlib. Bu sırada Rusiya, Çin, İsrail, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı Orta Asiya ölkələrindən gələnlər çoxluq təşkil edir. Bu barədə İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen cari il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. Azərbaycana geniş nümayəndə heyəti ilə səfər edən İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrə toxunaraq ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib.

Ekspertlərin fikrincə, turistlərin sayında artımın olması həm Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, “Formula-1” kimi maraqlı idman yarışlarının, mədəniyyət incəsənət ustalarının konsertləri ilə bağlıdır. Çünki turistlər gəzintidə olduqları müddətdə bu kimi tədbirlərə vaxt ayırmağa xüsusi üstünlük verirlər.

Quba Qusar rayon Turizm İnformasiya mərkəzlərindən aldığımız məlumata görə, əvvəlki illərdən fərqli olaraq bu il Qubaya turistlərin gəlişində daha çox artım müşahidə olunub. Şimal bölgəsinin əsas turizm mərkəzlərindən  biri olan Qusar, onun kənd qəsəbələrinə yerli xarici turist sayında da xeyli artım var. Rayona Rusiya, Dağıstan, Qazaxıstan Özbəkistandan gələn qonaqlar çoxluq təşkil edir. Avaran kənd  sakini Şahlar Səfərov deyir ki, bu yerlərə bir dəfə gələn əcnəbi turistlər növbəti illərdə Qusarı seçirlər. Onu da bildirək ki, havalar istilənəndən Xəzər sahilinə - Nabrana istirahətə gələnlər daha çoxdur. 

Məlumdur ki, Azərbaycan Sağlamlıq Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizdə həyata keçirilən turizm siyasətini dəstəkləyir Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə töhfə vermək üçün əlindən gələni edir. Xatırladaq ki,  Azərbaycan 10 ildən artıqdır ki, Dünya Sağlamlıq Turizmi Təşkilatında (Global Helathcare Travel Council - GHTC) təmsil olunur. 2014-cü ildən isə təşkilatın idarə heyətində fəaliyyət göstərir. Məqsəd GHTC-nin geniş imkanlarından istifadə edərək ölkəmizə turist axınına səbəb olacaq fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir.

Günün qızmar çağlarında təbii olaraq turistlər təbiətin seyrinə çıxmağı, çəmənlikdə, çay kənarında, meşədə, ağac kölgəsində, bulaq başında dincəlməyə üstünlük verirlər. Qonaqların böyük həvəslə üz tutduqları belə ünvanlardan biri 2020-ci ilin noyabrında 29 illik işğaldan azad edilən Şuşa şəhəridir. Xatırladaq ki, Qarabağın başının tacı olan qədim Şuşa erməni əsirliyindən azad ediləndən sonra burada dövlət səviyyəsində bərpa-quruculuq işləri aparılır, yeni turizm marşrutları açılır.  Artıq Şuşaya Dövlət Turizm Agentliyi tərəfindən ayrı-ayrı layihələr formatında turizm səfərlərinə başlanılıb. İki üç günlük turlarda turistlərə Cıdır düzü, “Vaqifməqbərəsi, Mehmandarovların evi, Bülbülün ev-muzeyi, Yuxarı Gövhər ağa məscidi, “Güllələnmiş Heykəllərmeydançası, Şuşa qalası, ŞuşanınGəncəqapıları Xarıbülbülsimvolu, “Qazançıkilsəsi, ŞuşaRealnıyməktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur.

Azərbaycanın təkrarsız turizm bölgələrindən biri Kəlbəcərdir. 30 illik işğaldan sonra azadlığa çıxan Kəlbəcərdə bərpa-quruculuq işləri tamamlandıqdan sonra rayon yenidən öz turizm şöhrətini bərpa edəcək yenidən nəinki yerli, həm xarici turistlərin ən çox üz tutduqları məkanlardan biri olacaq. Kəlbəcər möhtəşəm təbiəti, əlverişli relyefi, tarixi abidələri, mineral suları ilə məşhurdur. Ekspertlərin fikrincə,  Kəlbəcərdə elə mineral su yataqları var ki, onlar bir çox xəstəliklərin müalicəsində istifadə üçün çox faydalıdır. 44 günlük Vətən müharibəsində erməni işğalından azad edilən Kəlbəcərdə bu gün həyata keçirilən bərpa işləri çərçivəsində turizm infrastrukturu da yaradılır, o sırada beynəlxalq hava limanı tikilir. Təbii ki, bütün bunlar reallaşdıqdan sonra Kəlbəcər yenidən turistlərin sevimli ünvanına çevriləcək.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2023.- 5 iyul.- S.6.