Haqqı, ədaləti dananlar siyasi səhnədən getməlidirlər

 

BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşünün yenidən Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı nüfuz etimadın nəticəsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin görüşdəki çıxışı dünyada geniş əks-səda doğurmuşdur. Dövlətimizin başçısı təşkilatın son illər artan fəaliyyətinə yüksələn nüfuzuna diqqəti cəlb etməklə bərabər, hərəkatın beynəlxalq hüququn norma prinsiplərinə  sadiq qaldığını, dünyada sülhün təhlükəsizliyin, insan hüquq azadlıqlarının təmin olunması müdafiə edilməsində fəal rol oynadığını bildirmişdir.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi dövrdə təşkilatın fəaliyyəti əsaslı şəkildə canlanmış təşkilat üzvlərinin birliyi, həmrəyliyi daha dolğun təmin edilmişdir. Pandemiya dövründə cənab İlham Əliyevin irəli sürdüyü bəşəri ideyalar, təşəbbüslər, xüsusilə amansız xəstəliyə qarşı dünya ölkələrinin səfərbər olunması barədə etdiyi müraciətlər dünyanın 150 dövləti tərəfindən dəstəklənmişdir. Səbəbsiz deyildir ki, dünya ictimaiyyəti cənab İlham Əliyevin bu əməllərini, təşəbbüslərini, bəşəriyyətə qayğı diqqətini yüksək qiymətləndirmiş, onun xidmətlərini dünya xalqlarına dövlətlərinə humanizmin nümunəsi kimi təqdim etmişlər.

Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında da dövlətimizin başçısı bir daha bəşəri ideyalara, beynəlxalq normalara, sülhə, təhlükəsizliyə, insan azadlığına, ölkələrin müstəqilliyinə, suverenliyinə sadiqliyini ifadə etmiş, irqçiliyə, ayrı-seçkiliyə, islamafobiyaya, zülmə, müharibəyə, zorakarlığa qarşı mübariz olduğunu bildirmişdir. Çünki Azərbaycan Ermənistan tərəfindən işğala məruz qaldığı, torpaqlarının, şəhər kəndlərinin viran edildiyi, insanların qətlə yetirildiyi otuz ildə bu ayrı-seçkilikdən, ikili standartlardan, beynəlxalq norma prinsiplərə laqeydlikdən çox əziyyət çəkmişdir. Təəssüf ki, Azərbaycan bu gün ikili standartlarla, ədalətsizliklərlə qarşılaşmaqdadır. Azərbaycan Prezidenti bu baxımdan Fransanın, xüsusilə Prezident Emmanuel Makronun şovinist, beynəlxalq aləmə zidd mövqeyini, bu dövlətin müstəmləkəçilik, xalqlara dövlətlərə qarşı uzun illər yürütdüyü yanlış, ziddiyyətli siyasəti ciddi tənqid etmiş, Fransa hakimiyyət dairələrini bu məkrli, insanlığa zidd əməllərdən çəkinməyə səsləmişdir. Ona görə ki, dünən bu gün Fransa demokratiya pərdəsi altında özünün çirkin məqsədlərini həyata keçirməkdədir bu siyasət nəticəsində Fransa dövləti, onun rəhbərləri on milyonlarla insanın qətlinə rəvac vermiş, ölkələri viran qoymuşlar. Prezidentimiz bildirmişdir ki, Fransa müstəmləkə keçmişinə soyqırımı aktlarına görə üzr istəməlidir.

Ancaq terrorçu, təcavüzkar Ermənistanı müdafiə etməklə, ona maddi-mənəvi, hərbi dəstək verməklə, Azərbaycana düşmən mövqeyində durmaqla Fransa özünün çirkli, şovinist əməllərini bu gün davam etdirməkdədir. Cənab İlham Əliyev demişdir ki, Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyir. Bu əməllər bir dövlət kimi Fransanı sarsıdır, onun nüfuzuna ciddi ziyan vurur. Son aylar ölkədə baş verən kütləvi iğtişaşlar, nümayişlər, qarşıdurmalar, həbslər bunu deməyə əsas verir ki, Makronun siyasəti iflasa məhkumdur.

Rəhbərlik etdiyi ölkədə ictimai-siyasi sabitliyi bərpa edə bilməyən Makronun bu gün başqa dövlətlərdə, o cümlədən Ermənistanda sülhü, əmin-amanlığı bərpa etmək, kimlərəsə məsləhətlər vermək cəhdi çox gülünc doğurur. Prezidentimizin söylədiyi kimi, Ermənistan regionda sülhə maraqlıdırsa, silahlı qüvvələri Qarabağdan çıxarmalıdır, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Makron onun kimilər isə ədalətə, haqqa əsaslanmadıqları, dövlətlərin müstəqilliyinə hörmət qoymadıqları üçün siyasi meydandan uzaqlaşmalıdır.

.

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

Azərbaycan.-2023.- 6 iyul.- S.7.