Dünyanın daha balanslı enerji sisteminə ehtiyacı var

 

bp bu sahədə ölkəmizlə tərəfdaşlıq edir

 

Azərbaycanın təkcə nəhəng karbohidrogen yataqları deyil, "yaşıl enerji" mənbələri olduğu da indi hamıya yaxşı məlumdur. Bu, dəyişən enerji dünyasında ölkəmizin rolunu getdikcə artırır. Bərpaolunan enerji layihələrimizin sayı artır. Bu işdə dünyanın ən tanınmış şirkətləri ilə tərəfdaşlıq edirik.  

Xarici sərmayədarlar Azərbaycanın uzunmüddətli, dayanıqlı, ucuz ekoloji cəhətdən təmiz enerji növləri ilə təmin edilməsi prosesinə həvəs inamla qoşulublar. Keçən ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisinə başlanıb. Həmin ilin martında isə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməli qoyulub. Sonrakı müddətdə xarici investorlarla digər layihələr haqqında da danışıqlar aparılıb, razılıqlar əldə olunub. Azərbaycan dövlətinin bərpaolunan enerji sahəsindəki  prioritetlərini ölkəmizdə ən iri neft, qaz ixrac layihələrinin əməliyyatçısı bp şirkəti dəstəkləyir.

"Dünyanın daha yaxşı, daha balanslı enerji sisteminə ehtiyacı var. Balanslı dedikdə, biz təhlükəsiz, əlçatan daha az karbonlu enerji təmin edə biləcək bir sistem nəzərdə tuturuq. Buna "enerji trilemması" deyirlər. Şirkət olaraq hesab edirik ki, bu məsələnin həllinə iki yolla dəstək verə bilərik: həm enerji keçidinə investisiya qoymaqla, həm, əsasən, karbohidrogenlərdən ibarət bu günün enerji sisteminə investisiya qoymaqla. Hazırda Xəzər regionundakı fəaliyyətimiz hər iki həll yolunun həyata keçirilməsini dəstəkləyir".

Bu sözləri bp-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Qəri Counz cari il 31 may-3 iyun tarixlərində keçirilən "Bakı Enerji Həftəsi"ndə demişdir. O bildirmişdir ki, enerji keçidinə investisiya qoymaqla yanaşı, şirkət  mövcud neft qaz hasilatında da karbonsuzlaşdırmanın emissiyaların azaldılmasının yollarını axtarır. Sahələrdə məşəlin müntəzəm yanmasını aradan qaldırmaq istiqamətində aparılır emissiyaları 50 faiz azaltmaq üçün obyektlərdə metan detektorları quraşdırılır.

Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarında yaxın zamanda "Azəri Mərkəzi Şərqi "(ACE) hasilat platforması quraşdırılacaq.  Bu yeni platformanın məhz daha az karbonlu olması nəzərdə tutulub. ACE uzaq məsafədən idarə ediləcək onun əksər sistemləri prosesləri avtomatlaşdırılacaq.  Bu isə platformaya daha az gediş-gəliş, daha az    boşdayanma halları    buna görə məşəlin  az yanması   az emissiya atqısı deməkdir.

Eləcə "Şahdəniz" yatağında "Şahdəniz Alfa" platformasından karbon tullantılarının azaldılması üçün  aparılır. Həmçinin obyektləri elektrikləşdirmək enerji üçün qazdan istifadəni   dayandırmaq  barədə  düşünülür. Səngəçal terminalının elektrikləşdirilməsi bu baxımdan yaxşı başlanğıc ola bilər. bp mütəxəssislərinin  fikrincə, Səngəçalda qaz turbinləri yandırmaq əvəzinə ölkənin enerji şəbəkəsinə qoşulmaqla həm emissiyaların azaldılmasına,  həm qənaət olunmuş qazın "Cənub qaz dəhlizi" ilə ixracına  nail olmaq  mümkündür.

Lakin Azərbaycanın yeni enerji gələcəyinə keçidinə bp-nin dəstəyi yalnız bunlardan ibarət deyil. Məlumdur ki, Azərbaycan qabaqcıl enerji infrastrukturuna, güclü tərəfdaşlıqlara, zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir bunun sayəsində enerji keçidində irəlidə gedə bilər. Bu səbəbdən bp ölkəmizin uzunmüddətli etibarlı tərəfdaşı kimi bizə dəstək verməyə hazır olduğunu  bildirir.  Belə ki, keçən il şirkət tərəfindən Energetika Nazirliyinə 2050-ci ilədək Azərbaycanın öz zəngin enerji potensialından istifadə etməklə iqtisadiyyatını necə karbonsuzlaşdıra biləcəyi ilə bağlı bir sıra tövsiyələr təqdim olunub. Müəyyən sahələrdə artıq işə başlanıb. Məsələn, işğaldan azad edilmiş Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş elektrik stansiyasının inşasına start vermək  üçün sahədəki tədqiqat işləri  yekunlaşmaq üzrədir.

"Nazirliklə birlikdə biz Azərbaycanda virtual elektrik ötürülməsi modelinin yaradılmasının əsasını təşkil edən innovativ mexanizm müəyyən etmişik. Biz həmçinin bərpaolunan enerji sahəsində bu cür potensial layihələrin araşdırılması üçün SOCAR-la əməkdaşlıq edirik. Paralel olaraq, gələcəkdə enerji layihələrini həyata keçirə biləcək ixtisaslaşmış yerli işçi qüvvəsinin hazırlanmasına dəstək veririk. Ötən il Azərbaycan Dövlət Neft Sənaye Universitetində bərpaolunan enerji mənbələri üzrə yeni magistr proqramının yaradılmasına kömək etdik artıq bu il proqram üzrə ilk qrupun dərslərə başlamasını gözləyirik. Ümid edirik ki, bu proqram Azərbaycanın bərpaolunan enerji mənbələri sahəsində ixtisaslaşmış yerli mütəxəssislərə artan tələbatını qarşılamağa yardım edəcək", - deyə bp-nin regional prezidenti bildirmişdir.

Şirkətin mütəxəssisləri həmçinin bu qənaətdədirlər ki, enerji keçidini sürətləndirmək lazımdır. Bir sözlə, qarşıda çox işlər dayanır bunların reallaşmasında, Azərbaycanın yeni enerji gələcəyinin qurulmasında bp bizimlə birlikdə olmaq sözünə sadiqdir.

 

Flora SADIQLI,

Azərbaycan.-2023.- 6 iyul.- S.15.