Dünya mətbuatı Qoşulmama Hərəkatının Bakı nazirlər görüşünü diqqət mərkəzində saxlayır

 

 

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilənQoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətlimövzusunda nazirlər görüşü beynəlxalq KİV-lərin diqqət mərkəzində qalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, müxtəlif media resurslarında yayılmış məqalələrdə Bakı nazirlər görüşünün mühüm mesajların verildiyi, qlobal problemlərə münasibətdə müxtəlif yanaşmaların nümayiş etdirildiyi platformaya çevrildiyi vurğulanıb. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlərə geniş yer verilib.

ABŞ-ın “www.msn.com” saytında dərc olunan məqalədə bildirilib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətləri Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparmağa çağıraraq deyib: “Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir”.

Portal dövlətimizin başçısının neokolonializm siyasəti ilə bağlı fikirlərinə yer verib: “Neokolonializmi hələ davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır”.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, həmçinin dünyada islamofobiya ksenofobiya ilə bağlı narahatlığını ifadə edərək deyib: “Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır bu, pislənilməlidir”.

Diqqətə çatdırılıb ki, o, həmçinin bu yaxınlarda əlcəzair əsilli 17 yaşlı yeniyetmənin fransız polisi tərəfindən öldürülməsini xatırladıb, eyni zamanda, Fransanı başqa ölkələrin daxili işlərinə müdaxilə etdiyini vurğulayıb.

Ermənistanla sülh quruculuğu prosesindən danışan Azərbaycanın dövlət başçısı bunun üçün Qarabağdakı bütün erməni silahlılarının bölgəni tərk etməli olduğunu diqqətə çatdırıb.

Afrika hökumətinin saytında (“gov.za”) bildirilib ki, Bakıda keçirilən nazirlər görüşündə gələn il Uqandanın paytaxtı Kampalada təşkil olunacaq Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının qarşıdan gələn 19-cu Zirvə toplantısına hazırlıq məsələləri müzakirə olunub, eyni zamanda, qlobal məsələlərə dair prinsipial mövqelər nəzərdən keçirilib.

KubanınPrensa Latinaagentliyində yayılan xəbərdə Suriya xarici işlər naziri Feysəl Əl-Məkdadın Qoşulmama Hərəkatına üzv ölkələri terrorizmlə mübarizədə səyləri birləşdirməyə çağırdığı vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışı ərəb ölkələrinin KİV-ləri tərəfindən geniş işıqlandırılıb.

Bu ölkənin "Noticias de Cubaportalında yayılanKuba Qoşulmama Hərəkatında Fələstinlə həmrəyliyi təsdiq edirməqalədə Qoşulmama Hərəkatının Bakıda keçirilən iclasında bu ölkənin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzv kimi daxil olmasına dəstəyini bir daha təsdiqlədiyi vurğulanıb.

Misir, Yəmən, Suriya, BƏƏ, Qətər, İordaniya, Küveyt Əlcəzairin, habelə Pakistanın qəzet portallarında oxuculara dövlətimizin başçısının çıxışından əsas məqamlar təqdim olunub.

Algeriamaintenantqəzetində dərc olunmuşAzərbaycan Prezidenti Fransanı sərt tənqid edibsərlövhəli məqalədə qeyd edilib ki, Əlcəzairin xarici işlər naziri Əhməd Attafın da iştirak etdiyi tədbirdə çıxış edən Prezident İlham Əliyev özünü yalandan insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın hələ digər ölkələrin daxili işlərinə qarışdığını, təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq Orientalizmmüstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışdığını söyləyib. Yazıda diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici iyrənc hərəkət adlandırıb. O, Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edib. O, eyni zamanda, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb.

ƏlcəzairinEnTVtelekanalının saytında, “Eleanenəşrində, “Əl Hərir”, “dz.54.dz” informasiya portallarında isəİlham Əliyev Fransa hökumətinə qarşı ağır ittihamlar irəli sürdüsərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın dövlət başçısı neokolonializm siyasətini sərt tənqid edib, xüsusən Fransanın Avropadan kənarda idarə etdiyi ərazilərin fransız müstəmləkə imperiyasının iyrənc qalıqları olduğunu söyləyib. O vurğulayıb ki, Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Azərbaycanın dövlət başçısı, həmçinin Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirdiyini, hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanıldığını bildirib, bunu utancverici iyrənc hərəkət adlandırıb. Prezident İlham Əliyev Fransada, xüsusilə mediada internetdə müəyyən etnik azlıqlara qarşı davamlı geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artdığını, bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin islamofobiyanın daha bir əlaməti olduğunu vurğulayıb. O əlavə edib ki, “bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən Fransanıhüquq-mühafizə orqanlarında irqçilik ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyəçağıran bəyanatını dəstəkləyirik”.

