Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunə formalaşdırıb

 

Qoşulmama Hərəkatı Azərbaycanın  fəal iştirak etdiyi beynəlxalq təşkilatlardan biridir.  Digər  təşkilatlardan fərqli olaraq Azərbaycan QH- bir qədər gec daxil olsa da, respublikamız burada olduqca böyük uğurlara nail olub.  Üzv olduqdan cəmi 8 il sonra quruma sədrlik edən Azərbaycan təşkilatın  potensialını üzv dövlətlərin maraqları naminə səmərəli realizə edir.

 

Qlobal etimad

 

QH  BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır. 120 ölkəni birləşdirən qurum dünyadakı mövcud təşkilatlar arasında istər tarixi, istər üzvlərinin sayı baxımından kifayət qədər sanballı qurumdur. Azərbaycanın üzv olduğu digər təşkilatlarla müqayisədə bu hərəkatda iştirakı nisbətən yenidir. Belə ki, respublikamız QH- cəmi 12 il əvvəl - 2011-ci ildə tam hüquqlu üzv olmaq barədə qərar verib.

Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün 2019-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğuru oldu. Bu Zirvə görüşünə evsahibliyi üçün Azərbaycanın paytaxtının seçilməsi Prezident İlham Əliyevin müdrik uzaqgörən siyasətinin məntiqi nəticəsi idi.

 

Hələ 2019-cu ildə ölkəmiz Qoşulmama Hərəkatının sammitinə uğurla evsahibliyi etdiyi tədbirdə Prezident İlham Əliyev Azərbaycanın öz sədrliyi dövründə beynəlxalq hüququ ədaləti müdafiə edəcəyini, fəaliyyətini tarixi "Bandunq prinsipləri" üzərində quracağını bəyan etmişdi. Sədrliyi dövründə ölkəmiz həyata keçirdiyi fəaliyyətlə dünyada Hərəkatın rolunun gücləndirilməsinə, "Bandunq prinsipləri"nin dəstəklənməsinə, üzv ölkələrin maraqlarının qorunmasına böyük töhfələr verib, BMT ilə çoxtərəfli əlaqələrin təşviq edilməsi, qorunması gücləndirilməsi istiqamətində səylərini əsirgəməyib.

 

İlham Əliyevin təşəbbüsləri beynəlxalq miqyasda təqdir olundu

 

Məlum olduğu kimi, Azərbaycanın quruma sədrliyi qlobal təhlükəyə çevrilmiş COVID-19 pandemiyasının tüğyan etdiyi dövrə təsadüf etdi. Belə bir vaxtda Prezident İlham Əliyev öz müdrikliyi ilə QH-ni pandemiya ilə mübarizəyə uğurla səfərbər etdi. Bununla həm   qlobal lider rolunu öz üzərinə götürən Prezident İlham Əliyevin təşəbbüsləri ilə Hərəkatın pandemiya ilə mübarizə tədbirləri qlobal səviyyədə təqdir olundu, böyük razılıqla qarşılandı. Bu tədbirlər pandemiya ilə mübarizədə beynəlxalq  həmrəyliyin, o cümlədən COVID-19 əleyhinə peyvəndlərə əlçatanlığın təmin edilməsində böyük rol oynadı.

Azərbaycanın Hərəkata sədrliyi dövründə peyvənd millətçiliyinə qarşı da mübarizə apardı.  Bu xüsusda, 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilib. Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul edilən qətnamələr üçün olduqca yüksək göstəricidir.

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində isə Assambleyanın plenar iclasında Hərəkatın Sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə hərəkat üzvləri adından irəli sürülmüş "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında universal əlçatanlığın təmin edilməsi"  adlı qətnamə BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə qəbul edilib.

İyulun 5-də Bakı Konqres Mərkəzində Hərəkatın Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev bu barədə deyib: "Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün sədrliyi öz üzərinə götürdü yenidən yekdil qərarla sədrliyimiz daha bir il uzadıldı. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə "Bandunq prinsipləri" əsasında ədaləti, beynəlxalq hüququ üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu. Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası ilə necə mübarizə aparacağı barədə çaşqın vəziyyətdə olarkən, misli görünməmiş bu çağırışla mübarizədə qlobal səyləri birləşdirən Qoşulmama Hərəkatı oldu".

 

Müdrik uzaqgörən fəaliyyət

 

QH- Azərbaycan təşəbbüsü əsasında Hərəkatın üzv dövlətlərini təmsil edən gənclərin iştirakı ilə Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi təsis olunub.

Azərbaycanın QH- uğurla sədrlik etməsinin başqa bir nümunəsi təşkilatın Parlament Şəbəkəsinin yaradılmasıdır. QH-nin prinsip, ideya məqsədlərinin həyata keçirilməsində parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq, üzv dövlətlərin parlamentləri arasında əlaqələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin noyabr ayında Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis olunub.

2022-ci ildə Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı təsis olunub onun daimi katibliyi Bakıda yerləşəcək. Ötən gün Prezident İlham Əliyev bildirdi ki, biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik.

Bütün bunlar göstərir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunələr yaradıb. Prezident İlham Əliyevin dediyi kimi, institusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.

Bir məsələni qeyd edək ki, Qoşulmama Hərəkatı ölkələri BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli qərəzli bəyanatların qəbul edilməsinin qarşısının alınmasında böyük rol oynayıblar. Bütün bunlar bir daha Azərbaycanın QH çərçivəsində həyata keçirdiyi müdrik uzaqgörən fəaliyyətdən xəbər verir.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2023.- 6 iyul.- S.1;7.