İlham Əliyev sülhün şərtini söylədi

 

Əgər Ermənistan sülh istəyirsə, ordusunun qalıqlarını Qarabağdan çıxarmalıdır

 

"Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur".

İyulun 5-də Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə çıxışı zamanı İlham Əliyevin diqqətə çatdırdığı kimi, Ermənistan hələ 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etməkdən yayınır bununla da birbaşa iki ölkə arasında normallaşmaya, sülhə nail olunmasına əngəl törətməyə çalışır.

Ötən iki il yarım müddətdə "hay taktikası"na uyğun olaraq, dildə bir söz deyib, əməldə ayrı tutan, sülhlə bağlı baş tutan üçtərəfli görüşlərdə rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edən, lakin hələ Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ bölgəsindən silahlı tör-töküntülərini çıxarmayaraq ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiyini göstərən Hayastanın məramının heç sülhə xidmət etmədiyini görürük.

QH Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında dövlət başçısı İlham Əliyev qətiyyətlə bəyan etdi ki, əgər Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi yarımhərbi elementləri tərk-silah edilməlidir.

 

Prinsipial qətiyyətli mövqe

 

44 günlük Vətən müharibəsində torpaqlarının işğalına son qoyan işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan müharibədən  dərhal sonra böyük humanizm göstərərək məğlub Hayastana sülh təklif edib.

Ötən müddət ərzində Bakı regionda təhlükəsizliyin, əməkdaşlığın, rifahın təmin edilməsi üçün mühüm təşəbbüslərlə çıxış edib. Eyni zamanda ölkəmiz bu istiqamətdə xeyli əməli addımlar da atıb, əzm iradə ortaya qoyub. İstər yeni Laçın yolunun vaxtından əvvəl istifadəyə verilməsi, istər Qarabağda yaşayan erməni sakinlərlə bu ilin martında baş tutan görüş digər bu istiqamətdə atılan addımlar da Azərbaycanın sülhün təmin edilməsində qərarlı olduğunu bariz şəkildə ortaya qoyur.

Bakının sülh müqaviləsinin bağlanması üçün irəli sürdüyü 5 təməl prinsipin özü belə Hayastanın hazırda çabaladığı siyasi, iqtisadi, sosial, ümumiyyətlə, bütün sahələrdə bataqlıqdan çıxması üçün böyük şansdır. Elə təkcə Zəngəzur dəhlizinin açılması səfalət içərisində olan Hayastanı dalan ölkə olmaqdan qurtaracaq.

Lakin dövlət başçısının iyulun 5-də mötəbər tədbirdə qeyd etdiyi kimi, Hayastan bu dəhlizin açılmasına mane törədir: "Ermənistan, həmçinin təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış digər öhdəliyi olan Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur".

 

Separatizmə dəstək verən Fransa

 

Görünən odur ki, Hayastan hələ xarici havadarlarının çaldığı hava ilə oynamaqdan, onların şirnikləndirici vədlərinə uyaraq ölkəmizə qarşı revanşizm hisslərinə qapılmaqdan, torpaqlarımıza qarşı ərazi iddiası güdməkdən əl çəkmək istəmir. Buna görədir ki, Hayastan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, vaxtaşırı ölkəmizə qarşı təxribatlar törətməyə çalışır, Azərbaycanın beynəlxalq hüquqa dayanaraq Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmasını "blokada" kimi dünyaya sırımaq istəyir, Qarabağda yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunmasına maneçilik törədir, separatçılara açıq dəstək göstərir, onları silahlandırır sair ilaxır kimi təxribat əməlləri törədir.

Müstəmləkəçi Fransa isə Ermənistana bu murdar əməllərində ən böyük "dəstəkçi" qızışdırıcı "hami"lik edir. Bir sözlə, əli milyonlarla əlcəzairlinin qanına batan Fransa faşizm xislətli Ermənistanın vaxtilə azərbaycanlılara qarşı törətdiyi soyqırımlarına, qətliamlara göz yumduğu kimi, indi kiçik bacısının ölkəmizə qarşı təxribat törətməsinə dəstək nümayiş etdirir.

QH-nin Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki sözügedən çıxışında Prezident İlham Əliyev söylədi ki, Fransa hətta Korsika dilinə qadağa qoyur etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq ikili standartlardan başqa bir şey deyil. "Özünü yalandan insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ digər ölkələrin daxili işlərinə qarışır", - deyən dövlət başçısı Fransa qoşunlarının bu yaxınlarda Mali Burkina-Fasodan çıxarılmasının onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğuladı. Eyni zamanda qeyd etdi ki, təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.