Ərəb ölkələrində geniş oxucu auditoriyasına malik olan İordaniyanınNəbdqəzetində dərc olunmuşİlham Əliyev Parisi sərt tənqid etdisərlövhəli məqalədə diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Fransanı neokolonializmdə ittiham edib bildirib ki, əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Parisin tarixi günahının etirafı olmayacaq, həm Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək. Yazıda vurğulanıb ki, Prezident İlham Əliyev Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu qeyd edib, dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməli olduğunu deyib. O əlavə edib ki, neokolonializmi hələ davam etdirən ölkələrdən biri Fransadır. Bu ölkənin Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır.

 

Küveytin “q-8.pressinformasiya portalında dərc edilmişPrezident İlham Əliyev İslamın zorakılıq terrorla eyniləşdirilməsindən narahatlığını ifadə edibsərlövhəli məqalədə qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında islamofobiya dini rəmzlərin təhqir olunmasını qətiyyətlə pisləyib. O deyib: “Fikrimizcə, mədəniyyətlərarası dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Biz geniş vüsət alan islamofobiya ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir, qəbulolunmazdır bu, pislənilməlidir”.

 

Qətərin rəsmi QNA informasiya agentliyinin saytında Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü haqqında xəbər Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışından əsas məqamlar təqdim edilib.

 

Bu ölkənin “www.gulf-times.com” saytında dərc olunan məqalədə isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad əl-Murayxinin Qoşulmama Hərəkatının Bakıda keçirilən nazirlər görüşündə iştirak etdiyi, tədbirdə bəzi ölkələrdəQurani-Kərim”in nüsxələrinin yandırılması cinayətini kəskin şəkildə pislədiyi, bunu nifrət islamofobiya hisslərini alovlandıran, qlobal miqyasda sülh sabitliyə təhlükə yaradan irqçi cinayət hesab etdiyi bildirilib. Qeyd edilib ki, o, üzv ölkələri azadlıq ədalət dəyərlərinə zidd olan, xalqlar millətlər arasında ünsiyyətə xələl gətirən belə cinayətlərin təkrarlanmaması üçün kollektiv tədbirlər görməyə çağırıb.

 

Pakistanın nüfuzluİslamabadpostqəzetində isə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışının ingilis dilində tam mətni dərc edilib.

 

Prezident İlham Əliyevin çıxışının əsas məqamları YəməninManbarAdenqəzetində dərc olunmuşAzərbaycan Prezidenti Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə aktual beynəlxalq məsələlərdən bəhs etdisərlövhəli materialda da yer alıb.

 

İordaniyanın rəsmi Petra, BƏƏ-nin WAM informasiya agentlikləri Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü haqqında materiallar dərc edilib.

 

Moldovanın aparıcı “Point”, "Noi", "Timpul" xəbər portalları da Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşündəki çıxışına geniş yer ayırıb.

 

Məqalələrdə dövlətimizin başçısının Ermənistanın qeyri-konstruktiv mövqeyinə dair fikirlərinə xüsusi diqqət çəkilib.

 

Prezident İlham Əliyevə istinadla qeyd olunub ki, əgər Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır. Bölgədəki erməni hərbi yarımhərbi elementləri tərk-silah edilməlidir.

 

Məqalələrdə, Prezident İlham Əliyevin, həmçinin bu fikirləri oxucuların diqqətinə çatdırılıb: “Münaqişə başa çatdıqdan az sonra Azərbaycan Ermənistanla bir-birinin suverenliyinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq üçün beş əsas prinsipini təqdim edib. Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində hələ Ermənistan silahlı qüvvələrinin qalıqları mövcuddur”.

 

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilənQoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətlimövzusunda nazirlər görüşü Bosniya Herseqovina mediası tərəfindən geniş işıqlandırılıb.

