Fransanın rüsvayçılığı davam edir

 

Fransada kütləvi polis zorakılığı, vətəndaş itaətsizliyi, hakimiyyət orqanları tərəfindən adekvat reaksiyanın olmaması, irqçilik meyillərinin daha da güclənməsi prosesləri davam edir. Xatırladaq ki, ölkədə etirazlar ötən ayın 27-  Əlcəzairəsilli 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

Fransanın bir cox şəhərlərini bürümüş iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları 1124-ü azyaşlı olmaqla 3625 nəfəri saxlayıb. Son məlumata görə, məhkəmələrə 990 verilib, onlardan 480-nə sürətləndirilmiş prosessual qaydada baxılıb. Həbs cəzası ilə bağlı 380 hökm çıxarılıb.

Bu günlər Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Fransaya 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarında irqçilik irqi ayrı-seçkilik məsələsilə bağlı problemlərin həlli ilə məşğul olmağı tövsiyə edib. Sənəddə bildirilir ki, bu hadisə rahatsızlıq doğurur indi ölkənin hüquq-mühafizə orqanlarında irqi ayrı-seçkilik irqçiliyin dərin məsələlərinin ciddi həll edilməsinin vaxtı çatmışdır.

Dünən Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşündə çıxış edən Prezident İlham Əliyev Fransada baş verən hadisələrə toxunaraq deyib: "Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Azərbaycan Prezidentinin dediyi kimi, özünü yalandan insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi.

Bu arada ölkənin iğtişaşlar içində boğulduğu bir zamanda Emmanuel Makronun Parisdə konsertdə olması rəqs etməsinə sosial şəbəkələrin istifadəçiləri haqlı sərt reaksiya verirlər.

Xəbər verildiyi kimi, Fransa Prezidenti Emmanuel Makron arvadı Bricitlə Parisdəki Accor Arena zalında keçirilən konsertdə olmuşlar. Model Byanka Brandolini sosial şəbəkələrdə Makronla çəkilmiş kadrları yayımlamışdır. Videoda Makron həyat yoldaşının əfsanəvi musiqiçi Elton Conun hitlərindən cuşa gəlib rəqs etdiyi əks olunmuşdur.

Müxalifətdəki Milli Birlik partiyasının deputatı Jan-Filipp Tangi kütləvi talanlar zamanı Prezidentin əylənməyə getməsinə qəzəblənib. Siyasətçi sosial şəbəkələrdə yazıb: " Hüquq-mühafizə orqanlarının iğtişaşları yatırtmaq səylərinə baxmayaraq, Fransanın yandırıldığı bir vaxtda Emmanuel Makron Elton Conun konsertinə gedir".

Avropa parlamentinin Fransadan olan deputatı Tyeri Mariani isə tviter hesabında Makronun hərəkətini məsuliyyətsizlik adlandırıb: "Fransanın alovlandığı bir vaxtda Makron daxili işlər nazirinin, polisin yanındadır, Elton Conu alqışlamağa üstünlük verir. Hər kəsin öz prioritetləri var. qədər məsuliyyətsizlik".

Sosial şəbəkələrdə bir çox şərhçilər Emmanuel Makronun ölkədə baş verən iğtişaşları həll etmək əvəzinə həyat yoldaşı ilə Elton Conun konsertində əylənməsindən qəzəblənirlər.

İstifadəçilərdən biri tviterdə  yazır: "Ölkənin Fransa sakinlərinin başına gələnlər onun vecinə deyil. Baxın, bu da sübut".

Digər şəbəkə istifadəçisi Darras Helene  deyir: "Bu görüntülər öz-özlüyündə hər şeyi izah edir heç bir əlavə şərhə ehtiyac yoxdur".

Astrid Kuntzmann  isə hesab edir ki, "bu cütlük Fransa üçün rüsvayçılıqdır".

Bəzi istifadəçilər hətta tarixdə baş verənlərlə oxşarlıqlar tapıblar. Belə ki, Makronun Roma imperatoru Neronla müqayisə edildiyi şərhlərə tez-tez rast gəlmək olar: "Roma yanarkən Neron skripka çalırdı. Paris alovlananda Makron rəqs edir".

"Bu oğlan əslində əylənmək üçün dövlət başçısı olub" deyə istifadəçi Ced Ladj güman edir.

Həmçinin bir çox fransız Elton Conun konsertindən sonra Makronun onsuz da aşağı olan reytinqlərinin daha da enəcəyi qənaətinə gəliblər. Bir çox Fransa vətəndaşı 2022-ci ildə keçirilən seçkilərdə hazırkı prezidenti dəstəklədiklərinə görə peşman olduqlarını gizlətmir.

 

Rizvan CƏFƏROV,

Azərbaycan .-2023.- 6 iyul.- S.16.