 

Ermənistan transsərhəd ekoloji fəlakət törətməkdə davam edir

 

Torpaqlarımızın 30 illik işğalına son qoyulması Qarabağ Şərqi Zəngəzurda tarixi, mədəni, dini irsimizi erməni vandallarından xilas edib. Onilliklər ərzində ərazilərimizi talayan, bu yerlərdə daşı-daş üstündə qoymayan işğalçılar barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.

Prezident İlham Əliyev iyulun 5-də görüş iştirakçılarının nəzərinə onu da yetirdi ki, Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid ekosid törədib. İşğal altındakı torpaqlarımızda olan 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalanları isə donuz inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarının təhqir edilməsi deməkdir.

İşğal dövründə Ermənistan Qarabağ Şərqi Zəngəzurun ekosistemini məhv edib, çaylarımızı, bulaqlarımızı çirkləndirib, zəhərləyib, 60 min hektar meşəliyi məhv edib, bir sözlə, burada "ölü torpaq" siyasəti həyata keçirib.

Hazırda da Hayastan ölkəmizə qarşı bu murdar əməlini davam etdirir. Elə yuxarıda adıçəkilən çıxışında ölkə Prezidenti bununla əlaqədar diqqətə çatdırdı ki, Ermənistan, indi isə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhədində transsərhəd ekoloji fəlakət törətməkdə davam edir.

Bununla Ermənistanın 1991-ci il Transsərhəd kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasından (Espoo Konvensiyası) irəli gələn öhdəliklərini pozmuş olduğunu vurğulayan dövlət başçısı bildirdi ki, bu Konvensiyada ölkələrin mənfi transsərhəd təsirlərdən qaçmaq üçün bir-biri ilə məsləhətləşmələr aparmasının vacibliyi açıq şəkildə qeyd edilir.

 

Azərbaycan minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır

 

Hayastanın Azərbaycana qarşı törətdiyi digər müharibə cinayəti isə işğal dövründə torpaqlarımızı mina tarlasına çevirməsidir. Mənfur düşmən demək olar ki, Qarabağ Şərqi Zəngəzurda hər daşın, qayanın altına tank piyada əleyhinə mina döşəyib. Eyni zamanda 44 günlük müharibədən sonra bu insanlıq əleyhinə cinayətlərini davam etdirib ki, buna ərazilərimizdə aşkarlanan 2021-ci il Ermənistan istehsallı minalar bariz nümunələrdir.

Ermənistanın mina terroru Böyük qayıdışa əngəl olan başlıca maneələrdəndir hələ Ermənistanın düzgün mina xəritələrini ölkəmizə təqdim etməməsi bu ərazilərdə insanlarımızın həyatlarını itirməsinə səbəb olur.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə dövlət başçısı məlumat verdi ki, Azərbaycan hazırda dünyada minalarla ən çox çirkləndirilmiş on ölkə sırasındadır. 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan sonra mina partlayışı nəticəsində təxminən 300 azərbaycanlı həlak olub ya ağır yaralanıb: "İşğaldan azad edilmiş ərazilərdə baş verən hər bir mina partlayışı Ermənistanın törətdiyi hərbi cinayətlərin uzun siyahısının davamıdır. Mina problemi Ermənistan tərəfindən Azərbaycan xalqının fundamental insan hüquqlarının pozulmasıdır".

 

Sonrakı peşmanlıq haylara fayda verməyəcək

 

Azərbaycanın suveren ərazilərini 30 il müddətində işğal altında saxlayaraq bu müddət ərzində xarici havadarlarının köməyi ilə sülhdən boyun qaçıran Hayastan  Vətən müharibəsindən sonrakı dövr ərzində qeyri-konstruktivlik nümayiş etdirərək, Fransa kimi xarici havadarlarına güvənərək sülhdən yayınmaq üçün ağılsız cəhdlər edir.

Amma bihudə, hayların Şuşa zəfərinin diktə etdiyi reallıqları qəbul etməkdən başqa çarələri yoxdur. Özləri yaxşı bilirlər  ki, onlar istənilən, istər siyasi, diplomatik, istərsə hərbi platformada Azərbaycanın qarşısında diz çökməyə məhkumdurlar.

Buna görə , necə ki gec deyil, Hayastan bölgədə yeganə söz sahibi olan Azərbaycanın humanist sülh şərtlərini qeyd-şərtsiz yerinə yetirməlidir. Əks-təqdirdə hər şey üçün çox gec olacaq. Sonrakı peşmanlıq isə fayda vermir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 6 iyul.- S.1;7.