 

Slobodna Bosna”, “Bosna info”, “Federalna “N1info” kimi informasiya agentliklərinin yaydığı xəbərlərdə Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializmi hələ davam etdirən ölkələrdən biri olduğunu qeyd etdiyi bildirilib. Azərbaycan Prezidentinin Fransada, xüsusilə mediada müəyyən etnik azlıqlara qarşı davamlı geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin davam etdiyini bildirdiyi qeyd olunub.

 

Yazılarda Prezident İlham Əliyevin Fransanı öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən digər ölkələrdən üzr istəməyə çağırdığı vurğulanıb.

 

Məqalələrdə Azərbaycan Prezidentinin görüşdəki çıxışı zamanı səsləndirdiyi bu fikirlərə yer verilib: “Bir neçə gün əvvəl Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq. Heç vaxt olmamaqdansa gec olması yaxşıdır. Əcdadları müstəmləkə siyasətinə məruz qalmış, qul kimi istifadə olunmuş, öldürülmüş, işgəncələr verilmiş alçaldılmış insanlardan milyonlarla insanın qarşısında üzr istənilməsi yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

 

RusiyanınKommersantqəzeti, “News.ru”, “Voyennoe obozreniye”, “Novıye izvestiya”, “Regioni Rossiinəşrləri, “Vestnik Kavkazaagentliyi, “Mirteleşirkəti bir sıra digər mətbuat orqanları Prezident İlham Əliyevin görüşdəki çıxışı zamanı Fransanın neokolonializm siyasətini tənqid etdiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti Fransanı erməni separatizmini dəstəkləməkdə təqsirləndirib, eyni zamanda, Fransada irqçilik meyillərinin, milli azlıqlara qarşı təzyiqlərin artdığını deyib.

 

Azərbaycan liderinin BMT Təhlükəsizlik Şurası ilə əlaqədar söylədikləri Rusiya KİV-lərində yer alıb. Oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edən ölkələrin BMT Təhlükəsizlik Şurasında təmsil olunması təklifini irəli sürüb. Həmçinin Azərbaycanın dövlət başçısının Ermənistandan silahlı dəstələrini Qarabağdan çıxarmasını tələb etdiyi vurğulanıb.

 

Gürcüstanın “Kavkasia.net” portalında rus dilində yayımlanan materialda Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanı bütün qoşunlarını Qarabağdan çıxarmağa çağırdığı yazılır. Azərbaycanın dövlət başçısının çıxışına istinadla yayılan məlumatda deyilir: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa məcbur edilsə , Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində hələ Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsini tamamilə tərk etməlidir. Yerdəki erməni hərbi hərbiləşdirilmiş birləşmələri tərk-silah edilməlidir”.

 

Geniş oxucu kütləsinə malik olan “apsny.ge” portalında yayımlanan xəbərdə isə Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurası haqqında fikirləri yer alıb. Bildirilir ki, hazırda beynəlxalq təşkilatlar, xüsusən BMT bəşəriyyətin ümidlərini doğrultmur. BMT istər-istəməz ciddi islahatlardan keçməlidir. BMT Təhlükəsizlik Şurası keçmişin yadigarıdır indiki reallığı əks etdirmir.

 

“Gaxa.ge” portalında yayımlanan materialda da Azərbaycan Prezidentinin beynəlxalq təşkilatlar, xüsusən BMT barədə söylədiyi fikirlər yer alıb. Həmin portalda yayımlanan digər materialda isə Prezident İlham Əliyevin Ermənistan sülh sazişi ilə əlaqədar fikirlərindən bəhs olunur. Dövlətimizin başçısının fikirlərindən gətirilən sitatda deyilir: “Ermənistan həqiqətən sülhün bərqərar olmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Qarabağı tərk etməlidir. Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımalı olmasına baxmayaraq, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində hələ Ermənistan silahlı qüvvələrinin qalıqları var. Əgər Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhün əldə olunmasında maraqlıdırsa, o zaman onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxarılmalıdır. Ermənistanın hərbi hərbiləşdirilmiş elementləri yerindəcə tərk-silah edilməlidir”.

