Fransadakı etirazlar Avropa miqyasında təhlükə yaradır

 

Fransada baş verən hadisələr Emmanuel Makron siyasətinin tam iflasa uğramasının ölkədəki dərin böhranın nəticəsidir. Əlcəzairli yeniyetmənin polis tərəfindən vəhşicəsinə soyuqqanlı şəkildə öldürülməsi bu dövlətin öz vətəndaşlarına olan münasibətini göstərir. Makron hakimiyyətinin demokratiya tolerantlıq kimi dəyərləri artıq unutduğuna şübhə yoxdur.

Qeyd edək ki, bu ölkədə aparılan araşdırma, şəxsiyyəti təsdiq edən sənədlərin yoxlanılması üçün polisin qaradərili ya ərəbəsilli gəncləri dayandırmaq ehtimalının iyirmi dəfə çox olduğunu göstərib.

Təkcə 2022-ci ildə polis onlardan 13 nəfəri güllələyərək öldürüb. Hakimiyyət qurbanların irqi etnik mənşəyini açıqlamır. Qrenobl Universitetinin sosioloqu Sebastyan Roş deyir ki, polis məmurlarına tabe olmaqdan imtina etdiyi üçün öldürülənlər arasında etnik azlıqların nümayəndələrinin sayı xeyli coxdur.

Fransada baş verən iğtişaşların BMT-nin İnsan Haqları İdarəsinin diqqət obyektinə çevrilməsi problemin təhlükəli miqyasını sübut edir. Təşkilatdan bildirilib ki, bu, Fransanın hüquq-mühafizə orqanlarında irqçilik ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etmək üçün məqamdır.

"Cluster 17" sosioloji institutunun məlumatına görə, 2022-ci il prezident seçkilərində Fransa polisinin təxminən 64 faizi ifrat sağçı namizədlər Marin Le Pen Erik Zemmura səs verib.

Ümumiyyətlə, Fransada uzun müddətdir islamofob əhvali-ruhiyyəsi üstünlük təşkil edir. Bunlar adi sözlər deyil, Fransa dövlətinin reallığıdır. Heç bir silahı olmayan müqavimət göstərməyən əlcəzairəsilli yeniyetmənin Fransa polisi tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, həm bu ölkənin yeni müstəmləkəçilik siyasətinin növbəti nümunəsidir.

Britaniyalı jurnalist Nil Uotson caliber.az-a şərhlərində Fransada baş verən hadisələrdən danışaraq qeyd edib ki, istənilən ziyarətçi ölkədə ikisəviyyəli cəmiyyətin olduğunu dərhal anlayır. Bu cəmiyyətdə məğriblilər (Şimali Afrikada yerləşən ölkələrin sakinləri)  dövlət səviyyəsində ayrı-seçkiliyə məruz qalırlar Fransa əhalisinin böyük hissəsi ilə az əlaqə saxlayırlar.

Uotson hesab edir ki, islamofobiya Fransa cəmiyyətində dərin kök salıb əslində, bu, Prezident Emmanuel Makrona kömək edir. Bunu anlamaq üçün son prezident seçkilərində ifrat sağçı Milli Birlik partiyasının güclənməsinə diqqət yetirmək kifayətdir.

Britaniyalı ekspertin dediyinə əsasən, islamofobiya seçki hüququndan istifadə edən Fransa əhalisi üçün olduqca məqbuldur. Məğriblilərin əksəriyyəti özünü hüquqsuz hiss edir səs vermirlər. Ermənilər Fransa siyasətində, mediasında biznesində kök salıblar. Onların türkofob mövqeyi Fransada ümumi qəbul edilmiş narrativdir  bu, Azərbaycana da aiddir.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Mətyu Brayza qeyd edib ki, Makron birmənalı şəkildə türklərə qarşıdır. Bu, 2020-ci ilin yayında Yunanıstan Türkiyə arasında gərginliyin yarandığı vaxt özünü aydın büruzə verib.

Amerikalı diplomat Türkiyənin Aİ- daxil olub-olmaması ilə bağlı müzakirələr kontekstində Fransanın 20-ci prezidenti Valeri Jiskar d'Estenin "Avropa mədəniyyəti xristianlıq üzərində qurulub"  ifadəsini  xatırladıb deyib: "Hesab edirəm ki, Makron da oxşar təfəkkür sahibidir".

Fransız sosioloq Mişel Kokoref ölkədə baş verənləri təhlil edərək ABŞ- afroamerikalı Corc Floydun qətli ilə paralel aparır: "Eyni səbəblər eyni nəticələr verir. Yoxsulluq, işsizlik, gələcəyə inamsızlıq, məktəbə təhsilə getməkdən imtina struktur  səbəblərdir. Bunların üzərinə isə etno-irqi səbəblər, islamofobiya, hər cür ayrı-seçkilik, o cümlədən yerli-yersiz sənəd yoxlamaları s. əlavə olunur".

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə Fransanın afrikaəsilli müsəlman  vətəndaşları arasında qarşıdurma hər gün şiddətlənir. Jandarmlar artıq onlarla zirehli texnikanı şəhərlərin küçələrinə çıxarıblar, etiraz edənlərə qarşı helikopterlər cəlb olunub polis izdihamı saxlamaq üçün insanlara rezin güllələrdən atəş açır.

Son məlumatlara görə, Fransada iğtişaşlar ümumavropa miqyaslı təhlükəyə çevrilmək riski ilə artıq qonşu Belçika İsveçrəyə yayılır.

 

Rizvan CƏFƏROV,    

Azərbaycan.-2023.- 5 iyul.- S.7.