Polineziyadan olan deputat: Fransanın nüvə silahından əziyyət çəkən insanlarla bağlı qəbul etdiyi qərar həqiqəti əks etdirmir

 

 

Fransa nüvə silahı sınaqları əhalini zəhərlədi bu səbəbdən nəsillərlə davam edən xərçəng xəstəlikləri artıb.

AZƏRTAC xəbər verir ki, bunu mətbuat konfransında Fransız Polineziyası Assambleyasının deputatı Antoni Geros deyib.

O, Fransanın nüvə silahından əziyyət çəkən insanlarla bağlı qəbul etdiyi qərarın həqiqəti əks etdirmədiyini vurğulayıb. “Polineziyalılar xərçənglə bağlı bütün xərcləri özləri ödəyirlər. Tibbi ekspertizalar kifayət qədər deyil. Fransa nüvədən zərər çəkən şəxslərin xərclərinin bir faizini belə ödəməyib. Onların əhalini zəhərləməsi beynəlxalq məhkəmələrdə sübut edilməlidir”, - deyə deputat bildirib.

 

Azərbaycan.-2023.- 7 iyul.- S.5.