Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Dövrün görkəmli ədəbi simalarının məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində universitet milli mədəniyyətin incəsənətin tərəqqisi işinə mühüm töhfələr vermişdir. Azərbaycanın tanınmış mədəniyyət incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Universitetin yetirmələri hazırda respublikamızda onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran universitet mədəniyyətin incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaratmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin, incəsənətin inkişafında bu istiqamətdə mütəxəssis hazırlığında Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin xüsusi xidmətlərini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm Təhsil Nazirliyi Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyul 2023-cü il

Azərbaycan.-2023.- 7 iyul.- S.1.