İlham Əliyevin liderliyi Qoşulmama Hərəkatını alternativ güc mərkəzinə çevirib

 

Azərbaycan  2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edib daha sonra yekdilliklə Azərbaycanın sədrliyi daha bir il uzadılıb. 2019-2023-cü illər ərzində Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə təşkilat sönük zəif bir qurumdan dünyada alternativ güc mərkəzinə çevrilib demək olar ki, artıq formalaşmaqda olan çoxqütblü dünya düzənində özü bir qütb kimi meydana çıxmaqdadır. Bu qənaəti Qoşulmama Hərəkatının əsaslandığı məşhur Banduq Prinsiplərinin 1955-ci ildə qəbul edilməsi ilə başlayan tarixinə nəzər yetirməklə əsaslandırmaq olar. Qoşulmama Hərəkatının yaranması əsas etibar ilə İkinci Dünya Müharibəsindən sonra müstəmləkəçiliyə qarşı mübarizə nəticəsində müstəmləkəçilikdən azad olmuş müstəqilliyini əldə etmiş ölkələrin öz suverenlik istiqlallarını qorumaq, eləcə Soyuq Müharibə dövründə dünyada hökmran olan iki qütb arasında qarşıdurmada alətə çevrilməmək əzilməmək məqsədindən irəli gəlmişdir.

Qoşulmama Hərəkatın ilk günlərdən suverenlik, ərazi bütövlüyü, daxili işlərə qarışmama kimi prinsipləri əldə rəhbər tutmuşdur. Lakin qurumun fəaliyyəti uzun müddət ərzində mahiyyət etibarı ilə müzakirə platforması olaraq davam etmişdir, real gücə çevrilə bilməmiş, daha çox mövcud dünya düzənini diktə edən güclərə qarşı müqavimət göstərmişdir. Keçmiş SSRİ-nin dağılması, Soyuq Müharibənin bitməsi ikiqütblü dünya düzənin sona çatmasından sonra isə Qoşulmama Hərəkatı sanki aktuallığını itirmiş, sönük, zəif səsi eşidilməyən bir platforma kimi xarakterizə olunmuşdur.  Hərçənd, BMT-dən sonra dünyada ikinci ən böyük qurum olmasına özündə yüzdən artıq ölkəni birləşdirməsinə görə, onun potensialı böyük olmuşdur. Amma bu potensial onilliklər ərzində reallaşdırılmamışdır. Təbii ki, bunun bir sıra səbəbləri var idi. Qoşulmama Hərəkatı üzvləri arasında müəyyən ziddiyyətlərin olması, öz üzərinə məsuliyyət götürəcək lider dövlətin olmaması, BMT-nin böyük güc imkanlara malik olan digər beynəlxalq təşkilatların fonunda zəif qalması sair səbəbləri qeyd etmək olar.

Bu gün tam əminliklə bəyan etmək olar ki, 2019-cu ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi ilə qurumun tarixində tamamilə yeni, enerjili fəal bir dövr başlanmışdır. Qoşulmama Hərəkatının qlobal məsələlərdə fəal iştirakı ciddi mövqe ortaya qoyması, institusional inkişaf, o cümlədən qurumun təşkilatlanması strukturunun genişlənməsi, dünya düzənində özünə layiqli rol oynamaq iddiasını praktik addımlarla ortaya qoyması xüsusilə vurğulanmalıdır.

Bütün bunlar da Azərbaycanın şəxsən Prezident İlham Əliyevin təşəbbüsü liderliyi ilə həyata keçirilmişdir. Qeyd olunan məsələlərlə bağlı konkret nümunələrə nəzər yetirək. Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı COVİD-19 pandeymiyasının alovlanmasından dərhal sonra bu fəlakətlə mübarizədə ön plana çıxdı, “peyvənd millətçiliyinəqarşı kəskin mövqe sərgilədi bütün ölkələr üçün peyvəndlərin əlçatanlığına çağıran iki qətnamənin BMT tərəfindən qəbul edilməsinə nail oldu. Beləliklə, Qoşulmama Hərəkatının  tarixində ilk dəfə olaraq effektiv qlobal liderlik nümayiş etdirildi. Post-pandemiya dövründə kasıb ölkələrə dəstək verilməsi məsələsini Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı dünyanın diqqət mərkəzinə gətirib. Digər tərəfdən, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının institusional inkişafını hədəfləyən ciddi addımlar atılıb: Qoşulmama Hərəkatı  Parlament Şəbəkəsi Qoşulmama Hərəkatı Gənclər Təşkilatı təsis edilib. İnstitusional inkişaf istiqamətində təşəbbüs tədbirlər davam etdirilir. 

5 İyulda  Qoşulmama Hərəkatının Əlaqələndirmə BürosununQoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətlimövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev təşkilatın bundan sonrakı fəaliyyətinin ana xətləri kimi xarakterizə oluna biləcək bəyanatlar verdi. O, BMT-nin artıq müasir dövrün reallıqlarına uyğun olmadığını buna görə ciddi islahatlar aparılmalı olduğunu bildirdi. Eləcə , Fransanın nümunəsində baş qaldıran neokolonializm, yəni yeni müstəmləkəçilik meyllərinin qarşısının alınması zərurətini vurğuladı. Prezident İlham Əliyev dünyada multilateralizmin inkişafının vacibliyini bu mənada Qoşulmama Hərəkatının öz layiqli yerini tutmasını zəruri olduğunu bəyan etdi.  BMT- islahatların aparılması məhz effektli multilateralizmin bərqərar olması nəticə etibarı ilə neokolonializm meyllərinin aradan qaldırılması baxımından son dərəcə önəmlidir. Beləliklə, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı qısa müddət ərzində böyük inkişafa nail olub   zəif, sönük bir qurumdan mühüm, alternativ güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına qoyduğu miras təşkilatın gələcək inkişafı üçün fundamental baza kimi çıxış edir Prezident İlham Əliyevin bəyan etdiyi prioritetlər təşkilatın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir”.

 

Əliyev, Adil.

Milli Məclis Sədrinin müavini

Azərbaycan.-2023.- 7 iyul.- S.5.