 

Gürcüstanın “24news.ge” portalında yayımlanan məlumatda isə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri yer alıb. Bildirilir ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur. Materialda deyilir: "Ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan indi bir sıra nəhəng çağırışlarla üz-üzədir. Keçmişdə işğal altında olmuş ərazilərdəki dağıntıların miqyasından dəhşətə gəldik. Azərbaycanın şəhər kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni dini abidələr, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Ermənistan işğal etdiyi ərazilərdə urbisid, kultursid ekosid törətmişdir. İşğal altında olmuş ərazilərdəki 67 məsciddən 65-i dağıdılıb, qalanlarından isə donuz inəklər üçün tövlə kimi istifadə edilib ki, bu da bütün dünya müsəlmanlarına qarşı təhqirdir”.

 

“Qafqazturk.com” saytında gürcü dilində yayımlanan materialda oxuculara Azərbaycan Prezidentinin regiondakı dünyadakı çağırışlar, eləcə Azərbaycanın üzləşdiyi problemlər barədə məlumat çatdırılır.

 

Bildirilir ki, Azərbaycan indi sınaq qarşısındadır. Otuz il əvvəl Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizini işğal edib həm Ermənistanda, həm Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə həyata keçirib. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra bir çox problemlərlə üzləşib.

 

Portalın yaydığı daha bir materialda isə oxuculara Zəngəzur dəhlizi ilə bağlı məlumat verilir. Bildirilir ki, Ermənistan, eyni zamanda, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizin açılmasına mane olur ki, bu da təxminən üç il əvvəl imzaladığı kapitulyasiya aktına daxil olan digər öhdəlikdir.

 

Çinin “China.org” portalında yayımlananİranın xarici işlər naziri: Birtərəfli sanksiyalar açıq-aşkariqtisadi terrorizmdirsərlövhəli məqalədə nazir Hüseyn Əmir Abdullahiyanın Azərbaycanın paytaxtı Bakıda keçirilən iclasdabirtərəfli qeyri-qanunisanksiyaların açıq-aşkariqtisadi terrorizm hədəf alınan ölkələrin insan haqlarının açıq-aşkar pozulması olduğunu bildirdiyi diqqətə çatdırılıb. O, inkişafa nail olmağın hər bir xalqın haqqı olduğunu bildirib Qoşulmama Hərəkatını dünyada maksimum inkişafın təşviqi üçün beynəlxalq səylərdə daha fəal rol oynamağa çağırıb.

 

İranın İRNA dövlət informasiya agentliyi, “Mehragentliyi, ingilis dilində dərc olunanTehran timesqəzeti digər media qurumları Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirini diqqətdə saxlayıblar.

 

Tehran timesqəzeti yazır ki, tədbirdə İranın xarici işlər nazirinin iştirakı iki qonşu dövlətin münasibətlərinin yaxınlaşmasına stimul verə bilər. Qəzetə müsahibə verən İran parlamentinin nümayəndəsi Əbülfəz Amoli bildirib ki, xarici işlər naziri Əmir Abdullahiyanın Bakı səfəri oradakı görüşləri əlaqələrin bərpasında mühüm rol oynaya bilər. O qeyd edib ki, İran ilə Azərbaycan xalqları oxşar tarixə, dinə adət-ənənələrə malikdir.

 

İranlı deputat Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirini yüksək qiymətləndirib deyib ki, bu görüş Azərbaycana öz diplomatiyasını təşviq etmək üçün imkan yaradıb.

 

İRNA xəbər agentliyinin saytında yayımlanan məqalədə qeyd edilib ki, İranın xarici işlər naziri iki ölkənin birgə beynəlxalq layihədə iştirakını xüsusi vurğulayıb. Nazir deyib ki, İran ilə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edir beynəlxalq əhəmiyyətli bu layihə hər iki dövlətin iqtisadi inkişafına böyük töhfə verəcək.

 

Mehrxəbər agentliyi isə nazir Ə.Abudlahiyanın çıxışında səsləndirdiyi fikirlər tədbirin yüksək səviyyədə təşkil olunması barədə informasiya dərc edib.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşü barədə məlumatlar ƏfqanıstanınBakhtarxəbər agentliyi, Nikaraquanın “La Primerisimaradiosu digər ölkələrin kütləvi informasiya vasitələri tərəfindən dərc olunub yayımlanıb.

 

Azərbaycan.-2023.- 7 iyul.- S.7.