Dritan Abazoviç: " Monteneqro Azərbaycan ilə enerji, turizm, investisiyalar digər sahələrdə əməkdaşlığın inkişafında maraqlıdır"

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Monteneqronun Baş naziri xarici işlər naziri vəzifəsini icra edən Dritan Abazoviçi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Dritan Abazoviç Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünə dəvətə görə təşəkkürünü bildirdi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırdı.

Söhbət zamanı Prezident İlham Əliyevin Baş nazir Dritan Abazoviçin bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlandı.

Görüşdə Monteneqronun Azərbaycan ilə enerji, turizm, investisiyalar digər sahələrdə əməkdaşlığın inkişafında maraqlı olduğu qeyd edildi, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə dəstəyi vurğulandı.

 

Azərbaycan.-2023.- 6 iyul.- S.4.